Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İştahasız uşağa necə yanaşmalı?
İştahasız uşağa necə yanaşmalı?
Göndərən: NoName
Şərhlər: 16
Baxılıb: 1017
Səs ver:
Uşağım yemək yemir” tez-tez rast gəldiyimiz şikayətlərdəndir. İştahasız uşağa necə yanaşmaq lazımdır? İştahasızlıq nə vaxt problemdir, nə vaxt isə adi hal? Nə vaxt narahat olmalı, nə vaxt isə uşağı öz-özünə buraxmalıyıq?

İlk öncə bir problemin olub-olmamasını araşdırmaq lazımdır. Görəsən, uşağın yeməsini ümid etdiyimiz qida miqdarı onun yaşına, boyuna və çəkisinə görə uyğundur? Yoxsa ümidlərimizi dəyişməliyik. Bu sualın cavabını ən yaxşı sizə uşaq həkimi, diyetoloq verə bilər. Hər yaşın lazımı norması nə qədərdi?
  Məsələn, yaşyarımlıq bir uşağın gönorta yeməyində bir dənə kotlet, yarım kasa düyü və bir necə xörək qaşığı göy noxud yetərlidir. Əgər ana uşağının bundan daha da çox yeməsini düşünürsə bu zaman o, yiyən uşağını "iştahasız uşaq” kimi təyin edir.  Halbuki uşaq lazım olan miqdarı yeyir. Xüsusilə 1-3 yaş arası uşaqların bir qida qəbulu zamanı yaxşı yeyərkən digər bir qida qəbulu zamanı o qədər də yaxşı yeməmələri təbiidir. Qidalanmanı da günbəgün deyil, həftəlik olaraq qiymətləndirmək lazımdır.  Bundan başqa, uşaqlar onlar üçün ən sağlam qidalanma şəkli olan "az-az, tez-tez" yeməyə meyllidirlər. Bəzən də uşaqların yemək arasında çoxlu maye içmələri, ya da ayaqüstü tezbazar "nəisələr” yemələri də yemək əsnasında nisbi bir iştahszlık yarada bilər.

Əgər problem gözləmələrimiz ya da yuxarıda qeyd etdiyim digər səbəblər deyil isə, uşağımız yaşına görə lazım olandan az qidalanırsa bu problemin müvəqqəti yoxsa daimi olduğuna baxmaq lazımdır. Müvəqqəti iştahasızlıq qışda tez-tez rast gəlinən yuxarı tənəffüs yollarının infeksiyalarından ya da digər xarici amillər kimi səbəblərdən ötəri ola bilər. Dərman istifadəsi, iqlim dəyişikliyi ya da romantik səbəblər də uşaqların iştahlarının azalmasına səbəb ola bilər tip iştahsızlıklar ötəridir və daha sonrasında iştaha normaya dönər.
Əgər daimi bir iştah problemi varsa uşağa kompleksli şəkildə yanaşmaqda yaklaşmakta fayda ola bilər. Öncelikle büyümesi değerlendirilmelidir. Çəkisi yaşına uyğun artırmı? Boyu yaşına uyğun artırmı?

Boyla çəki nisbəti birbirinə proporsional artırmı?  Bədən kütlə indeksi yaşa uyğundumu? Uşağın böyüməsində də, inkişafında da bir problem yoxdur ki? Bu sualı incə fərqlərinə belə fikir verərək yaxşı cavablandırmaq lazımdır.  Böyüməsində də inkişafında da problem olmayan uşağı belə problemsizdir deyə nəzərə almamaq səhv olar, ancaq böyümə və inkişafında problem varsa bu uşağın daha ətraflı araşdırılması lazımdır. Əvvəlcə aldığı kalorinin və qidanın kafi olub-olmadığına nəzarət yetirilir və kifayət olmadığı halda ailə ilə əlbir olaraq bunların necə artırılacağı barədə birgə qərar verilməlidir. Bəzi hallarda qəlxanvari vəzin göstəriciləri, ümumi və biokimyəvi qan təhlili, lazım gəlsə iltihab markerləri kimi testlərin keçirilməsi faydalıdır.

İştahsızlığın və böyümə problemi olan uşaqda yatan xroniki bağırsaq xəstəliyi, qalxanvari vəz problemi kimi problemlər ola bilər.
Ancaq iştahsızlığın tibbi problemlərə bağlı olması nadirdir. Çox vaxtı bu ya quruluş problemidir və uşağın quruluşu, vərdişləri və ailənin yanaşması kimi faktorların birinin ya da bir neçəsinin cəmləşməsi ilə ortaya çıxır. Amma əksəriyyət hallarda, ailə içi bir uyğunluq görəcəksiniz. Çox iştahsız, incə quruluşlu bir uşağın ana və ya atası da uşaqkən oxşar yemə və böyümə nümunəsi göstərmiş ola bilər.

Daimi iştahasızlığı olan, yümək yeməyən uşağa isə çox incəliklə yanaşmaq lazımdır. Bir yandan ailənin yemək süfrəsi ətrafındakı mənfi duyğuları, savaşmaları dəstək şəklində həll edilməsinə çalışılmalıdır, digər tərəfdən isə uşağın həm tələblərinə uyğun həm də istəyi ilə  hazırlanmış menyu tərtib edilməlidir. Uşağa seçmə imkanı verməyən, onun seçimlərini, duyğularını hesaba almayan bir qidalanma sistemi sağlam olmaz. Əvvəlcə uşağa "Bu sənin sağlamlığın, özün üçün yeyirsən" hissi verilməlidir. Yeməyi müsbət və keyfli bir hal vəziyyətinə gətirmək, bir tərəfdən də öz sağlam qidalanma vərdişlərimizlə yaxşı nümunə olmaq lazımdır. Uşağın fərd olduğunu və bir az azad qərarvermə şansının da olmasının lazım olduğunu xatırlamaq sağlam uşaq qidalanmasının əhəmiyyətli şərtlərindəndir. Bəslənmə planının necə irəliləyəcəyi ailəyə və uşağa görə dəyişə bilər və olduqca səbr istəyən bir müddət ola bilər. Səbirli olmaq və asan olan səhv vərdişlərdən çəkinmək vacibdir. Məsələn, televiziya qarşısında yemək və ya kotleti yesin deyə şəkər vermək.
Səbirlə və düzgün prinsiplərlə yaxınlaşmamız iştahsız uşaqların qidalanmasını daha zövqlü və daha da yaxşılaşdıra bilər.


Şərhlər: 16
Baxılıb: 1017
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
valideyinlerin en boyuk problemi
8 mart 2015 23:53
# 16
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
leyla_258
MENCE MEYVELERLE......
16 fevral 2015 16:59
# 15
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
ece uslu
indi cox uwaqda bi problem var
8 fevral 2015 01:27
# 14
gunesli1
Oy men ne meymunluglar edıremkı qızım yesın,cox yorur menı yeyınce.agzına alır saxlıyır agZında mecbur etmesen udmur.bır yas bır aylıgdı
6 fevral 2015 14:25
# 13
Bestoş
indiki zamanede cox yeyen uwaq tapanda sevinirler
5 fevral 2015 22:24
# 12
Coxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xooooooooooooowbexxxxxxxxxxxxxxxxxxtemmmmmmmmmmmmmmmmmmmmmmm
Ayti86
Qabaginda mahni oxuya oxuya yedirdirem. Yoxsa xanim qiz agzini acmir.
5 fevral 2015 17:04
# 11
~~ `Home is, wherever YOU are my Love `~~
pozitiv
Men o qeder meymunluq eliyirem ki, usaq agzin acir
5 fevral 2015 10:20
# 10
Biz seni gormeden sevdik Ya Resulallah

"Bismillah" her xeyirin baslangicidir.
Yeni güne Bismillah!
Sehere qovusduran Rebbime sukurler
olsun...
lili)
bu usaqlar niye beledi goresen zorla bir iki qasiq yeyirler vessalam gucle verirem qizima
5 fevral 2015 09:06
# 9
ismayilova ulker
Mənim balaca qızım axır günlər xəstə olduğu üçün yeməyi çox az yeyir. Undi gözləyirəm sağalsın gücnən bir iki qaşıq yemək yedizdirə bilirəm. Amma vermişel makaronu öz xoşuna yeyir.
5 fevral 2015 00:24
# 8
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
arzum-aysum
Menim Aysu qızım yemək yeyəndə mən olurem tapa. Xanimcan ancaq çöldə yeyir yemək. Arzu isə pis yemir. Uşaqlara az az tez tez verirəm çünki bir dəfəyə çox yemək yemirler
5 fevral 2015 00:08
# 7
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Madina
Boyuk qizim 5 yas yarim,oglum 4 yasindadir onlarin istahlari yaxsidir. Balaca qizim ise 1 yas yarimliqdir istahasi ise hec yoxdur,Ana sudu de icir. O biri usaqlarim da 2 yasina kimi ele olub,sonra duzelibler. Inshallah bu da duzeler.
4 fevral 2015 22:32
# 6
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
Melissa
mashallah ishtahlidi
4 fevral 2015 20:51
# 5
BARBI
Istahsiz usaqlar valideyne cox boyuk bir problemdir
4 fevral 2015 20:23
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
ayan97
Hm indi gundemdedu usaglarin yemey yememeyi..
4 fevral 2015 19:58
# 3
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Qlamurr
Çox valideyin şikayet edir ki,uşaq yemək yemir,iştahası yoxdu,ancaq heç bir halda uşağı məcbur etmək olmaz,ne yemək istiyirsə onu vermək lazımdı.Uşaq günbəgün böyüdüyü üçün vitaminə çox ehtiyacı var..iştahası yoxdusa həkimə müraciət etmək lazımdı.....həmçinin mühitdən də çox şey asılıdı...
4 fevral 2015 19:54
# 2
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Tomris Müslümova
oyyy hamiya qismey allahim...tsk
4 fevral 2015 19:13
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz