Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Cipsilər uşaq bədəni üçün zəhərə bərabərdir
Cipsilər uşaq bədəni üçün zəhərə bərabərdir
Göndərən: Wiyinka
Şərhlər: 19
Baxılıb: 731
Səs ver:
Kartof cipsilərinə, qarğıdalı çöplərinə, suxariklərə «yox» deyək...
Kartof cipsiləri yalnız ölkəmizdə deyil, bütün dünyada istər uşaqların, istərsə də böyüklərin ən çox sevdiyi və tükətdiyi məhsullar içində yer alır. Sevildiyi və çox satıldığı üçün, bu gün müxtəlif tərkibli cipsilər dükanların vitrinlərini bəzəyirlər. Qiymətləri 40 qəpikdən başlayaraq artan bu məhsulları bir çox ekspertlər uşaqların həyatında əsl təhlükə mənbəyi hesab edir. Bütün uşaqların sevimli qidasına çevrilən kartof cipsiləri əslində bu kiçik bədənlər üçün zəhərə bərabərdir. Təsadüfi deyil ki, insan orqanizmi üçün təhlükəli və yararsız qida məhsulları siyahısında cipsilər birinci yer tutur. Mütəxəssislər hesab edir ki, kartof çipsiləri ürək xəstəlikləri, piylənmə, sonsuzluq və xərçəng riskini artıraraq uşaqların gələcəyini məhv edir.

Cipsilər piylənməyə səbəb olur
Pediatr Mehriban Cəlilovanın sözlərinə görə, uşaqlarda yaranan piylənmə onların həyatında yaşlılara nisbətən daha təhlükəli fəsadlar törədir: "Araşdırmalara görə, cipsinin uşaqlarda yaratdığı ən böyük fəsad piylənmədir. Uşaq orqanizmi yenicə inkişaf etməyə başladığı üçün bu dövrdə piylənmə gələcəkdə səhhətində ciddi problemlər yaradır. Onlarda piylənmənin yaratdığı problemlər zaman keçdikdən sonra şəkər və başqa ciddi xəstəliklərə yol aça bilər. Bununla yanaşı piylənmə qanda xolesterinin miqdarını artırır”.

Siqaret qədər təhlükəlidir
Dünya Sağlamlıq Təşkilatı və Amerika Qida və Dərman Təşkilatı hesab edir ki, bir yetkinin gündə ən çox 6 qram duz alması və 65 qram yağ istehlak etməsi lazımdır. Lakin, gündə 2 paket cipsi yeyən uşaq bu nisbətləri həddən çox aşır. Bu iki təşkilatın mütəxəssislərinə görə, onların qəbul etdiyi yağ miqdarının içində ürəyə zərərli olan doymuş yağ nisbətinin 20 qramı aşmaması lazımdır. "Siqaret qədər təhlükəli olan” işlənmiş yağların isə heç istehlak edilməməsi vurğulanır. Uşaqlarımızın yediyi 100 qramlıq paket kartof cipsində 25-33 qram arasında yağ var. Dünyada satılan kartof cipsilərinin üzərində yazılmadığı üçün hansı nisbətdə işlənmiş yağdan istifadə edildiyini öyrənə bilmirik. Ancaq İngiltərə Ürək Sağlamlığı Təşkilatının məlumatlarına görə, 100 qramlıq kartof cipsilərindəki doymuş yağ nisbəti 10, işlənmiş yağ nisbəti isə 3 qrama qədər ola bilir. Duz nisbəti də 3 qrama qədər yüksəlir. Başqa cür desək, gündə 100 qramlıq iki paket cipsi yeyən uşaq əslində bir yetkin şəxsin alması lazım olan yağ və duz nisbətini istehlak etmiş olur. Doymuş yağ istehlakı 20 qramı aşdığı zaman piylənmə riskini 80 faiz, ürək xəstəliklərinə tutulma riskini isə 60 faiz artırır. Bununla yanaşı, kartof cipslərinin yağda qızardılması əsnasında ortaya çıxan "akrilamid" adlı maddənin xərçəngə gətirib çıxardığı istiqamətində elmi müzakirələr aparılır.

"Cipsi yemək yağ içməyə bərabərdir”
Xatırladaq ki, bu araşdırmalardan sonra Böyük Britaniya ölkədə cipsi satışını qadağan etdi və "Cipsi yemək yağ içməyə bərabərdir” şüarıyla kompaniya başlatdı. Təşkilata görə, 35 qramlıq cipsi paketində 2,5 çay qaşığı yeməli yağdan istifadə edilir. Hər il dünyada 36 milyarda paket cipsi satılır, bu o deməkdir ki, cipsilərdə istifadə edilən yağ ilə gündə iki Olimpik üzmə hovuzu doldurula bilər.

Azərbaycanda da cipsilərə olan tələbat ürək açan deyil. Belə ki, ərzaq məhsulları satılan mağazalara yollandıq və cipsi satışı ilə bağlı satıcılarla söhbətləşdik. Onlar bizimlə söhbətində, cipsilərin ən çox satılan qidalar arasında olduğunu söylədilər: "Cipsilərin müştəriləri ən çox məktəb uşaqları olur və ən çox ədviyyatlı cipsilər, suxarilər alırlar”.

Qeyd edək ki, Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi məktəb bufetlərində və uşaq bağçalarında istifadəsinə icazə verilməyən qidaların siyahısını açıqlayıb. Məktəblərdə və bağçalarda qadağan edilən siyahıların içində cipsilər də yer alır. Məktəb bufetlərindən cipsi ala bilməyən uşaqlar dükanlardan alaraq ehtiyaclarını ödəyirlər.

"Cipsi satışı dayandırılmalıdır”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bizimlə söhbətində cipsilərin istehsalında genetik modifikasiya olunmuş (GMO) kartofdan istifadə edildiyini bildirdi: "Bu mövzuda daim bu işlə məşğul olan dünyanın bütün təşkilatları, o cümlədən beynəlxalq istehlakçılar təşkilatı Azad İstehlakçılar Birliyinə və digər yerli nümayəndələrə məlumatlar verirlər ki, uşaq müəssisələrində, məktəb bufetlərində o cümlədən «Mc Donalds» şəbəkələrində kartof cipsilərinə, qarğıdalı çöplərinə, suxariklərə son qoyulsun. Çünki, bu cür şəbəkələrdə satılan cipsilər GMO məhsullardır və üstəlik duzlu və qovurulmuşdur. Bunlar orqanizmdə müəyyən fəsadlar yaratdığı üçün Dövlət orqanlarının məktəb bufetlərində apardığı araşdırmaları və yaratdığı standartı mən zəruri hesab edirəm”.

E.Hüseynovun sözlərinə görə, təşkilat olaraq belə məhsulların satışının qarşısını almaq üçün müəyyən işlər görülməsinə baxmayaraq yaxşı nailiyyət əldə etmək mümkün deyil: "Çünki, istehlakçı hüquqlarını qoruyan dövlət orqanlarının bu sahədə işlərini çox zəif hesab edirəm. Dövlətin orqanlarını kiçik yaşlı uşaqların xeyrinə qərarlar qəbul edir, lakin onu icra edən orqanlar işlərini düzgün yerinə yetirmirlər. Mən düşünürəm ki, cipsilər yalnız məktəb bufetlərində deyil, ölkədə də tamamilə ləğv edilməlidir”.


Şərhlər: 19
Baxılıb: 731
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
leyla_258
BEZI ZIYANLI SEYLER QATIRLAR,BELI MENCEDE ZIYANDIIRRR...
10 mart 2015 16:34
# 19
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
cinqosh
uşaq vaxtı anam qoymurdu çipsi alım, mən də öz-özümə deyirdim anam pisdi, məni çipsi yeməyə qoymur. hh İndi özüm oğlumu qoymuram çipsi yesin, yəqin indi o da öz-özünə deyir anam pisdi.
10 mart 2015 12:04
# 18
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
xeyalperest
Duzu uşaqliqdan ana qoymur almaga ilde 1-2 defe ya alariq ya almariq oda gizlince 28
10 mart 2015 09:54
# 17
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
kama99
mende cox sevirem hemwede alanda en boyuyunden alirdim ama indi bir nece aydi yemirem cox ziyandi duzdu,bizdede xasiyetdi ne ziyandi onu sevirik yemeyi
10 mart 2015 00:28
# 16
Qlamurr
Belə abur-cubur şeyləri sevmirəm,hər zaman təbii qidalardan yanayam.
9 mart 2015 23:59
# 15
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Aysel Tatli
Cipsi yemirem ziyanli oldugunda bilirem
9 mart 2015 23:02
# 14
Gunesli
men sevirem amma zererli olduxunu bilirem deyen almiram
9 mart 2015 22:57
# 13
aynur2002
Cipsi bizim evde qadagan edibler.Ona gore de yemirik ve hec maragimiz bele yoxdur.
9 mart 2015 22:08
# 12
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
SENSİZ
men sevmirem usaqlarim yeyir
9 mart 2015 21:32
# 11
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Nazan
en sevdiyim seydi cips

en sevdiyim seydi cips

en sevdiyim seydi cips
9 mart 2015 21:20
# 10
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
tek umidim sen
Cipsi demey olarki hec yemirem
9 mart 2015 21:03
# 9
Kadın derin ama adam yüzme bilmiyor...
emis
men de xosluyuram ama bavardigim az aliram axir vaxtlar bele seyleri azaltmisam cunki ziyanini gorurem mencede satisi dayandirilsa yaxsi olar
9 mart 2015 20:50
# 8
vipbetul
cıpsı sevmırem no cox ınsanlar xosluyur usaqlarsa vabse pacqa pacqa verın yeyegeyler
9 mart 2015 20:18
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
qanadli melek
Mende xosluyuram tez tez aliram
9 mart 2015 19:59
# 6
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
BARBI
men evveller yeyeirdim ancaq hal hazirda yemirem terkibinde ziyanli maddeler coxudr
9 mart 2015 19:50
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
ece uslu
zererli oldugnu bilsemde herden yeyirem
9 mart 2015 19:20
# 4
Menim balam
Yoldaşim herden uşaqlara alır, indiden sonra deyecem almasın
9 mart 2015 19:19
# 3
Fialka
Cipsi istifadə etmirəm, bu qədər zərərli olduğunu bilmirdim..
9 mart 2015 19:09
# 2
Tomris Müslümova
ayyy men xosduyuram axiii
9 mart 2015 19:01
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz