Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqlar üçün ziyanı olan əsas beş məhsul
Uşaqlar üçün ziyanı olan əsas beş məhsul
Göndərən: Wiyinka
Şərhlər: 14
Baxılıb: 1533
Səs ver:
Uşağınızın qida rasionunda bir sıra ərzaq qruplarının daxil edilməsi çox önəmli və olduğu kimi müəyyən ərzaqlar da vardır ki, onların uşaqlara verilməsindən yayınmaq qəti şəkildə tövsiyyə olunur.

Bu ərzaqlarla yaxından tanış olaq:

Şəkər
Şəkər immun sisteminin əsas zəiflədicisi olduğuna görə, şəkər immun stimullaşdırıcı (artırıcı) qida rasionuna daxıil edilməməlidir. Hətta 100 qram miqdarında şəkər immun sistemini 50%-dək zəiflətməkdədir. Amerika Klinik Qidalanma jurnalı hələ 1973-cü ildə şəkərdən istifadədən yarım saat sonra immun sistemini zəiflətmə effektinin yaranmasını və bu effektin beş saata qədər davam etməsini artıq məruzə etmişdi. Saxarozanın (ağ şəkər) istənilən qidalandırıcı maddələrdən məhrumdur.

Bundan əlavə, şəkərin həzmi üçün vacib qidalandırıcı maddələr tələb olunur ki, bu da uşağın orqanizmində olan qidalandırıcı elementlərin istehlakına səbəb olur. Şəkər müxtəlif gizli formada mövcud olduğundan savayı, həmçinin məxsusən uşaqlar üçün hazırlanmış hazır qida məhsullarının tərkibində var. Əksər uşaq ərzaq istehsalçıları qida məhsullarında şəkərdən istifadə edir.

Baby Organix tək bir uşaq ərzaq istehsalçısıdır ki, şəkərdən istifadə etmir. Körpəlik mərhələsindən hər hansı xüsusi istehsal olunmuş və satışda olan uşaq qidası adı ilə buraxılmış məhsullardan uzaq olmaq lazımdır. 2000-ci ilin may ayında çap olunmuş Ərzaq Komissiyasının hesabatı ilə 357 test edilmiş uşaq ərzaqlardan 57%-da yüksək səviyyədə şəkər aşkar olunub.

Yoqurt növlərinin əksəriyyətinin bir porsiyasında 5 çay qaşığı şəkər var. Mağazalarda məhsulların etiketini oxuduqda 1 çay qaşığı 4 qram şəkərə bərabə olduğunu unutmayın. Bunu bilərək, siz asanlıqla məhsulda neçə çay qaşığı şəkər olduğunu hesablaya bilərsiniz və bu daha düzgün məhsul seçiminizə təsir göstərəcək.

Gizli şəkər hansılardır?
Məhsullarının üzərindəki yazıları diqqətlə oxuyun: saxaroza, qlükoza, şəkər siropu, maltoza, dekstroza, laktoza, bal, qızıl siropu, qarğıdalı siropu, bəhməz, hidrolizə edilmiş nişasta, fruktoza, qatılaşdırılmış meyvə şirəsi.

Duz
Ərzaq Komissiyasının hesabatına görə 46% test olunan uşaq ərzaqlarının tərkibində duzun miqdarı normadan artıqdır. Əslində uşaq qidasına duzun əlavə edilməsi yolverilməzdir, lakin azyaşlı uşaqların əksəriyyətinə hələ çox balaca olduqları halda böyüklər üçün nəzərdə tutulan yeməyi verirlər. Uşaqlar tərkibində çox duz olan qızardılmış kartof, dadlı qəlyanaltılar, sosis və kolbasa, veçina, donuz əti və ya hisə verilmiş qidalardan istifadə etməməlidirlər.

Artıq duz onların böyrəklərə yük verir və sağlam immun sistemi üçün çox önəmli olan maqnezium kimi elementləri bədənin duz ilə savaşdığı zaman tamam ilə itirilmiş olur. Həddindən artıq duzdan istifadə gələcəkdə ürək-damar xəstəliklərinə səbəb bilər. Uşağın immun sisemini və onun sağlamlığını qorumaq üçün məhsulların üzərindəki tərkib yazılarına diqqətinizi yönəltməlisiniz.

Hidrogenasiyalaşdırılmış yağ
Hidrogenasiya prosesindən duru yağın kimyəvi quruluşuna təsir göstərərək onu maye halından bərk və ya yarım bərk hala-margarinə döndərmək üçün istifadə edilir. Bu proses yüksək temperatur və təziq altında həyata keçirildiyindən yağın strukturuna xələl gətirir və qida dəyərini məhv edir. Bu yağ növləri vacib yağ turşularının orqanizmdə metabolizminə mane olur.

Hidrogenasiyalaşdırılmış yağ yalnız marqarinin tərkibində deyil, həmçinin dükanlarda satılan qurabiyə (peçenya), biskvit məmulatları, krekerlər, piroq və digər qənnadı məmulatlarının tərkibində var.

Kaffein
Bir çox insan hesab edir ki, kaffein qəhvənin tərkibindəki mövcud olan arzuolunmaz maddələrdən biridir. Lakin bu maddə həmçinin qara və yaşıl çayda, qəhvədə, şokolad və şokolad içkiləri və Kola kimi qazlı içkilərinin tərkibində də var. Kaffein – güclü oyadıcıdır. O həm də, uşağın immun sistemi üçün vacib və lazımlı olan vacib maddələrin əldə edilməsinə mane olan güclü anti-qidalandırıcı maddədir. 1995-ci ildə aparılan Məktəbəqədər Uşaqlar üçün Pəhriz və Qidalanma sorğusuna görə dörd yaşına çatmamış uşaqların üçdə biri çay içir.
Əgər sizin yeniyetmə və hətta daha kiçik övladlarınız müəyyən formada kaffeinə istənilən formada aludə olubdursa, bəzi sadə dəyişikliklər etməyə çalışın. Qazlı kaffeinli içkiləri karbonatlı meyvə tərkibli içkilərə, çay və ya qəhvəni dekaffeinləşdirilmiş variantlarla əvəz etməyə çalışın və tədricən tamamən onları qidanızdan çıxarın. Adətən zərərli məhsulları alternativ sağlam maddələri əlavə etmək zərərlilərdən tamamən can qurtarmaq üçün daha asan və daha faydalıdır. Yeniyetmələr üçün müxtəlif növ meyvəli çaylar əldə etməyə çalışın. Qaynar qara qarağat çayı və zövqə görə əlavə edilmiş bal çox xoşdur. İsti yay günlərində 3 çay paketi qara qarağat götürün və yarım saat qaynar suda dəmliyib soyudun. Zövgə görə bal və xırdalanmış buz kubları əlavə edin.

Qida Əlavələri
Emal edilmiş məhsulların istifadəsindən yayınmaqla siz kimyəvi əlavələrin hücumundan uşağınızın bədənini xilas edəcəksiniz. Əlavələrə aiddir: boyalar, tamlaşdırıcılar, emulqatorlar, stabilizatorlar, qatlaşdırıcılar, süni şirinlədirici maddələr, konservantlar, dad gücləndiriciləri, qlazur agentləri və müxtəlif əlavələr. Onlar yeməyin yaxşı görünməsi üçün, xoş dadlı olması üçün və uzun müddət xarab olmaması üçün nəzərdə tutulmuş. Qanuni cəhətdən bizim yeməyimizə daxil edilə biləcək təxminən 400 növ əlavələr mövcuddur, lakin istifadə etdiyimiz ərzaqların tərkib siyahısında qeyd olunmayan 3500 növ maddələr daxil edilir .

Bu əlavələr uşağın immun sisteminə xüsusilə, əsas detoksifikasiya funksiyası daşıyan qara ciyər üçün əlavə narahatlığa və yükə səbəb ola bilər.

Xüsusən körpə və uşaqlar üçün nəzərdə tutulmuş hazır içkilər və qida məhsullarına qida əlavələri daxil edilməməlidir. Lakin, məhz bu ərzaq və içkilər qadağan edilmiş qida əlavələri ilə doludur. Bu məhsullara aiddir: dadlı qəlyanaltılara, qazlı içkilər, çipslər, puddinqlər, kolbasalar, balıq çubuqları, dondurma və konfet aiddir. Aşağıdakı məhsulların istifadəsini azaltmaqla və ya tamamən dayandırmaqla qida əlavələrinin zərərindən yayına bilərsiniz:

- Kolbasa və sosis məmulatları.
- Hazır şirələr və meyvə içkiləri.
- Konservləşdirilmiş hazır məhsullardan çəkinin, çünki onların tərkibində saxlanma müddətini artırmaq üçün müxtəlif əlavələr mövcuddur.
- Yarımfabrikat məhsullar.

Ərzaqları təbii halına daha yaxın formada yeyin. Məsələn, sobada bişmiş toyuq, toyuq naqqetlərindən qat-qat faydalıdır.

Mənbə: Lucy Burney "Boost your childs immune system” kitabı
Tərcümə edən: Aytən Məmmədova


Şərhlər: 14
Baxılıb: 1533
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
usaqlarda bunlari xosluyurda
9 mart 2015 00:30
# 14
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Nazan
3 beyazdan uzaq durun 122
5 mart 2015 16:06
# 13
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
cinqosh
Duz, şəkər nəinki uşaqlara, böyüklərə də ziyandır.
Duzu azalt,
Ömrünü uzat
3 mart 2015 12:15
# 12
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
Madina
Faydali ve deyerli xeber ucun,twk. Beli bunlari bilirdim,dusunurem ki,analar mutleq bunlara riayet etmelidiler.
3 mart 2015 00:06
# 11
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
ece uslu
uwaqlari sekerden uzaq tutmaq olur ki?
3 mart 2015 00:02
# 10
aziz a
Usaq ucun en yaxsisi ev seraitinde, oz elinle hazirladigin qidadir.
2 mart 2015 23:26
# 9
Qelbim doludu !!!!
Qlamurr
Lazımlı xəbərdi,çalışıb uşaqları yazılan qidalardan qorumaq lazımdı,ən yaxşı hazır məhsullardan uzaq durmaqdı
2 mart 2015 23:10
# 8
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
isveç.de
Həqiqətən doğru qeyd edilib. .. Duz şəkər umumiyyətlə uşağlı analar yeməklərə diqqət etməlidilər.
2 mart 2015 22:32
# 7
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
Aysel Tatli
Indiki uwaqlar ancaq bele weyler yeyirler sud qatiq verirsen yemirler
2 mart 2015 22:02
# 6
ayan97
Hee bilmediklerim vardi gwelecekde qismet olsa nezer .ederem .
2 mart 2015 21:00
# 5
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
BARBI
Usaqlar kolbasa sosiska boya qatqili sekeri cox olan qidallari cox sevirler valideynler nezaret edib bu qidalarin istifadesini azaltmalidir
2 mart 2015 19:45
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
AYKA-ISI
faydali meslehetlerdi elimden geldiyi qeder emel eliyirem tewekkurler
2 mart 2015 19:14
# 3
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Fialka
Çox faydalı xəbərlərdi bu cür qidalar nəinki uşaqlara elə böyüklərə də ziyanlıdır mən həmişə hansısa ərzaq və ya nəisə istifadə olunası məmulat alanda mütləq istifadə tarixinə tərkibinə baxıram ...
2 mart 2015 19:06
# 2
krisa
TEBII KI,USAQLARA,SEKERSIZ,DUZSUZ,NISASTASIZ,COX YAGLI OLMAZ.BUNA DA BEZI ANALAR EMEL EDIR,BEZI ANALR,YAN KECIR.

AY MEN BURDA YAZMALIYDIM SEKERLI,DUZLU,NISASTALI.
2 mart 2015 19:04
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz