Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşağın hərarətini dərmansız necə salmaq olar? - Üsullar
Uşağın hərarətini dərmansız necə salmaq olar? - Üsullar
Göndərən: Antikvar
Şərhlər: 20
Baxılıb: 4455
Səs ver:

Soyuq fəsillərdə uşaqlar daha tez soyuqdəymə xəstəliklərinə tutulur.

Bu xəstəliklərin əsas və valideynləri ən çox narahat edən, qorxudan simptom bədən hərarətinin yüksəlməsidir.

Bu halda valideynlər adətən uşağa müasir hərarətsalan dərmanlarından birini verir. Lakin sadə üsullar var ki, bu üsulların köməyi ilə uşağın hərarətini heç bir dərman istifadə etmədən salmaq mümkündür. Bu üsullara fiziki üsullar deyilir. Onların əsas məqsədi uşağın bədənində gedən istiliyin hazırlanması prosesini ləngitmək və əksinə, istilikvermə prosesini sürətləndirməkdir.

 

Bunun üçün nə etmək lazımdır?

Hərarəti olan uşağı ilk növbədə çarpayıda uzandırın. Uşağı yüngül geyindirin və üstünü qalın örtməyin (odeyal kifayətdir, isti yorğan yox!). Əgər siz hərarəti yüksək olan uşağı isti geyindirib üstəlik isti yorğana bükəcəksinizsə, bu, hərarətin daha da artmasına gətirib çıxardacaq.

 

Xəstə uşaq uzanan otaq isti olmamalıdır (təxminən 22 C). Otağın pəncərəsinin nəfəsliyini açın, otağın döşəməsini nəm əski ilə silin. Quru və isti hava hərarətin artmasına səbəb olacaq.

 

Adətən hərarəti olan uşaq yeməkdən imtina edir. Xəstə uşağı zorla yedizdirməyin. Bu da hərarətin daha da yüksəlməsinə səbəb olacaq. Uşağa bol ilıq (isti yox!) turş maye verin. Bu, moruq, zoğal mürəbbəsi əlavə olunmuş çay, limonlu çay, turş kompot, itburnu dəmləməsi və s. ola bilər. Zorla içizdirməyin – bu, qusmaya səbəb ola bilər. Lakin mayeni uşağa mümkün qədər tez-tez təklif edin. Bol mayenin qəbulu tərləməyə səbəb olacaq ki, tərləmənin nəticəsində hərarət enəcək.

 

Hərarət 38,5 C çatdıqda (burada sağlam uşaqlar nəzərdə tutulur, uşaqda olan bəzi xəstəliklər zamanı hərarəti 38 C-yə çatdıqda salmaq lazımdır), dərhal hərarətsalan dərmanlarına üz tutmayın. İlk növbədə uşağı soyundurun və ilıq su ilə olan (32-34 C) vannaya salın və ya ilıq suya batırılmış əski ilə uşağın bədənini silin. Bu sadə üsul əksər hallarda hərarətin aşağı düşməsinə kömək edir. Soyuq su istifadə etməyin, bu, dəri kapilyarların sıxılmasına (spazm) səbəb olacaq ki, dəridə olan hərarət enəcək, lakin bədənin daxilində olan hərarət əksinə yüksələcək.

 

Əvvəllər nənələrimiz hərarəti olan uşaqların bədənini spirt, araq və ya sirkə batırılmış su ilə silirdilər. Lakin pediatrlar bu maddələrin istifadəsini uşağın sağlamlığı üçün ziyanlı hesab edirlər.

 

Nəzərinizə çatdıraq ki, bütün sadaladığımız vasitələr yalnız uşağın dərisi çəhrayı rəngdə olduqda (biz buna "uşaq yanır" deyirik) istifadə etmək olar. Yüksək hərarəti olan uşağın dərisi soyuq, solğun və ya göyümtüldürsə, dərhal həkimə müraciət edin. Bu halda sadaladığımız üsullar kömək etməyəcək və əksinə ziyan gətirə bilər.

 

Uşağın hərarəti düşübsə, bu heç də o demək deyil ki, uşaq sağalıb. Hərarətin artmasına səbəb olan amil aradan qaldırılmalıdır. Bu baş verməzsə, müəyyən müddətdən sonra hərarət yenə qalxacaq. Mütləq uşağa nəzarət edən pediatra müraciət edin ki, həkim hərarətin yüksəlməsinin səbəbini müəyyən etsin və uşağa lazım olan müalicə təyin etsin.

 

Əgər sadaladığımız vasitələr kömək etməzsə və uşağın hərarəti yenə artacaqsa, bu halda uşağın yaşına uyğun olan dozada hərarətsalan dərman istifadə edə bilərsiniz.


Şərhlər: 20
Baxılıb: 4455
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
lili)
mn cox qorxaqan usaqin qizdirmasi qalxdi deli oluram tez hekime zeng
19 yanvar 2015 09:58
# 20
Wappuw
araqlada salmaq olur
19 yanvar 2015 03:04
# 19
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
Aysel Tatli
SIRKE ILE SALMAQ OLAR
18 yanvar 2015 23:16
# 18
aynur2002
TESEKKURLER.
18 yanvar 2015 20:10
# 17
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
emis
hami bilmelidir bunu tesekkur edirem
18 yanvar 2015 15:12
# 16
aziz a
Cox faydali melumat idi tesekkur
18 yanvar 2015 00:26
# 15
Qelbim doludu !!!!
arzu gunes
meslehetinize gore twkler
18 yanvar 2015 00:25
# 14
ece uslu
indiden oyrenek inwallah lazim olar
17 yanvar 2015 23:57
# 13
arzum-aysum
Mence bunlari usagi olan butun analar bilmelidi.
17 yanvar 2015 23:40
# 12
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Miss_Oxatan
Sona kimi oxudum cox vacibdir bilmek,tewekkurler xebere gore
17 yanvar 2015 23:10
# 11
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
sona
Necede cetindi uwaga baxmaq.
17 yanvar 2015 23:08
# 10
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Qlamurr
Uşaq saxlamaq çox çətindi,uşaq xəstələnəndə mən yüz faiz panik olaram....
17 yanvar 2015 22:35
# 9
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
FISTIK
mende burada deyilenleri edirem. esasen dermani o vaxd veremki temeraturasi 38 olursa amma onan asagi vermirem niye hekim de deyibki usaq arqanizmi mubarize aparir xestelikle ve imutetine gore dermani az temperaturada verme at paltarina kimi paltarin cixaram ve klukva brusnika kampotu verem moruq cornasmarodinada olar. maraqli xeberdi ve cox vacib mesleheti twk.
17 yanvar 2015 22:23
# 8
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
KRALİCEM
Cox sukur qizim qizdirmir
17 yanvar 2015 22:11
# 7
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
ayan97
Tsk geleceyde lazim olaar
17 yanvar 2015 21:14
# 6
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
qes qiz
Usagi olanlar bunlari öğrenmeyi meslehetdi
17 yanvar 2015 20:37
# 5
neri
bunlari bilurem.
17 yanvar 2015 20:28
# 4
Sert
Fialka
Bu haqda məlumatım var idi ancaq soyuq suyun spazm yaradacağını bilmirdim.
17 yanvar 2015 19:07
# 3
Сладкий Ангел
cox cetindir uwaqa baxmaq
17 yanvar 2015 19:06
# 2
.Bir gülüşüm var Sizlərə ömür...
BARBI
Cox cetindir usaga baxmaq
17 yanvar 2015 19:01
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz