Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqlar niyə ağlayır?
Uşaqlar niyə ağlayır?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2006
Səs ver:
İlk günlərdən analar uşağın niyə ağladığını başa düşməyə çalışırlar. Bu o qədər də çətin deyil, çünki ana körpəsinin verdiyi siqnalları başa düşmək məharətinə malikdir. Uşaqdan gələn bütün siqnallara reaksiya vermək lazımdır.

Əvvəllər bizi əmin edirdilər ki, uşağın hər dəfə ağlamasına, özünü «pis aparmasına» fikir vermək vacib deyil. Ancaq yeni doğulmuş özünü «pis apara» bilməz və ağlamaq onun üçün xarici mühitlə yeganə təmas vasitəsidir.

Ağlamasına məhəl qoyulmayan uşaq «yaxşı» uşağa çevrilmir, o sadəcə onu başa düşməyəcəkləri və tələbatını ödəməyəcəkləri ilə barışaraq sakitləşir. Lakin problem həll olunmamış qalır. Ağlama körpənin yaşaması və inkişafı üçün əhəmiyyətli əlaqə vasitəsidir. Valideynlər! Körpənizin ağlamasına biganə qalmayın. Ağlamaya verilən reaksiya ana və uşaq arasında yaranan sıx ünsiyyətin ilk pilləsidir.

Beləliklə, uşaq niyə ağlayır?
— əgər o acdırsa — şiddətli ağlamağa keçən qəfləti qışqırıq. Onu əmzik və ya bir neçə qurtum su sakitləşdirmirsə, körpəni yedizdirmək lazımdır. Körpənin sakitliyi onun rejim prinsiplərindən qat-qat üstündür;

— əgər qarnı ağrıyırsa — qısamüddətli hündürdən qışqırırlar. Bu zaman o, ayaqlarını döyəcləyir, gözlərini yumub, alnını qırışdırır. Uşağı ələ götürmək lazımdır ki, gəyirsin. Ona şüyüd suyu və ya yelə qarşı başqa bir dərman verin və qarnı üstə uzandırın. Əgər bu kömək etmirsə, bağırsaq yelini çıxarmaq üçün arxa dəliyə rektal rezin borucuq yeridin;

— uşağa soyuqdursa və ya istidirsə — əsasən həyatın ilk 3 ayında zəif termorequlyasiya nəticəsində o ya üşüyür, ya da ona çox isti olur. Bu zaman şəraitə uyğun hərəkət edin;

— əgər uşaq darıxırsa — ağlamaqla öz narazılığını bildirir, bəzən də var gücü ilə qışqırır. Onu çox ağlamağa qoymayın. Körpəni mehribancasına oxşayın, oyuncaqla başını qatın və ya onu elə uzadın ki, anasını görə bilsin.

Əgər sizin bütün səylərinizə baxmayaraq uşaq ağlamağa davam edərsə, deməli, o xəstədir və həkim çağırmaq lazımdır. Ana özündən çıxmamalı və ağlayan uşağa hirslənməməlidir.

Körpə yalandan ağlamağı bacarmır, deməli, bunun səbəbi var. Uşaq ananın hövsələdən çıxdığını və ya aqressiyasını hiss edir və bu onun sakitləşməsinə daha da mane olur.
Sağlam olun!


Şərhlər:
Baxılıb: 2006
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz