Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Körpənin ani ölümü sindromu
Körpənin ani ölümü sindromu
Göndərən: Qlamurr
Şərhlər: 12
Baxılıb: 996
Səs ver:
Körpənin ani ölümü sindromu nadir, lakin çox faciəli fenomendir - tam sağlam uşaq səbəbsiz olaraq qəfildən yuxuda ölür.

Bu sindroma yalnız 1 yaşına kimi olan körpələndə rast gəlinir. Ən böyük risk 2 ayından 6 ayına kimi olan körpələrdə qeyd edilir. Oğlanlarda qızlarla müqayisədə ani ölüm sindromuna daha tez-tez rast gəlinir.

Ani ölümü sindromu diaqnozu o zaman qoyula bilər ki, araşdırmalar nəticəsində məlum olub ki, körpənin ölümündə heç bir səbəb aşkar olunmayıb.

Bu günümüzə kimi bu sindromun səbəbləri tibbdə dəqiq aşkar olunmayıb. Məlumdur ki:

- Körpənin ani ölüm sindromunu qabaqcadan bilmək və onun qarşısını almaq mümükün deyil. Əgər uşaq bu sindromdan həlak olubsa, bunda heç kimin günahı yoxdur.

- Sindromun peyvəndlərlə əlaqəsi yoxdur.

- Sindromun uşağa olan pis baxımla əlaqəsi yoxdur.

- Sindrom irsən keçmir.

Yuxarıda qeyd etdiyimiz kimi, sindromun dəqiq səbəbləri məlum deyil. Lakin bəzi faktorlar bu sindromun inkişafının riskini artıra bilər:

- Uşağı yatanda qarın üstə qoymaq. Bu halda körpə yatanda başını yastığa basır və nəticədə boğulub ölə bilər. Xüsusilə bu yumşaq yastıqda yatan və bel üstə çevrilə bilməyən körpələrə aiddir.

- Həddən artıq isti otaqda yatan və çox isti bürünən uşaqda ani ölüm sindromunun riski artmış olur. Körpə uşaqlarda termorequlyasiya prosesi (istiliyin tənzimi) tam formalaşmamış olur. Bu səbəbdən uşağın bədəni çox qızdıqda uşaq artıq istiliyi ətraf mühitə verə bilmir və bunun nəticəsində uşaqda nəfəsalma dayana bilər.

Ani ölüm sindromunun heç bir xüsusi profilaktik tədbirləri mövcud deyil, lakin, həkimlərin fikirinə görə, bəzi tədbirlər bu sindromun riskini azalda bilər:

- Uşağı yatanda qarın üstə deyil, bel üstə qoyun (azca böyürə çevrilmiş vəziyyətdə). Bel üstə düz uzanan uşaq qusarsa, süd onun nəfəs borusuna düşə bilər və uşaq boğula bilər. Bu səbəbdən yedizdirdikdən sonra uşağı 15-20 dəqiqə ərzində şaquli vəziyyətdə saxlayın ki, körpə gəyirsin.

Qarın üstə uşağı yalnız yatmayan vaxtı və böyüklər yanında olduqda qoymaq olar.

- Ana südü ilə qidalandırılan uşaqda bu sindromun riski daha azdır.

- Uşaq düz və bərk səthdə yatmalıdır. Ortopedik döşək ən yaxşı seçimdir. Döşəyin üzərinə 4 qatlanmış ədyal qoyun. Bu kifayətdir. Yun döşəklərdən, yumşaq yastıqlardan qəti şəkildə istifadə olunmamalıdır. 1 yaşına kimi olan uşağa yastıq lazım deyil.

- Uşağı lazım olandan artıq geyindirməyin və bükməyin.

- Uşağın üstünü qalın ədyalla örtməyin.

-Uşaq olan otağın havasını tez-tez dəyişin.

- Körpə uşaq olan evdə siqaret çəkmək olmaz.


Şərhlər: 12
Baxılıb: 996
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Luna-90
Allah uzaq elesin hec kime bu derdi gostermesin.adam movzunu oxuyanda ozunu pis hiss edir.
26 mart 2015 18:10
# 12
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
rəmsə
Mən uşaqlar körpə olanda çox yatanda tez-tez baxırdımki görüm nəfəs alır,içimdə qorxu hissi olurdu.
26 mart 2015 02:17
# 11
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
emis
Allah uzag elesin bele birseyi heckese arzulamiram
26 mart 2015 00:00
# 10
lelos
Allah hec bir körpemize qiymasin Allah olari qorusun .
25 mart 2015 23:16
# 9
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Nigar.nika777
Allah saxlasin körpeleri
25 mart 2015 23:05
# 8
Bestoş
Allah gorsedmesin hec kime
25 mart 2015 22:39
# 7
Coxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xooooooooooooowbexxxxxxxxxxxxxxxxxxtemmmmmmmmmmmmmmmmmmmmmmm
vipbetul
Allah hec bir valideyne yasatmasin bu cur hadiseni
25 mart 2015 21:30
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Qlamurr
Allah heç bir anaya göstərməsin,çünki səbəbsiz ölüm ananı daha çox incidə bilər.
25 mart 2015 20:44
# 5
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
ayan97
Allah qurusun cox cetindir. Qeyd olan tedbirleri gerek riayet edesen.
25 mart 2015 19:56
# 4
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
SEVGI DENIZIM
Allah qorusun
25 mart 2015 19:31
# 3
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
BARBI
Allah qorusun cox agir derddi bir ananin korpesini bele itirmesi adeten bu sindromlarda sebebler bilinmir
25 mart 2015 19:16
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Bu sindrom mənə tanışdı bir anlıq uşaqlığıma qaytardı mənimdə kiçik yaşda qardaşım bu cür dünyasını dəyişib...
Allah bütün körpələrə can sağlığı versin amin.
25 mart 2015 19:06
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz