Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İştahasız uşağa yeməyi sevdirməyin yolları
İştahasız uşağa yeməyi sevdirməyin yolları
Göndərən: NoName
Şərhlər: 16
Baxılıb: 1940
Səs ver:
1. Axşam yeməyini erkən saatda yedirin: Bir çox uşaq günortadan sonra məktəbdən evə qayıdanda təxminən saat 3-ə kimi acır. Bu vaxt uşaqlar üçün ən yaxşı yemək saatı ola bilər. Axşam da yüngül yemək yeyə bilərlər. Əgər uşağınız məktəbdə günorta yeməyində çox yeyibsə, bu, doğrudur. Uşaq günorta yeməyində qarnını doydurubsa, məktəbdən gələn kimi heç nə yedizdirməyin. Axşam yeməyində daha çox acmasını gözləyin.

2. Az-az yedirin: Uşağınıza bir az yediyiniz yeməkdən və bir az da sevdiyi yeməkdən az-az yedirin. Məsələn, toyuq sevirsə bir az toyuq, bir az da tərəvəz yeməyi verin. Tərəvəz yeməyini bitirsə toyuğunu da yeyə biləcəyini söyləyin.

3. Daha kiçik boşqabda yeməyini təqdim edin: Ümumiyyətlə, qablarımıza ehtiyacımızdan çox yemək tökürük. Lakin, iştahasız uşaqlar üçün bu vəziyyət daha acınacaqlı hal alır. İştahası olmayan uşaqlara daha kiçik qablarda yeməklərini verin. Beləcə, yemək yedirərkən mübarizəni daha tez sona çatdırarsınız.

4. İlk dəfə yediyi yeməklərdə səbirli olun: Bəzən uşaqlar özlərinə təqdim edilən yeməyi sevmirlər və ya yeni bir yeməyi sınamaqdan çəkinirlər. Əgər uşağınıza yeni bir yemək verirsinizsə, az porsiyada olmasına diqqət edin.

5. Bir dəfə yemək yerinə başqa şeylər yeməsinə icazə verin: Həftədə bir dəfə yemək yerinə tort, buterbrod və ya pizza yeməsinə icazə verin. Bunun nə qədər və hansı gün olacağını özü təyin etsin.

6. Yemək yedirən zaman oyunlardan və oyuncaqlardan istifadə edin: Oyunu sevməyən uşaq yoxdur. Uşağa yemək yedizdirdiyiniz qabların rəngli və oyuncaq formasında olmasına diqqət edin. Üzərində cigzi fil  qəhrəmanlarının şəkilləri olan qablar alıb. Bundan başqa, yemək maraqlı oyunlar fikirləşin. Uşağınızla onun yaşına uyğun olaraq oyun oynamağı təcrübədən keçirin.

7. Mükafatlandırın: Yeməyi sonacan yediyi halda onu parka aparacağınızı, yelləncəyə mindirəcəyinizi söyləyin. Yaxud hədiyyə ilə mükafatlandıracağınızı söyləyin. Mükafat uşağı hətta ən sevmədiyi xörəyi belə yeməyə həvəsləndirəcək. Bundan başqa,uşağın şəxsiyyət kimi formalaşmasına kömək edir.


Şərhlər: 16
Baxılıb: 1940
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
lili)
vallah neynirsen ele yenede yemiyecek menim usaqlarin ikiside ele olub yemek vaxdi gelende evde vetendas muharibesi yaranib
12 fevral 2015 15:35
# 16
Bestoş
indi hansi ananin uwaqi iwtahlidir sevinir
12 fevral 2015 11:28
# 15
Coxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xooooooooooooowbexxxxxxxxxxxxxxxxxxtemmmmmmmmmmmmmmmmmmmmmmm
sona
İnwallah gelecekde emel edecem ama mukafatlandirma ne derece dogru olar? Sora uwaq wert kesecek bugun filan yere aparsan yeyecem yada filan weyi alsam yeyecem onda uwaq mence dahada oz bildiyini eliyer
12 fevral 2015 00:04
# 14
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
arzum-aysum
oyyyy yaralı yerim. menim qizlarim yaman pis yeyir yemeklerini. aysu her yemek vaxti mutleq cole çıxmalıdır. yoxsa öldür agzini acmaz
11 fevral 2015 23:49
# 13
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Gunka13
Menim uwagimda yaxsi yemir.yemek hec vermsm hec yadina duwmezde yemek yemek.mende oyun oynayib,bele verirem yemeyim care yoxdu.axrinci fikriynen hec razi deyilem mukafatlandirmak getiygen uwagi ele oyrewdirmek olmaz.getdikce ciddi hala gelib cixacak.men razi deyilem
11 fevral 2015 22:59
# 12
Aileli.
aynur2002
Bizim usaqlarda istahsizliq yoxdu.
11 fevral 2015 22:16
# 11
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
Qlamurr
İndi valideyinlərin çoxu uşaqların iştahsızlığından şikayətlənir,ancaq məcbur etmək olmaz,nəyi yeyirsə onu yedirtmək lazımdı....tam iştahsızdırsa pediatıra müraciət etmək lazımdı...
11 fevral 2015 20:55
# 10
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
BARBI
En cetin seydi istahsiz usagi yedirmek
11 fevral 2015 20:38
# 9
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Faydalı məlumatlardı bu mövzuda biraz səbrli davranmalıyıq
11 fevral 2015 20:26
# 8
Rusi
lazim olar twk
11 fevral 2015 19:54
# 7
ayan97
Lazimi melumatdu…) geleceyde nezere alaraq.)
11 fevral 2015 19:38
# 6
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Nazan
tewekkurler
11 fevral 2015 19:35
# 5
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
rəmsə
Oğlumun iştahası çox zəifdi.ona yeməyi belə dvyedizdirirəm.
Yazılanları nəzərə alacam
11 fevral 2015 19:28
# 4
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
SEVGI DENIZIM
Lazimli xeberdi analarimiz ucun twk
11 fevral 2015 19:22
# 3
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
Rusi
xebere gore tewekkurler
11 fevral 2015 19:21
# 2
emis
lazimli melumatiydi cox sagolun
11 fevral 2015 19:13
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz