Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqların aylıq inkişafı (1 aylıq)
Uşaqların aylıq inkişafı (1 aylıq)
Göndərən: Nazlı_qız
Şərhlər: 11
Baxılıb: 4144
Səs ver:
Nələr edə bilər?
- Ağzını açıb , məmə başını axtarar, əmmə və udma hərəkətləri edər .
- Əllərini yumruq edib ağzına aparar.
- Oyanıq olduğunda sizin üzünüzə baxar və səsinizi dinlər.
- Oynarkən ayaqları və əlləri hərəkət edə bilər.
-Kürək üstündən yana dönməyə çalışar .
- Barmağınızı əmməyə çalışar.
- Ac, narahat və sıxıntılı olduğunda ağlayaraq əlaqə yaratmağa çalışar.
 - Günün böyük əksəriyyətində yatar, 2-3 saatda bir oyanıb qidalanmağa çalışar.
- Oturar vəziyyətdə başını, hərdənbir dik tuta bilər.
- Üzüstə yatırılınca başını titrədərək qaldıra bilər.
- Ovcuna qoyulan barmağı möhkəm-möhkəm tutmağa çalışar.
- Zınqırov və zəng səsinə reaksiya duyar.
- Baxışlarını yanına gələn adam üzünə çevirər.
 
Dəyişikliklər:
-Göz əzələləri inkişaf etdikcə, göz hərəkətlərini daha idarəli etməyə başlar. Göz əzələləri hələ tam olaraq inkişaf etmədiyi üçün zaman- zaman göz hərəkətləri idarəsiz ola bilər.
- Bəzi körpələr digər körpələrdən sakit və səssiz ola bilər.
- Birinci ayın sonuna doğru, sizin danışmaga, səs və toxunmanıza cavab olaraq gülümsəməyə başlar. Bu , körpənizin ictimailəşməyə başlaması deməkdir.
- Qidalanma gedişi getdikcə daha nizamlı olmağa başlar.
 
Oyunlar:
- Körpənizin üz ifadələrini və onun çıxardığı səsləri təqlid edə bilərsiniz .
- Körpənizin qulağına yumşaq bir səs tonu ilə danışsanız, zümzümə etsəniz, musiqi ilə oynaya bilər.
-Körpənizi, başını dəstəkləyərək çiyininizdə daşıyın, bu, ətrafı görməsinə səbəb olar.
-20-30 sm məsafədən körpənizə şəkillər, sadə şəkilli, parlaq rəngli obyektler göstərə bilərsiniz.
- Onun yatağının kənarlarına kiçik, hərəkətli, parlaq heyvan fiqurları asmaq olar .
-Körpənizi qucağınıza alın, maraqlanın, öpün və ona sarılıb uzanın. Körpənizlə danışın və onu adı ilə çağırın .
 
Qidalanma:
-Mümkünsə körpənizə yalnız ana südü verin, əgər hər hansı bir səbəblə ana südü verə bilmirsinizsə və ya südünüzün çatmadığını düşünürsünüzsə, həkiminizin təklif edəcəyi hazır mannaları verə bilərsiniz. Bu dövrdə məcbur deyilsə, inək südü istifadə etməyin.
- Körpənizin qidalanmağa başlamadan rahat və dinc olmasını təmin edin, altını vaxtaşırı dəyişin. Körpənizin oyanıq olduğuna və qidalanmağa hazır olduğuna əmin olun.
- Əmzirdikdən sonra mütləq qazı çıxarılacaqdır .
 
Baxım:
- Körpənizin dırnaqlarını kəsin, beləliklə, üzünü cırmaqlamasına mane olarsınız .
- Avtomobilə mindiyinizdə körpənizin mütləq yaşına uyğun körpə kreslosuna bağlı olduğuna əmin olun.
-Körpəniz ağladığı zamanlarda qucağınıza götürərək yumşaq bir səslə onunla danışın və ya zümzümə edin.
- Gündüzləri gəzərkən körpənizi önünüzə astığınız kenquru ilə daşıya bilirsiniz. İstiliyiniz onda güvən hissi oyandıracaq və hərəkətlər körpənin tarazlıq duyğusunun inkişafına köməkçi olacaq.
- Evdəki digər qardaş və ya bacılarının körpəyə toxunmalarına, sevmələrinə imkan verin. Beləcə, həm gərəksiz qısqanclıqların qarşısı alınacaq, həm də onlar arasında sağlam əlaqə qurulması mümkün olacaq.
-Körpəniz üçün güvənə biləcəyiniz və yaxşı əlaqə qura biləcəyiniz bir həkim seçin. 2 həftəlik və 4 həftəlik olduğunda müayinələrini etdirin.


Şərhlər: 11
Baxılıb: 4144
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Melissa
hamisini biliremm...
18 mart 2015 09:35
# 11
Luna-90
Bu yollari cooxdan kecmisik
18 mart 2015 02:13
# 10
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Menim balam
17 yaşimnan uşağa baxıram , ama uşağa baxmaq çox çetindir , Allah her kese uşaq nesib elesin. Her kes uşağa baxmaq eziyetini çeksin
17 mart 2015 12:02
# 9
Qlamurr
Uşağa baxmaq mənimçün həm çətin,həm də məsuliyyətli işdir,inşallah ana olandan sonra öyrənərəm.
16 mart 2015 22:25
# 8
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
lelos
Usaqa baxmaq mesulliyetdi ve zovq vericidi Allah hamiya oz usaqina baxmaqi nesib etsin
16 mart 2015 21:08
# 7
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
emis
Özümü tərifləmək kimi olmasın mən uşağa baxmağı çox yaxşı bacarıram bacımla qardaşıma mən baxmışam olannan. Mən öyrəşmişəm mənim üçün öz uşağıma baxmaq çətin olmayacaq. Ama uşağa baxmaq nəqədər əyləncəlidi sə bir o qədər də yorucu du. Allah bütün balaları qorusun anayi balayla imtahana çəkməsin uşaqlarda anasız atasız qoymasın. Təşəkkür edirəm.
16 mart 2015 20:44
# 6
Fialka
Faydalı məsləhətləri uşağa baxmaq çətindi ancaq bu analar üçün şirin çətinlik olmalıdı...
16 mart 2015 20:42
# 5
vipbetul
usaqa baxmaq apasnidi
16 mart 2015 19:56
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Tomris Müslümova
cox cetindiyee usaga baxmaq bacim usaginda gormusem gozum ele qorxub..
16 mart 2015 19:21
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
arzum-aysum
ussss lap sirinlerim yadima düşdü. butun hereketleri indiki kimi yadimdadi
16 mart 2015 19:16
# 2
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
BARBI
Usaq baximi cox cetindir hec bacarmaram usaga baxmaga
16 mart 2015 19:09
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz