Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqların aylıq inkişafı (7 aylıq)
Uşaqların aylıq inkişafı (7 aylıq)
Göndərən: Nazlı_qız
Şərhlər: 12
Baxılıb: 6539
Səs ver:
7 aylıq körpənin inkişafı
 
Nələr edə bilər?

- İməkləməyə başlar. Bir çox iməkləmə stili var. Mütləq dörd əlli iməkləyə bilir, arxası üstə, qarın üstündə sürünə bilir və ya özünə xas stili yarada bilir.
- Özünü yuxarı çəkib ayaq üstə durmağa çalışar.
- Dəyişik gördüyü hər obyekti dadarak, yelləyərək, iyləyərək, atıb vuraraq tanımağa çalışar.
- İctimai hadisələrdə iştirak etməyə çalışar, fərd olduğunu hiss etdirmək istər.
- Sözləri və səsləri təqlid etməyə çalışır.
Dəyişikliklər

- Balans yaxşıca inkişaf edər. Əlində oyuncaqla oynayarkən belə rahatca otura bilər.
- Çox maraqlı və macəraçı olar. Araşdırmaq üçün yanınızdan ayrılar, ancaq qısa müddətdə geri dönər.
- Bütün əlini istifadə etmək yerinə barmaqlarını istifadə etməyi öyrənər.
- Düşünmə qabiliyyəti inkişaf edər. Məsələn yüksəkdə görməsə belə maraqlı obyektlərin varlığını bilir, araşdırar.
- Körpəniz sizin nələri etməsindən xoşlanmadığınızı və özü nələri etmək istəmədiyini qətiliklə bilər.
Oyunlar

- Körpənizə körpələr üçün jurnalları, şəkilli kitabları göstərin. Əlləriylə qavrayıb marağına səbəb ola biləcək kitablar alın.
- "Ce - ee" oynaya bilərsiniz. Bir örtü ilə üzünüzü bağlayıb, birdən açın, çox sevinəcəkdir . Daha sonra onun üzünü bağlayaraq, oyunu inkişaf etdirin.
- Ayna qarşısında özünü göstərib, kim olduğunu soruşun. Aynadaki imici göstərib adını söyləyin.
- Nə etdiyinizi söyləyərək onunla rəqs edin.
- Körpənizi qucaqlayın və onunla yumşaq səs tonuyla danışın, sevginizi söyləyin.
Qidalanma

- Körpənizin əlinə asan parçalanan biskvitlər, çörək qabığı verə bilərsiniz.
- Hazır meyvə suları, kolalı içkilər, şəkərli su, jeleli şirniyyatlar və ya digər ətirli məmulatlar uşağınıza uyğun qidalar deyil.
- Əmziklə qidalanırsa yatağında yatarkən əmziyin ağzında qalmamasına diqqət edin. Diş sağlamlığı üçün buna diqqət yetirin.
- Yemək zamanı əlinə bir şeylər verin, özü yeməsinə icazə verin. Qaşıq tuta bilər, stəkanını ağzına aparmağa çalışa bilər.
Qulluq

- Diş çıxarma başlaya bilər. Yüngül qızdırma, nəcisdə sulanma, yüngül narahatlıqlar ola bilər. Bunlar uzun çəksə həkiminizi xəbərdar edin. Körpənizə baxa bilməyəcək qədər məşğul olduğunuz zamanlarda onu bir neçə oyuncaqla birlikdə oyun parkına qoyun, onun üçün daha etibarlı olar.
- Araba üçün yaşına uyğun avtomobil oturacağı alın, artıq arxa kresloda üzü önə dönük olaraq kreslosunda otura bilər.


Şərhlər: 12
Baxılıb: 6539
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Nezka
Allah hər kəsə bu sevinci yaşatsın
19 aprel 2015 00:24
# 12
İçimi görsən mənə aptek alarsan.
Gultekin.A
Sitat: KRALİCEM
Menim qizim 6-ayliqdi 10-dene dis cixarib

Masallah
18 aprel 2015 23:30
# 11
..
Qlamurr
Doğrudan da bu vaxt uşaqlar çox şirin olurlar...Allah hər kəsə övlad nəsib eləsin.
18 aprel 2015 23:22
# 10
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
KRALİCEM
Menim qizim 6-ayliqdi 10-dene dis cixarib
18 aprel 2015 22:14
# 9
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
Gunka13
Biz qizimizla bu addimlari kecmiwik.hamiya qismet olsun Amin!
18 aprel 2015 21:44
# 8
Aileli.
cinqosh
Sitat: BARBI
Korpelerin en sirin vaxtlaridir onlar imeklemeye baslayir cox sevimli gorsenirler

Tamamile raziyam sizinle.ama imekliyib yerdeki zir zibili minicik barmaqlari ile goturub agizlarina aparirlar.diqqetli olmaq lazimdi.tsk
18 aprel 2015 20:08
# 7
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
aliceWOnDer
darixmisam usagligim ucun
18 aprel 2015 19:55
# 6
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Nur k-off
AyAllah uşaq ola oynada adam oyy şişdim lap
18 aprel 2015 19:30
# 5
SVETA
ulduz
ayyy 21de oglum 7 ayyina kecir//can balam hele disini pardlatmiyan tenbel balam
18 aprel 2015 19:27
# 4
vipbetul
7 ayliq usaqlar artiq sirinleshir hereketler etmeye bashliyir
18 aprel 2015 19:26
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Ümumiyyətlə valideynlər uşaqların aylıq inkişafına diqqət etməli bu kimi nüansları bilməlidir, sonda qeyd olunub ki, 7 aylıqda uşaqlar diş çıxarır ancaq uşağın 6 ayı tamamdırsa onun alt çənəsində iki diş olmalı bundan sonra 1 yaşınacan ön dişləri çıxmalıdır əgər geciksə həkimlə məsləhətləşmək lazımdır, çox güman ki, bu nəyləsə əlaqəli ola bilər.
18 aprel 2015 19:21
# 2
BARBI
Korpelerin en sirin vaxtlaridir onlar imeklemeye baslayir cox sevimli gorsenirler
18 aprel 2015 19:03
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz