Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqların aylıq inkişafı (12 aylıq)
Uşaqların aylıq inkişafı (12 aylıq)
Göndərən: Nazlı_qız
Şərhlər: 7
Baxılıb: 1420
Səs ver:
12 aylıq körpənin inkişafı
 
Körpənizin bitməz- tükənməz enerjisini gördüyünüzdə, onun xəstəxanadan evə gətirdiyiniz kiçicik varlıq olduğu günü xatırlayırsınız, düzdürmü? Və bu günü ilə qürur duyursunuz...
Təxminən hər beş körpədən üçü 12 ayında gəzməyə başlayır. On ayın sonunda körpənizin ayaq üstə dəstəksiz dayana bilməsi, gəzməyə hazır olmaması da normal bir inkişaf sayılır.
Körpənin ilk addımları, ümumiyyətlə, yıxılmaqla nəticələnər, bu zaman körpəni qucaqlamaq və heç bir şey olmadığını yumşaqca izah etmək onu təkrar addım atması üçün cəsarətləndirəcək. Yıxıldıqdan sonra canının ağrımasından çox, müvəffəqiyyətsiz olduğu üçün ağlayar. Buna görə yanına qaçıb ona cəsarət versəniz, yıxıldığı üçün daha çox həyəcan keçirməyəcək.
Vaxt keçdikcə körpə gəzmə funksiyasının bütün mexanikasını anlayacaq. Hərəkətli bir körpə oyun parkında və yatağından gözü görən hər yüksəkliyə dırmaşa və bu yerdən də təhlükəli bir şəkildə düşmə riskini artıra bilər. Körpəniz dırmaşmağı çox sevirsə, otağı təhlükə yaradan hər şeydən təmizləməlisiniz.
Körpəniz qaşıq və ya çəngəli çox yaxşı istifadə etməsə də, özü yemək yeyə bilər. Uyğun zamanlarda əlləriylə yemək yeməsinə icazə verin və etdiyi dağınıqlığa görə acıqlanmayın.Bu dövrdə körpəniz daha çox hərəkətdə olduğu üçün, çəki alması yavaşlayar. Gün içində tək pay yeyib, bir neçə yemək xaricində önünə qoyulan hər şeyi rədd edə bilər. Birdən körpəniz çox sevdiyi banandan imtina edib, alma yemək istəyə bilər. Bu tamamilə normaldır.
Bu dövrdəki körpələrin gün ərzində ən az bir dəfə istirahət, yəni yuxuya ehtiyacları vardır. Bu ayın əvvəlində körpəniz, gündəlik hərəkətləri ilə əlaqədar ona söyləyəcəyiniz bir çox şeyi anlayar. Bu ay sonunda bir- iki sözü özünə xas bir şəkildə deyə bilər.
İşığı yandırıb söndürmə bu dövr uşaqların ən həyəcanverici oyunlardan biridir. Hərəkət edən hər obyekt dərhal onu cəzb edir və artıq obyektləri qırıb dağıtmaqdan deyil, bir araya gətirməkdən xoşlanar.
Oyuncaq alarkən oyuncaq qutularının üzərindəki yaş məhdudiyyətlərinə xüsusilə diqqət yetirməlisiniz. Əgər qutudakı yaş həddi 3 yaşdan yuxarı göstərirsə, bunun səbəbi bu oyuncaqların daha kiçik yaşdakılara ağızlarına alaraq təhlükə yarada biləcək kiçik parçaların olmasıdır.
Oyuncaq heyvanlar bu dövrdə körpənizin favorit oyuncaqlarındandır və ümumiyyətlə, uşaqlar bu dövrdə 1-2 dənə oyuncağına çox bağlanarlar. Bu oyuncaqlar yuxuya "keçid", köməkçi belə olacaqdır..
Bu ay sonunda körpənizdə bir yumor anlayışı inkişaf edəcək. Məsələn, etdiyi bir şeyə güldüyünüzü gördüyündə bunu təkrar-təkrar edəcək..Yaxında körpəniz 1 yaşını qeyd edəcək. Hər nə qədər bu yaş günü körpəliyin bitməsini göstərsə də, körpəcə davranışların bitmiş olduğunu göstərməz. Və sizin "çox xüsusi" körpəniz, "çox xüsusi" bir uşaq olma yolunda sürətlə irəliləməkdədir.
İctimai, fiziki- zehni qabiliyyətləri

• Ana-ataya, tanışlarına və sevdiyi obyektlərə şəfqət və maraq göstərər.
• Yuxuya qarşı müqavimət göstərər.
• Ruh halları dəyişkənliyi göstərər.
• Ana-atadan ayrılmağa qarşı çox reaksiya göstərər.
• Valideynlərdən çox kömək gözləyər.
• Sevmədiyi yeməklərə və ya yemək yedirilməyə inad edər.
• Zarafat anlayışı inkişaf edər.
• Qalxmaq, getmə və gəzmə qarışığı bir hərəkət içərisində olar.
• Bir yerdən tutmadan bir - iki addım atar və ya təkərli bir oyuncağa söykənərək gedər.
• Nərdivan çıxa bilər.
• Ayaq üstən asanca oturma mövqeyinə keçə bilər.
• Telefon, avtomobil kimi oyuncaqları istifadə etməyi öyrənər.
• İki obyekti qol altına qoyub, üçüncüsünü əlinə ala bilər.
• Özünə verilən təlimatları və söylənilən bir çox şeyi anlayar .
• "Ana" sözündən başqa bir - iki söz daha söyləyə bilər.
• Jurnal və kitablardakı heyvanları tanıyar.
 
Allah bütün ailələrə bu şirin payı qismət etsin  128


Şərhlər: 7
Baxılıb: 1420
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
WiRiN BaLaM
Allah saxlasin butun balalri AMİN 128
7 iyun 2015 00:00
# 7
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
vipbetul
yeridiyi vaxtlar olur qeseng sirin olurlar
6 iyun 2015 23:10
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Melissa
bilirem bunlarin hamisini tskrler)
6 iyun 2015 22:55
# 5
Cimbom Nilay
sağ olun///////
6 iyun 2015 21:31
# 4
MovieStarPlanet-te kayıtta olan var mı? Ben- Trendde Benim
BARBI
usagin suusrunun inksaf etdiyi ve hereket etdiyi dovrlerdi
6 iyun 2015 19:47
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dosta_inam
Körpesinin günlerle daha maraqli hereket etmesi davranişi böyümesi görmek ana üçün böyük bir sevinc Tanrinin böyük hediyyesidir,dilerim Allahdan övlad hesretinde olan bacilarimizi Yaradan özü tezlikle bu şirin payla sevindirsin,her evden körpe sesi gelsin,Amin İnşaallah.
6 iyun 2015 19:10
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
ALESSANDRA
artıq bu dövrdə körpələr 1 yaşlarına qədəm qoyur..tşk
6 iyun 2015 19:08
# 1
Don't trust anyone ∆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz