Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşağı necə yedizdirməli?
Uşağı necə yedizdirməli?
Göndərən: S_E_M_A
Şərhlər:
Baxılıb: 1694
Səs ver:
Uşaqları susdurmaq və onları sözə baxan etmək heç də hər zaman rahat olmur. Kimisi bu sevimli dərdin çarəsini uşağı qonşuya yollamaqda, kimisi oyuncaqlarla başını qarışdırmaqda, kimisi isə "can rahatlığıdır" deyib televizor və kompüter qarşısına əyləşdirtməkdə görür. Anaların əksəriyyəti körpələrinə yemək verərkən belə onları televizor qarşısında əyləşdirirlər. Nəticədə televizordakı verilişə başı qarışan körpə ona verildiyindən xəbərsiz qidanı qəbul edir.
Türkiyədə aparılan araşdırmalar zamanı məlum olub ki, 6-8 aylıq uşaqlar televizor izləməyinə görə izləməyən uşaqlara nisbətən 10 söz daha az öyrənirlər. Bu isə uşaq beyninin zəifləməsinə və qavrama qabiliyyətinin aşağı enməsinə səbəb olur. Televizor 2 yaşdan aşağı olan uşaqların danışma bacarığını zədələyir, fikir dağınıqlığına, ünsiyyət qurmada çətinliyə gətirib çıxarır. Uşaq oyun oynayanda belə arxa fonda televizorun açıq qalması onun fikrinin bir istiqamətə yönəlməsini çətinləşdirir.
Uşaq pediatrı Xatirə İsayevanın sözlərinə görə, Azərbaycanda analarının ən çox istifadə etdiyi üsul budur. Ya reklama alışdırıb, reklamla susdurub ev işləri görürlər, ya serialla aldadıb yemək yedizdirirlər, ya da televizor vədi ilə onu yatızdırırlar. Bir növ öz rahatlıqları, ziyansız hesab etdikləri üçün uşağı televizorun öhdəsinə buraxırlar: "Uşağın da səsi çıxmırsa, bununla analar məsələni həll etmiş olurlar. Bu, tamamilə yanlışdır. İkincisi, əgər uşaq yemək yemirsə, bunun səbəblərini araşdırmaq lazımdır. Mədəsi dolu olan uşaq təbii ki, yeməkdən imtina edəcək. Mümkün qədər onu ac saxlamaq lazımdır. Yeməkdən əlavə qidalar verilməməlidir. Suyu da ən az 1 saat yarım əvvəldən verməmək lazımdır ki, mədə maye ilə dolu olmasın".
X.İsayeva bildirir ki, bəzən analar körpənin sevmədiyi qidanı ona məcburi yedizdirməyə çalışırlar ki, bu da doğru deyil. Uşaq yeməyi yemir, ana ona qışqırır, uşaq ağlayır və nəticədə uşağın həzz alaraq keçirməsi lazım olan yemək prosesi körpə üçün işgəncəyə çevrilir. Artıq növbəti dəfə o, qida nə qədər dadlı bişirilsə də, uşaq ona yaxın durmur, çünki bu yemək sayəsində ağlayıb, danlanıb və s. Odur ki, uşağın o yeməyi niyə yemədiyini araşdırmaq lazımdır. Uşaq yemir deyə birdəfəlik o yeməkdən imtina etmək olmaz. Yavaş- yavaş tərkibindəki ərzaqlar dəyişdirilməli və uşağın əslində nəyi sevmədiyi ortaya çıxardılmalıdır.
Yemək uşağın sevdiyi qidadırsa, o zaman uşaq televizora o qədər də əhəmiyyət verməyəcək. Mümkün qədər yemək prosesini uşağa sevdirmək lazımdır ki, uşaq yemək saatını dəhşətli an kimi qəbul etməsin.
Pediatrın sözlərinə görə, əvvəldən uşağı televizora alışdırmamaq lazımdır. Əgər artıq gecdirsə, zamanla ona bu vərdişi tərgitmək mütləqdir: "Dəhşətlisi budur ki, indi valideynlər özü televizora baxa-baxa qidalanır. Uşaqlar da böyüklərin tökdüklərini yığır deyə, mümkün qədər diqqətli olmaqda fayda var. Məsələn, valideyn özü də uşaqla birgə yemək yesin, yaxud hələ uşaq çox kiçikdirsə, onu danışdırmağa, oynatmağa çalışsın. Televizor olan evdə ya uşaq televizor xatirinə yemək yeyəcək, yada aldadılaraq nə yediyinin fərqində olmayacaq".
Bəzən analar özləri qida qəbul etməyən uşaqlara təzyiq edirlər. Belə hallar uşağın yeməkdən daha da soyumasına, yaxud ən yaxşı halda "anam mənimlə daha çox maraqlansın" fikri ilə yeməkdən imtinaya gətirib çıxarır.
X.İsayevanın sözlərinə görə, yemək məsələsində uşağa təzyiq edilməsə, daha yaxşı olar. Uşaq əgər çox körpədirsə, o zaman ona yemək saatına qədər maye verilməsi azaldılmalıdır. Yox, əgər uşaq artıq 3-4 yaşına gəlibsə, ona yeməsi üçün basqı edilməməlidir. Artıq yemək saatı gələndə uşaq görsə ki, ana onunla maraqlanmır və bu gedişlə o ac qala bilər, o zaman özü yemək istədiyini deyəcək. Bununla da anaların ən böyük problemləri çözülmüş olacaq: "Qəti şəkildə körpələrdə televizordan aldadıcı vasitə kimi istifadənin, böyük uşaqlarda isə basqı edərək yedizdirilməsinin əleyhinəyəm".
Yaşı 3-ə yatmamış uşaqlar televizor qarşısında çox az vaxt keçirməli və ya ümumiyyətlə, televizora baxmamalıdır. 7 yaşa qədər olan limit gündə 1,5 saat, 18 yaşa qədər isə 2 saata qədərdir.
Ümumiyyətlə, televizordan asılılıq böyüklərdə geniş yayılıb. Uşaq yaşlarından bu vərdişə yiyələnmək uşağın ən inkişaf etməyə meylli olduğu dönəmi risk altında qoyur. Televizora baxaraq qida qəbul etmək insanda doymaq hissini gecikdirir. Nəticədə insan nə yediyindən bir növ xəbərsiz halda lazımından artıq qida qəbul edir. Uşaqlarda isə bu hal qətiyyən yolverilməzdir.
Pediatr bildirir ki, uşağı televizorla aldadılıb qida verməkdənsə onu yeməyə həvəsləndirmək daha doğru olardı: "Ola bilər ki, uşaq kökü bişmiş halda sevməsin. O zaman bunu ona məcbur etmək olmaz. Yeməyi daha əyləncəli formaya salmaq olar. Kökdən müxtəlif fiqurlar düzəldilsin, yaxud onu püre halına salsın. Yemirsə, ananı bir müddətlik ya ata, ya nənə əvəz etsin. Yaxud ən qısa və əyləncəli yol budur ki, parka aparsınlar və orda yedizdirsinlər. Təbii ki, analar yemək prosesini sadəcə uşaq ac qalmasın deyə tez-tələsik edirlərsə, televizorla aldadıb qidalandırmaqda davam etsinlər, lakin unutmasınlar ki, bunun fəsadları hər an ortaya çıxa bilər".


Şərhlər:
Baxılıb: 1694
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz