Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Körpəyə qulluq qaydaları
Körpəyə qulluq qaydaları
Göndərən: KRALİCEM
Şərhlər:
Baxılıb: 1465
Səs ver:
Körpənin bezini bağlamaq və geyimlərini dəyişdirmək olduqca sadə və öyrənilməsi asan olan bir işdir. Amma bu işlər mümkün olduğu qədər incə və diqqətlə edilməlidir. Təcrübəsiz ana və ataların körpələrin geydirmə mövzusunda bir çox narahatlığı vardır: Körpə üçün ən uyğun geyim hansıdır? Körpəni geyindirərkən və soyundurarkən necə etməli, ona zərər vermədən üst-başını necə dəyişməliyik?

Yeni doğulanlar özlərinə xəfifcə toxunulduğunu dərhal anlayırlar. Başının arxaya doğru sərt qaçırılması və qıçların boşluqda buraxılması kimi vəziyyətlərdə dərhal reaksiya verir, bir səbəb olmadan ağlayar və qorxarlar. Körpəni beşiyindən götürdükdə və ya qucağa aldıqda körpə özünü təhlükəsizlikdə hiss etməlidir. Bu çox əhəmiyyətlidir. Bu bezlərini, ya da geyimlərini dəyişdiyiniz zaman da olmalı, əgər uşaq yatmışdırsa oyandırılmalıdır. Ya da dəyişdirmək üçün oyanmağını gözləməlisiniz. Yox, əgər uşaq altını batırmışdırsa, o zaman oyadıb altını yuyub təmizləməlisiniz. Əks təqdirdə uşaqda pişmə və yanmalar olar, dərisi qıcıqlanar və soyular. Bez və geyim dəyişdirmə əsnasında körpəni narahat edən boşluqda qalma duyğusunu yox etmək üçün ana üzünü balasının üzünə yaxınlaşdıraraq şirin bir səslə danışmalıdır. Körpənin həmişə təhlükəsizlikdə qalma ehtiyacını qarşılayan əsas faktor anasının səsidir. Körpəni ən uyğun şəkildə tuta bilmək üçün ana sol qoluyla balasının kürəyini tutmalı, sağ qoluyla da ombalarından tutub özünə tərəf qavramalıdır. Bu şəkildə körpənin başı yavaşca ananın çiyininə söykənə bilər. Yenidən yerinə qoyulan körpənin möhkəmcə və etibarlı bir şəkildə tutularaq yavaşca buraxılması lazımdır. Balasını buraxacağı yerə tərəf yaxşıca əyilən ana əvvəl sol qolunu açaraq baş və kürəyi yerləşdirər, sonra körpənin qucağından yavaşca ayrılmasını təmin edəcək şəkildə sağ qolunu çəkməlidir.

Mövsümə görə geyim
Seçilən hər növ geyimdə diqqət yetirilməsi lazım olan ilk qayda "hərəkət sərbəstliyi"dir. Yəni, son dərəcə gözəl, amma bir çox düymə və lentlərlə bəzədilmiş, içində körpənin paketləşdirilmiş kimi göründüyü geyimlərdən uzaq dayanmaq lazımdır. Uzun qollu, yumşaq parçadan tikilmiş sadə bir geyim, ya da jilet daha uyğundur.
Mövsümə uyğun geyim seçimindəki çətinlik və qərarsızlıqdan qurtulmalısız. Xüsusilə, soyuq havalarda körpəyə ağır və qalın geyimlər geydirmə vərdişi hər nə qədər keçmişdən bu günə qədər davam etdirilsə də bu yersizdir. Uşağı elə körpəlikdən başlayaraq şüşə plafonda yaşatmaq səhvdir. Üstəlik körpələrin yağ toxumalarını yandıraraq istilik əldə etmə mexanizmləri yetkinlərinkindən daha yaxşı işləyir. Körpəyə yun geyimlər yerinə, pambıqlı və asanca geydirilib çıxarıla bilən bir neçə paltar geydirə bilərsiz. Havanın temperaturu sıfırdan aşağı olmadığında  əlcək və şarf bağlamaq da mənasızdır.

Statistikalar uşaqların nə qədər çox geyindirilsə soyuqdəymə xəstəliklərinə o qədər çox tutulduqlarını göstərir. Yenə də havanın çox dəyişkən olduğu bahar aylarında jileti əl altında saxlamaq lazımdır. Allergiya mənşəli qızartılara maneə törətmək üçün ən yaxşı üsul pambıqlı iç geyimləri üzərinə yunlu geyimlər geydirməkdir. Mübahisəli mövzulardan biri yağışlı havalarda körpənin çölə çıxarılıb çıxarılmayacağıdır. Çiləyən yağış gündəlik gəzintidən imtina etmək üçün səbəb deyil. Çünki, uşaq arabaları isti olduğunda kölgəni, yağış olduğunda yağışdan qorumanı təmin edir. Bir az hava almaq körpənin ən çox xoşlandığı "haqqları"ndan biridir. Gəzintiyə maneə törədə biləcək hava şərtləri istilik itkisinə gətirib çıxaran qüvvətli külək və qatı dumandır. Şəhərlərdə  qatı duman eyni zamanda tüstü və toz dənəciklərini də təsir edir. Bunlar körpənin həssas ağciyər və tənəffüs yollarına kobud təsir edə bilər. Körpə quru, istiyə nəmli istidən daha çox dayanıqlıdır. Havadakı nəmlik yüksəldikcə tərləmə artır və istilik bədəndən xaric edildikcə bədənin xarici layları da sərinləyir. Tərləyən körpəyə təbii liflərdən hazırlanmış geyimlər geyindirilməlidir. Beləcə tərləmənin qarşısı alınar. Möhkəm və süni lifli geyimlər dərinin havalanmasını önləyər, dərinin bağlı qalan yerlərində tər yığılmasına və müxtəlif dəri iltihablarına gətirib çıxarar.
Körpəni geyindirmə və soyundurma mərhələləri

Aşağıdan çıxarılan geyimlər və bezlər üçün körpəni düz bir yerə uzadın. Yuxarıdan çıxarılan geyimlərlə məşğul olmaq körpənin baş, qol və qıçlarım davamlı oynatması üzündən daha çətindir. İşi asanlaşdırmaq üçün körpəni qucağınıza alın. Ayağınızı üst-üstə atın və körpəni qoyacağınız yerə yumşaq bir örtü qoyun. Çıxaracağınız paltarı qoltuqaltına qədər çəkin. Sol əlinizlə körpənin sağ qolunu yuxarı qaldırın və paltarın qolunu sağ əlinizlə çıxarın. Eyni əməliyyatı o biri qola da tətbiq edin. Paltarı başdan sıyırıb çıxarmaq üçün yaxasını sağ əlinizlə genişlədin, sol əlinizin baş barmağıyla geyimin burun və qulaqlara ilişməsinə mane olun.

Anasının qollarında hər körpə özünü təhlükəsizlikdə və qorunmuş hiss edər. Körpəni geyindirmək üçün eyni yolu tərsindən davam etdirin. Əvvəl paltarın yaxasını körpənin başından keçirin, sonra qollarını ayrı-ayrı geyindirin. Qolunu geyindirmək üçün sol əlinizlə paltarın qolunu keçirərkən, sağ əlinizlə körpənin qolunu tutun. Körpənin geyimlərini dəyişdirmək adi bir hadisə deyil, soyundurub- geydirmə müddəti ana- atayla körpə arasında ünsiyyətin inkişaf etdiyi qiymətli anlardır. Bu əməliyyatlar sırasındakı toxunuşlar körpəyə sevgi çatdırar və bənzər duyğuların körpədə inkişafını təmin edər.


Şərhlər:
Baxılıb: 1465
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz