Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşağın yad cismi udması təhlükəli ola bilər
Uşağın yad cismi udması təhlükəli ola bilər
Göndərən: Wiyinka
Şərhlər: 15
Baxılıb: 1623
Səs ver:
Bu problemlə kiçik yaşlı uşaqların analarının əksər hissəsi üzləşir. Kiçik yaşlı uşaqlar hər bir şeyin "dadına" baxmağı xoşlayırlar.

Adətən uşaqlar kiçik əşyaları - xırda oyuncaqlar və ya oyuncaqların hissələri, xırda pul, düymə, muncuq,daş, meyvə çəyirdəkləri və s. kimi əşyaları udurlar. Əksər hallarda bu uşağın 1 yaşından 3 yaşına kimi baş verir. Məhz bu səbəbdən kiçik hissələri olan oyuncaqların üzərində "3 yaşından yuxarı olan uşaqlar üçün" yazılır.

Adətən kiçik ölçüdə olan, hamar yad cisimlər uşaqda heç bir narahatçılığa, ağrılara və s. pozulmalara səbəb olmur. Əksər hallarda belə yad cisimlər 2-3 gündən sonra özü-özündən nəcis ifrazı zamanı uşağın bağırsaqlarından çıxır. Həkimlə məslətləşdikdən sonra uşağa işlətmə dərmanı vermək olar.

İti və kəsici əşyalar (iynə, sancaq, şüşə və s.) isə çox təhlükəlidir. Onlar mədə-bağırsaq traktında ilişə bilər, onun divarını deşə və ya kəsə bilər. Bu isə ağır fəsadlara gətirib çıxardacaq. Bu səbəbdən əgər uşaq iti və ya kəsici əşya udubsa, dərhal "təcili yardım" çağırın. Uşaq özünü yaxşı hiss edə bilər, lakin bu heç də o demək deyil ki, təhlükə yoxdur. Həkim gələnə kimi uşağa yemək və maye verməyin, uşağı uzandırın.

Batareyalar da (xüsusilə diskşəkilli) çox təhlükəlidir. Mədənin turş mühitinə düşdükdə onlar ziyanlı maddələri buraxmağa başlayır ki, bu nəticədə mədənin kimyəvi yanığına səbəb olur. Bu halda da dərhal "təcili yardım" çağırın.

Udulmuş maqnitlər də çox ağır pozulmalara səbəb olur - mədə-bağırsaq divarların yırtılması, daxili qanaxmalar və s. Hal hazırda uşaqlar üçün maqnitlərlə olan xüsusi ağıllı oyuncaqlar buraxılır. Bu oyuncaqları kiçik yaşlı uşaqlara almayın.

Nisbətən iri və ağır əşyaların (misal üçün, dəmir kürəciklər, iri dəmir pul və s.) udması uşağın səhhəti və hətta həyatı üçün ciddi təhlükə yaradır. Müəyyən müddət ərzində burada qaldıqda bu əşyalar mədə-bağırsaq traktının divarını yırta bilər ki, bu uşağın həyatı üçün təhlükəli olan daxili qanaxmaya səbəb olacaq. Məhz bu səbəbdən uşağın mədə-bağırsaq traktına yad cisim düşdükdə, mütləq onun buradan çıxıb-çıxmadığına fikir verin. Bunun üçün uşağın hər nəcis ifrazına nəzarət etmək lazımdır. Əgər uşaq unitazdan istifadə edirsə, bir müddət ərzində onu güvəcə otuzdurun.

Beləliklə, uşaq iti, kəsici, iri və ağır əşyanı, batareyanı, maqniti udubsa, dərhal həkimə müraciət edin.

Əgər istənilən digər udulmuş əşya 2-3 gün ərzində nəcis ifrazı zamanı uşağın bağırsağından çıxmayıbsa, mütləq həkimə müraciət edin.

Xəstəxanada uşağı cərrah müayinə edəcək. Lazım olduqda cərrah əlavə müayinələri (rentgenoloji, endoskopik müayinələr, USM) təyin edir. Rentgen zamanı yalnız dəmirdən olan yad cisimlər, daşlar, bəzi şüşə növləri görünür, plastmassdan və ağacdan olan əşyalar ilə görünmür.

Uşaq müayinə olunduqdan sonra onun vəziyyəti qiymətləndirilir və uşağa təcili müalicə təyin olunur və ya uşaq xəstəxanada həkimlərin nəzarəti altında qalır (uşağa işlətmə dərmanları verilir və həkim yad cisimin nəcislə çıxıb-çıxmamasına nəzarət edir).

Əgər əşya dərhal xaric olunmalıdırsa, bu məqsədlə endoskop istifadə oluna bilər. Endoskopun köməyi ilə qida borusunda, mədədə və 12 barmaq bağırsağında ilişmiş yad cisim çıxartmaq mümkündür. Əgər yad cisim daha dərin yerdə ilişibsə, laparoskopik üsullardan istifadə oluna bilər.

Bəzən ananın uşağın yad cisim udmasından xəbəri olmur. Hansı simptomlar buna işarə edə bilər?

- uşaqda ürəkbulanması və qusma.

- qarında ağrılar,

- artmız ağız suyunun ifrazı. gəyirmə,

- hərarətin artması,

- nəcisdə qanın və seliyin olması,

- qida qəbulundan imtina.

Belə simptomlar olduqda, vaxt itirmədən cərraha müraciət edin.


Şərhlər: 15
Baxılıb: 1623
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
leyla_258
ALLAH UZAQ ETSIIINN...

ALLAH UZAQ ETSIIINN...
9 mart 2015 18:34
# 15
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Melissa
oy men ele seye her gun diqqet etmekden yorulmusammmmmmmmmmmm
9 mart 2015 09:38
# 14
vipbetul
Allah qorusun tehlukelidi
8 mart 2015 21:07
# 13
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
FISTIK
cox pis seydi hec kime gostermesin Allah
8 mart 2015 00:03
# 12
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
aziz a
Ele qorxuram, qizimdada olub bele sey usag ozune gelmisdi, amma papam, mamam ve men ozumuze zilmnen geldik...
7 mart 2015 23:32
# 11
Qelbim doludu !!!!
ece uslu
bizim qonwu da uwaq 4 war ve telefonun kunopkalarini udmuwdu
7 mart 2015 23:18
# 10
Şəbnəm Vüsal
mənim əmimoglu balaca vaxtı paxlanı burnuna soxmuşdu 122 .3-4 saata zorla cıxarmışdılar.amma mən agıllı olmuşam hec elə şeylər etməmişəm 122
7 mart 2015 23:02
# 9
Səndən sadəcə bir istəyim var hər zaman həyatımda,yanımda , qəlbimdə ən əsası sol yanımda ol Vüsal.Cünki səni coooooooox S E V İ R Ə M ♡
Ayten666
Menim balacam tozsorandi yerde ne tapsa agzindadi.ay yarim qizdirmasi 40dAn dusmedi.hergun iyne derman ama faydasi yox deli olmusdum hekimlerde hecneyi yoxdu deyirdi nehayet birdefe oskurende bir fisdig dusdu ve vsyo
7 mart 2015 22:53
# 8
gulun leceklerini qoparmaqla onun gozelliyini qazana bilmezsen!!!
Luna-90
Sukur ele bir sey yasamamisiq hecne udmuyub indide yeke kisi olub oglum 5yasi var
7 mart 2015 21:03
# 7
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
aynur2002
Sitat: Menim balam
Bir defe balaca oğlumun Boğazı'nda alma qalmişdi, uşaq özünü pis hiss edirdi. Birteher zornan ağızı aşağı eledim, çixardım.yoxsa nefes borusunda qalıb öle bilerdi. Allah uzaq elesin, en qorxduğum hadisedir

Men de qorxuram bele seylerden.
7 mart 2015 20:57
# 6
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
Menim balam
Bir defe balaca oğlumun Boğazı'nda alma qalmişdi, uşaq özünü pis hiss edirdi. Birteher zornan ağızı aşağı eledim, çixardım.yoxsa nefes borusunda qalıb öle bilerdi. Allah uzaq elesin, en qorxduğum hadisedir
7 mart 2015 20:24
# 5
xeyalperest
Bizde bir uşaq vardi 3 qepiyi udmuşdu sora gucnen cixartmişdilar tewekkur
7 mart 2015 20:23
# 4
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Fialka
Valideynlər bu mövzuda daha diqqətli olsalar yaxşı olar çünki uşaq kiçik yaşlarında hər şeylə maraqlanır dünyanı kəşf edirlər...
7 mart 2015 19:30
# 3
Tomris Müslümova
oyy menim tanidigim bir usaq bi defe qepik udmusdu...bir teher cixartdilar... 28
7 mart 2015 19:13
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Usagin yad cisim udmasi zamani mutleq hekime muraciet edilmelidir
7 mart 2015 19:02
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz