Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqların aylıq inkişafı (6 aylıq)
Uşaqların aylıq inkişafı (6 aylıq)
Göndərən: Nazlı_qız
Şərhlər: 5
Baxılıb: 1756
Səs ver:
6 aylıq körpənin inkişafı.
 
Nələr edə bilər?
- Hər istiqamətə dönə bilər, başını müstəqil istədiyi kimi çevirə bilər.
- Qarnı yerdən tam qalxmadan iməklər, dönməkdən zövq alar.
- Oturar, ancaq hələ öz oturma mövqeyinə gələ bilməz.
- Oyuncağı bir əlindən digərinə çox rahatlıqla keçirər.
-Səs çıxaran obyektləri silkələməkdən xoşlanar.
- Saldığı oyuncağın özünə geri gəlməsini istər.
- Üzünüzlə oynamaqdan, saç çəkməkdən xoşlanar.
dəyişikliklər
- Əlləriylə özünü yedirməyə çalışar, yeməklə qarın doyurmaqdan çox oynamaq üçün maraqlanar.
- Körpənizin zəkası sürətlə artar. Istədiyinə çatmaq üçün plan qurmağa başlar. Məsələn, tutulmadan salondakı musiqi qutusuna çatmaq üçün daha ardıcıl iməkləməyə çalışar.
- Hələ danışmasa belə, ana, əmzik , avtomobil kimi əhəmiyyətli sözləri tanıyar.
- Duyğulanması artar, bunları mimikalarla, fərqli səslər çıxararaq, bədən diliylə ifadə edər. Xoşbəxtliyi, sevgisini, qorxusunu, səbrsizliyini, həyəcanını və bir çox duyğunu ifadə edə bilər.
oyunlar
- Körpənizlə mahnılar söyləyin, birlikdə əl çalaraq temp tutun, sözləri yumşaq bir səs tonuyla açıqca vurğulayaraq söyləyin.
-Körpənizi qucağınıza alın və onun çıxardığı səsləri və üz ifadələrini onunla birlikdə təkrarlayın.
- Körpənizin ətrafına yumşaq yastıqlar qoyaraq dəstəksiz oturmağa cəhd edin.
- Körpənizin sizi görə biləcəyi bir yerə keçib qollarınızı açın və onu qucaqlayacağınızı söyləyin, körpəniz gülümsər, naz edər. Sizə çatmağa çalışarkən onu qucaqlayın.
qidalanma
-Körpəniz qatı qidalarla tanış olmağa davam edər. Yeni taxıllar, meyvə suları və tərəvəzlər menyuya əlavə olunar. Bu dövrdə hələ portağal və pomidor suyundan, bal və yumurta ağında uzaq durun. Bu qidalar üçün bir yaşını gözləyin.
diqqət
- Evdəki bütün ştepselləri təhlükəsizliyə alın, kabelləri ortadan qaldırın, yerlərdə və körpənin əli çata biləcəyi sahələrdə uda bilməsi mümkün olan, boğulmasına səbəb ola biləcək ölçüdə oyuncaq və s. heç nə buraxmayın.
- Eviniz nərdivanlı isə ağızlarını kiçik qapılarla bağlayın. Dəmanları və təmizlik vəsaitlərini üst rəflərdə və kilidli yerlərdə saxlayın.
- Uşaq arabasıyla gəzməyə çıxın, parka aparın.
- Qarışıq peyvəndləri üçün həkimə aparın.


Şərhlər: 5
Baxılıb: 1756
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qlamurr
Xəbər yerinə düşdü,rəfiqəmin qızı da 6 aylıqdır,eynən bu hərəkətləri edir,o qədər şirindir ki,yeməyim gəlir....Allah hər kəsə sağlıqlı övlad nəsib eləsin....
8 aprel 2015 21:59
# 5
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Dosta_inam
Allah bütün gözel göyçek balalarimizi saxlasin,olmayanlara nesib etsin inşaallah,uşağin nazi ile oynayasan gerek.
8 aprel 2015 20:13
# 4
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Fialka
Uşaqların inkişafında bu kimi nüansları bilməkdə fayda var həmdə diqqətli olmaq lazımdır, ana olmağa hazırlaşan eləcə də subay qızlar üçün bilmək faydalıdı qabaqcadan öyrənmiş oluruq..
8 aprel 2015 19:16
# 3
vipbetul
usaqlar 6 ayliqindan sirinlesirlesirler menim 6 ayliq usaqlardan baslayaraq xosum gelir
8 aprel 2015 19:15
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Usaqlarin baximi cox cetindir her zaman diqqet ve qaygi lazimdir
8 aprel 2015 19:11
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz