Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşağı mətbəxdən uzaq tutun
Uşağı mətbəxdən uzaq tutun
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 712
Səs ver:
Evdə uşaq varsa, məxbəxdə çox ehtiyatlı olmalıyıq. Çünki mətbəx evdə uşaq üçün ən təhlükəli yerdir. Buna görə də aşağıda qeyd edilənləri heç vaxt yaddan çıxarmamağınız tövsiyə olunur. Hətta bunları yazaraq mətbəxdə gylaözünüzün önündə asın və körpəniz bunları başa düşəcək yaşda olanda bunları onunla da paşın.

Mətbəxdə uşaqları qorumaq üçün edilməsi lazım olan və olmayan şeylər

Analar üçün:
Qazın üstündə olan qazanın qulpunu arxada saxlayın, mümkünsə, hər zaman qazın arxa gözlərini işlətməyə çalışın.

Elektrik
Elektriklə işləyən əşyaların elektrik naqillərinin yaxşı olub-olmadığını hər zaman yoxlayın. Xarab olmuş naqilləri elektriklə məşğul olan şəxlərə müraciət edərək dəyişdirin.

Sellofan paketlər
Evdə sellofan paketləri hündür yerlərdə saxlayın. Uşaq paketləri boşaldaraq başına keçirib boğula bilər.

Təmizlik
Hər cür təhlükəli maddəni uşağın əli çata bilməyəcəyi yerdə və ya uşaqların aça bilməyəcəyi siyirmədə saxlayın. Təhlükəli maddələri rəngli, gözü tez cəzb edən paketlərdə saxlamayın (üstündə insan və ya heyvan şəkilləri olan paketlər kimi).

Uşaqlar üçün qapaqlı, təmiz şüşələrdən istifadə edin. Altı və ya yeddi yaşı olanda, uşaqlarınıza ərzaq paketlərinin üstündə olan işarələrin nə olduğunu başa salın (qırmızı kvadrat, od, quru baş kimi).

İşləməyən telefonla ilk yardım üçün hansı nömrəyə zəng vurmalı olduğunu başa salın. Hansı məlumatların lazım olduğunu ona deyin. Uşaqlarınıza ünvanınızı və telefon nömrənizi əzbərləməsinə kömək edin.

Su və elektrik
Elektrik əşyaları əsla su axan yerlərin yaxınında qoymayın. Uşaqlardan uzaq tutun.
Bıçağı əsla stol və stul üstündə qoymayın.

Kibrit
Kibritləri heç vaxt uşağın əli çatan yerdə saxlamayın.

İsti yeməklər
İsti yeməkləri uşağın əli çatan və ya çıxa biləcəyi yerdə saxlamayın.

Təhlükəli maddələr
Təhlükəli maddələri əsla normal qida maddələri üçün işlətdiyiniz qablara qoymayın.

Yemək alovlanarsa...
Əsla üzərinə su əlavə etməyin. Alovun üzərinə nəmli bir parça və ya alovlanan qabdan böyük bir qapaq örtün, ya da soda əlavə edin. Məxbəxdə həmişə soda saxlayın.

Uşaqlar üçün
Təmizlik
Mətbəxdə işləməyə başlamazdan qabaq əllərini sabun və isti su ilə yu, paltarın qolunu yuxarıya çək və saçınızı arxadan yığ.

Yanıq
Bir yerin yanarsa, yanan hissəni o dəqiqə soyuq suyun altına sal.

Soba
Həz zaman əlcək və tutacaqdan istifadə et. Mikrodalğalı soba işlədirsinizsə, diqqətli ol - bu sobalarda qızan yeməklər çox isti ola bilər.
Birinə bıçaq verəndə ucunun yerə doğru olduğundan əmin ol.

Elektrik naqilinə və elektrik əşyasına əsla yaş əllə toxunma.

Anan yanında deyilsə, əsla kibrit yandırma, sobadan yemək çıxarma, qazda odda yemək bişirmə və bıçaq işlətmə.

Mətbəxdə oyuncaqlarınla oynama (Evdəki digər insanlar səni axtara bilər).

Əsla başına sellofan keçirmə, çünki nəfəs ala bilməyib boğula bilərsən.

Yeməyin dadına baxanda barmağını yalama və ağzını marçıldatma.


Şərhlər:
Baxılıb: 712
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz