Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dayə seçərkən nələrə diqqət etmək lazımdır?
Dayə seçərkən nələrə diqqət etmək lazımdır?
Göndərən: NoName
Şərhlər: 19
Baxılıb: 535
Səs ver:
Ana olmaq böyük məsuliyyət tələb edir. Övladını böyütmək, qayğısına qalmaq, sevgi, nəvaziş vermək hər bir ananın məsuliyyəti çərçivəsində olsa da, bəzən analar övladlarını saxlamaq, bəzən isə karyera uğruna işləməyə üstünlük verirlər. Belə olan şəraitdə isə uşaqlar yaxın qohumlara, çox zaman isə dayələrə etibar edilir.

Dayə seçərkən analar çox zaman övladına yaxşı baxan, səmimi, dürüst, etibarlı insan tapmağa çalışır. Əslində uşağın etibarlı yerdə olması, qorunması, yeməyinin yedirdilməsi, yuxu zamanı yatırdılması analar tərəfindən kafi hesab edilsə də, təəssüf ki, yetərli deyil. Belə ki, mütəxəssislərə görə, körpənin inkişafı üçün boyunun uzanması və çəkisinin artması məqsədilə doğru qidalarla qidalandırılmaqla yanaşı, sevgi də lazımdır. Uşaqla isti və sevgi dolu ünsiyyət quran, ana yox ikən onun yerinə onu qucağına alan, onunla danışan, əylənən birinin olması mütləqdir.

Uşaq psixoloqu Rəvanə Əliyevanın sözlərinə görə, laylalar, qarşılıqlı baxışıb gülümsəmələr körpələrin ilk ünsiyyət bacarıqlarıdır. Müsahibimiz bildirir ki, uşağı hər "dayəyəm" deyənə etibar etmək olmaz. "Bəzən 3-4 övlad böyüdən qadınlar düşünürlər ki, onlardan yaxşı dayə ola bilər. Siz elanlara da fikir verin. Çox zaman yaşlı qadınlar dayə ola biləcəkləri haqqında elanlar verirlər. Amma hər bir valideyn övladını yaxşı anaya yox, yaxşı mütəxəssisə etibar etməlidir. Çünki 3-4 övlad böyüdən qadının əsəbləri uşaq böyütdükcə pozula, gərginləşə bilər. Həmin şəxsin müəyyən psixoloji problemləri ola bilər. Və yaxud o bu işdə çarəsizlikdən işlədiyi üçün uşağa yaxşı baxmaz və s".

Buna görə də dayə seçərkən yaxınların, qohumların məsləhəti ilə deyil, bu işlə məşğul olan xüsusi insanların yardımından istifadə edin. Dayə uşağın yaşına uyğun davranış qaydalarını bilməlidir. Bunun üçün isə xüsusi kurs keçmiş dayələrə üstünlük verilməlidir. Dayə 0-3 yaşlı uşağa uyğun davranış qaydalarını bilməli, uşaq və böyük arasında qarşılıqlı münasibət qurmağı bacarmalı, uşaqla oyun oynamalı, sərhəd qoymağı bacarmalı, uşağın yaşıdları ilə münasibət qurmasına yardım etməli, uşağın ünsiyyət, danışma və dil inkişafını dəstəkləməli, yeyib-içməsinə xüsusi nəzər yetirməli, təmizliyinə fikir verməli, geyinib-soyunmasına yardım etməlidir. "Uşağı 2 ayından sonra dayəyə etibar etmək olar. Amma qeyd etdiyim kimi dayə düzgün seçilməlidir".

Dayə yaxşı təhsil almış, şüurlu, mehriban, sağlamfikirli və mehriban olmalıdır.

Təhsil eksperti Nigar Əhmədbəylinin dediyinə görə, dayə seçərkən birinci növbədə ondan sağlamlıq haqqında arayış tələb etmək lazımdır: "Əvvəlcə uşağınıza baxacaq şəxsin təhsil səviyyəsi, sağlamlığı, psixoloji sağlamlığı ilə maraqlanın. Dayənin düşüncə tərzinə də önəm vermək böyük əhəmiyyət daşıyır. Daha sonra o xanımın geyim tərzi, davranışlarına diqqət yetirin. Uşağınızın dayəsi ideal olmalıdır. Çünki uşağınız onunla böyüyəcək. Bu qadının uşağa həvəslə baxacağından və uyğun olub-olmamasına əmin olmaq lazımdır. Çalışın ki, hər zaman uşağınıza sizin evinizdə baxsın. Dayə təmiz, nizamlı və dürüst, ailə həyatı nizamlı olmalıdır. Həmin şəxsn dəqiq və cəld, mehriban və gülərüzlü olması, elastik və səmimi, yeniliyə və dəyişməyə açıq, sabit fikirli, ünsiyyət bacarığının, şəxsiyyət olaraq baxılacaq uşağın anasına bənzəməsi, təhsilli, özünü yetişdirmiş və şüurlu olması uşağa və ya işə davamına təsir edəcək bir narahatlığının olmaması mütləqdir".

Əhmədbəyli deyir ki, uşaq üçün dayə ən azı 20 yaşında olmalıdır. Çox azyaşlı və yaşlı şəxslərə o qədər də etibar etmək olmaz. Hər bir ana övladının dayəyə alışmasına yardım etməlidir. Uşağa onunla olacağını, ona baxacağını, onu yedirəcəyini başa salmalıdır. Belə olan halda uşağın dayəyə alışma müddəti o qədər də uzun çəkmir. "Uşaqlar analarını itirmək qorxusu olduğuna görə dayə ilə yaxşı davranmırlar. Uşaq düşünür ki, dayəyə yaxşı davransa, anasını itirəcək. Ana evə daha gec gələcək, ana ilə daha az vaxt keçirəcək. Buna görə də ana uşağı onu sevdiyinə inandırmalıdır. Uşağın anaya olan güvəni dayə və uşaq arasında olan münasibəti stabilləşdirə bilər".

Bəzən valideynlər dayə seçərkən çox gənc dayələrə üstünlük vermirlər. Düşünürlər ki, ana olmayan qadınlar uşaqla davrana bilməzlər. Amma unudurlar ki, dayəlik işdir və onlara uşağa baxmağa ana yox, dayə lazımdır.

Müsahibimizin sözlərinə görə, ailə dəyərlərinin uşağa aşılanması üçün ailə üzvlərindən biri uşağa baxsa, daha yaxşı olar. Çünki nənənin nəvəsinə baxdığı qədər, dayə baxa bilməz. Bəzən valideynlər dayə seçərkən uşağın təhsilini unudurlar. Buna görə də dayə axtararkən uşağa nə öyrədə biləcəyinə də diqqət yetirilməlidir.

Son dövrlərdə internet mediada "dayə və uşaq" problemləri ilə tez-tez qarşılaşırıq. Bəzi valideynlər evlərinə kamera qoyub dayələri izləyir, bəziləri isə sadəcə uşağın dediklərilə qane olub dayə ilə müəyyən davranışlar nümayiş etdirirlər. Mütəxəssislər bildirirlər ki, uşaq üçün ana ilə olan münasibətdən önəmli heç bir şey olmadığından ən azı hər bir ana öz övladına 3 yaşına kimi baxmalıdır. "Dayə seçən zaman dayə professional şirkətlərdən seçilməlidir. Təkbaşına fəaliyyət göstərən dayələrdən uzaq qalın. Çünki uşağa nəsə olsa, siz o dayəni göndərən şirkətə iradlarınızı bildirə biləriniz".


Şərhlər: 19
Baxılıb: 535
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
daye secerken cox ehtiyali olmaq lazimdi
8 mart 2015 22:51
# 19
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Melissa
men pis baxmiram... yaxshi daye oladan sonra
5 yanvar 2015 12:04
# 18
sona
Allah mene teki ovlad versin dayeye niye ozum canla bawla baxaram balama. İwlemiyecem hemde. Eger lazim olsa qaynanamin anamin cani sag olsun baxarlar
4 yanvar 2015 01:11
# 17
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
FISTIK
oz ovladimi vermerem o qeder sey görəm daye haqda.
4 yanvar 2015 00:04
# 16
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
Qlamurr
Məndə dayəyə etibar etməzdim,mama var,qaynanam var,inşallah onlar saxlıyar.....
3 yanvar 2015 23:50
# 15
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Menim balam
Daye axtaran analar çoxdur, ama men ürek ede bilmeremeeee. Zülüm çekib, uşaq dünyaya getir, axırdada daye analıq etsin. Ne bilimee.
3 yanvar 2015 23:34
# 14
Aysel Tatli
yaxwi dayeni tapmaq cox cetindir
3 yanvar 2015 23:19
# 13
ece uslu
usagimi dayeye vermerem
3 yanvar 2015 23:17
# 12
Chalikushu
dayeye usagimi etibar etmerem
3 yanvar 2015 23:04
# 11
men ne vaxt boyudum ki qelbler qirdim(
lili)
qizlarla raziyam mende hec vaxt etibar ede bilmerem menim qeder kimse yaxsi baxa bilmez quc
3 yanvar 2015 22:50
# 10
emis
hec vaxt dayeye etibar etmerem usagi gunde gozumuz neler gorur televizorda dayeler haqda
3 yanvar 2015 22:45
# 9
Сладкий Ангел
men hec vaxt heec vaxt daye istemerem hecccc
3 yanvar 2015 22:23
# 8
.Bir gülüşüm var Sizlərə ömür...
acisko
Butun iwmi gucmu atib uwaqma baxaram ama hec vaxt dayeye emanet etmerem.
3 yanvar 2015 20:55
# 7
Həyatda sahib olduğum dəyərlər, sahib olmadıqlarıma dəyərlər...
Fialka
Nəbilim mən yaxşı baxmıram dayəyə,ürəy edib yanında qoya bilməzdim
3 yanvar 2015 20:27
# 6
SEVGI DENIZIM
hec vaxt ovladlarimia daye tutmaram
3 yanvar 2015 19:26
# 5
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
BARBI
Men de evladimi dayeye vere bilmerem hec bir kes usaga anasinnan yaxsi baxa bilmez
3 yanvar 2015 19:17
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Gulu-Qezi
ALLAH mamama omur versin mamamdan bawqa hec kime daverya elemerem
3 yanvar 2015 19:13
# 3
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
Luna-90
Evdar qadinam dayeye ehtiyacim yoxdu nese komek lazim olsa mamam hazirdi.daye lazim olsa eve kamera qosduraram
3 yanvar 2015 19:06
# 2
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Alok
Men hec vaxt etibar etmerem dayeye.O balama lazimsiz yerlerde kobud davransa vursa biter her wey menim ucun.Men anayam uwagima qiwqirada vurada bilerem ama bir bawqasinin bunu etmesine doze bilmerem.
3 yanvar 2015 19:04
# 1
''Anne olmadan anlayamazsın'' derdi annem melekler Ne kadar da haklıymış.Şimdi ona itiraf ediyorum ne kadar haklı olduğunu,gülümsüyor,gözleri doluyor anneciğimin.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz