Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Valideynlərin bəzi səhvləri uşağın immunitetini zəiflədir
Valideynlərin bəzi səhvləri uşağın immunitetini zəiflədir
Göndərən: Wiyinka
Şərhlər: 16
Baxılıb: 1671
Səs ver:
Uşağın immunitetinin möhkəmləndirilməsinə onun doğulduğu ilk gündən başlamaq lazımdır.

Bunun üçün ilk növbədə körpəni lazım olandan artıq geyindirməyin. Biz, uşaq doğulan gündən onu qalın geyindirməyə, üstünü daha isti örtməyə adət etmişik. Əslində isə bu əməlimizlə biz heç də uşağa kömək etmiş yox, əksinə, ancaq zərər vurmuş oluruq. Əgər uşaq doğulan gündən etibarən yüngül şəkildə bələnərsə, sonra döşəmədə iməkləməyə, otaqda ayaqyalın gəzməyə öyrəşmiş olarsa, o daha möhkəm və sağlam böyüyəcək.

Əlbəttə ki, bu zaman hər bir şeydə həddini bilmək lazımdır! Uşaq tez-tez üşüyərsə və nəticədə də tez-tez xəstələnərsə, onun immuniteti yalnız korlana bilər.

Yenidoğulmuş körpənin immunitetini möhkəmləndirmək üçün ona hər gün hava vannaları etmək lazımdır. Uşaq üçün hava vannalarını o, evə gətirildiyi gündən başlamaq olar. Gün ərzində 2 dəfə olmaqla uşağı soyunduraraq onu 1-2 dəqiqə ərzində lüt saxlayın. 1 aylığından sonra bu vaxtı 5 dəqiqəyə, 6 aylığına qədər 10 dəqiqəyə, 1 yaşına qədər 15 dəqiqəyə qədər çatdırın. Otağın temperaturu 22-23 C olmalıdır. Əgər çöldə hava soyuq deyilsə, uşağı tədricən, otağın nəfəslik pəncərəsi açıq olmaqla, otaqda qalmağa öyrəşdirmək lazımdır.

Uşaq doğulduğu gündən etibarən 2 saatdan az olmayaraq (buna uşağı tədricən öyrəşdirmək lazımdır) açıq havada olmalıdır. Bunun üçün "qırxın çıxmasını" gözləməyin! Gəzintiləri yalnız hava çox şaxtalı və küləkli olduqda təxirə salmaq olar.

Daha bir faydalı məlumatı da diqqətinizə çatdırmaq istəyirik. Bir yaşına qədər olan uşaqla (və ya uşaq gəzə bilmədiyi vaxta qədər) gəzintiyə çıxmağa hazırlaşarkən, uşağı həddindən artıq isti geyindirməmək üçün, çox sadə bir qaydaya əməl edin: uşağa geyindirdiyiniz paltar qatlarının sayı, sizin özünüzün geyindiyinizdən 1 qat artıq olmalıdır.

Uşağınız gəzməyə, daha sonra isə qaçmağa başladıqda, onun hərəkətliliyini də nəzərə almaq lazımdır. Bir yerdə qərar tutmayan uşağın "soyuqdan donması” böyüklərə nisbətən daha az ehimal olunur. Ona görə də uşağın paltarlarının qatının sayı sizdə olduğu kimi olmalıdır, artıq yox! Uşağın tərləməməsi üçün onun geyidiyi paltarlar təbii materiallardan olmalıdır. Yadda saxlamaq lazımdır ki, tərləmiş uşağın xəstələnmək ehtimalı çox yüksək olur.

Əksər hallarda biz uşağa ayaqyalın gəzməyi icazə vermirik. Bu zaman biz dərindən düşünməyərək, onu bu yolla bədənini möhkəmləndirməyin vacib üsullarından birindən məhrum etdiyimizi bilmirik. Həkimlər tez-tez ayaqyalın gəzən uşaqların immunitetinin xeyli dərəcədə yüksək olmasını qeyd edirlər. İnsanların pəncələrinin altında xeyli sayda bioloji aktiv nöqtələr mövcuddur ki, onların mexaniki və fiziki şəkildə stimulyasiyası orqanizmin immunitetini də yüksəldir. Ancaq bu zaman onu da nəzərə almaq lazımdır ki, uşağı ayağyalın gəzməyə (qışda isə nazik corablarda) alışdırmaq üçün bunu o gəzməyə başladığı ilk günlərdən, həm də sistematik şəkildə etmək lazımdır. Dəniz qumu və dəniz çınqılı üzərində ayağyalın gəzmək olduqca xeyirlidir. İmmunitetin möhkəmləndirilməsindən əlavə bu həm də yastipəncəliyin ən yaxşı profilaktik və hətta müalicə üsuludur.

İlin soyuq fəsillərində evdə xüsusi "trenajor" düzəltmək olar - vannaya qum və xırda çınqıl tökün və uşağı bu qumda gün ərzində bir neçə dəfə ayaqyalın "gəzdirin".

İmmunitetin mökəmləndirilməsi üçün digər yaxşı "trenajor” - xüsusi massaj xalçasının üzərində gəzməkdir.


Şərhlər: 16
Baxılıb: 1671
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ulduz
mende demek olarki hergun gezdirirem ve neticesi elaadi[left][/left]
9 mart 2015 13:56
# 16
leyla_258
onda diqqetli olsunlar dddeeeee!
5 mart 2015 22:21
# 15
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Nazan
mencede duzdu
5 mart 2015 16:04
# 14
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
FISTIK
cox duzdu usaq korpe vaxdi nece oyrenirse elede olur men belede edirem hetta 20° marozdada cole cixariram
5 mart 2015 02:03
# 13
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
Şəbnəm Vüsal
oxuduma.amma hələki uşagım qoqqu 26 .olanda bu məsləhətlərə əməl edəcəm.SÖZ....
5 mart 2015 00:55
# 12
Səndən sadəcə bir istəyim var hər zaman həyatımda,yanımda , qəlbimdə ən əsası sol yanımda ol Vüsal.Cünki səni coooooooox S E V İ R Ə M ♡
ece uslu
uwaga baxmagi hec bacarmiram
5 mart 2015 00:33
# 11
aynur2002
Hec bilmirdim
4 mart 2015 22:41
# 10
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
xeyalperest
Bir taniş var uşagi kelem kimi ele geydirirki uşagin yerne men boguluram mencede coxda istide yaxsi deyil tewekkur
4 mart 2015 21:22
# 9
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Zeynuş
Gün ərzində 2 dəfə olmaqla uşağı soyunduraraq onu 1-2 dəqiqə ərzində lüt saxlayın. Bununla razi deyilem cunki sohbet hec qirxi cixmamis usaqdan gedir.Bu balacaliginda usaqi soyundurub hetta bir iki deq .saxlamaq duzgun hesap etmirem.
4 mart 2015 21:15
# 8
Agaca dayanma çürür,insana güvenme ölür.Aç ellerini Rabbine seni bir tek O görür.
BARBI
Men ozumde qalin geyinenlerdenem hemise cezasini cekmisem bir az soyuq olduqda xestelenirem usagi cox istiye oyresdirmek duzgun deyil
4 mart 2015 20:52
# 7
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
gulka azeri
duzdu ruslar da bele edir,usag dunyaya gelende balnisada onu 1ce ekdiye belediler basi da acix qaldi balnnisa ise kfayet qeder isti idi payiz fesli oldugina baxmayaraq,Az,da ama usagi balnisadayken cox beleyirle walla hetta basini orturler bele olanda usaq isdiye oyrewiy soyuqa duwen kii xesdelenir
4 mart 2015 20:09
# 6
Aysel Tatli
uwaqlari qalin geyindirmek yaxwi deyil hekimler meslehet gorurlerki evde uwaqlarin bawina papaq qoymayin
4 mart 2015 20:06
# 5
Qlamurr
Faydalı məsləhətlərdi,məndə bu cür düşünürəm,uşağı balacalıqdan soyuğa,açıq havaya alışdırmaq,yeri gələndə ayağıyalın,qumun,daşın üstündə gəzməyi vərdiş halına gətirmək lazımdı..
4 mart 2015 19:58
# 4
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Menim balam
Çox da qalın geyindirmek yaxşi deyil.
4 mart 2015 19:50
# 3
AYKA-ISI
tewekkuler faydali meslehetlerdi men yayda qoymuram ayaqyalin gezsin ikiside qiwda olub deye istiye oyrewibler biraz hava doyuyan kimi xestelenirler
4 mart 2015 19:44
# 2
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Fialka
Faydalı məsləhətlərdi ancaq yazılıbki uşağın geyimi böyüklərdə neçə qatddısa o qədərdir ancaq mən bilən böyüklərdə iki qatdırsa uşaqlarda üç qat olmalıdır... Birdə uşaqların yay aylarında ayaq yalın gəzmələri çox faydalıdır əsasəndə torpağın üzərində...
4 mart 2015 19:11
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz