Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
USAQLARIMIZIN YASINA UYGUN KITAB VE OYUNCAQLAR
USAQLARIMIZIN YASINA UYGUN KITAB VE OYUNCAQLAR
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 4004
Səs ver:
http://imgs.su/tmp/1320941891-656.jpg

Ümumiyyətlə, valideynlər uşağının yaşına uyğun kitab və oyuncaq seçərkən çətinlik çəkirlər. Buna görə də sizə kömək üçün oyuncaq və kitab seçmə meyarlarını təqdim edirəm.

Kitab seçərkən

Uşaqlar üçün kitab seçərkən onun inkişafına uyğun olanları seçməlisiniz. Kitabın dili, şəkilləri, böyüklüyü, yazılış şəkli, məzmunu, qorxuducu elementlərin olub-olmadığına diqqət yetirilməlidir. Əgər mümkünsə, öz yaş qrupuna aid olan kitablardan özünün seçməsini istəyin. Xüsusilə mövzuları ictimai məzmunlu olan, təlimçi və maraqlı kitablar seçmənizdə fayda vardır.

Yaşlara görə kitab seçimi

0-2 yaş

  • Parlaq səhifəli
  • Qalın səhifəli
  • Rəngləri canlı
  • İri şəkilli
  • Səsli kitablar

3-5 yaş

  • Bol şəkilli, az sözlü kitablar
  • Heyvan, oyuncaq, nəqliyyat vasitəsi kimi tanış obyektlərin şəkilləri
  • Nağıl kitabları
  • Qısa hekayələr

6-8 yaş

  • Əvvəlki yaşa görə bir az daha uzun hekayələr
  • İçində 3-4 xarakterin olduğu səsləndirilmiş hekayələr
  • Xəbər  verən hekayələr
  • İzlədiyi cizgi filmlərindən uyğunlaşdırılmış hekayələr
  • Peşələrlə əlaqədar kitablar
  • Təbiət və heyvanları izah edən kitablar
  • Şəkilləri qarışıq və detallı olan kitablar

9-12 yaş

  • Zövqünə uyğun kitablar
  • Maraq oyandıran elmi kitablar
  • Klassiklər

 Oyuncaq seçərkənOyuncaq seçimində ilk olaraq yaşına uyğun, inkişafını dəstəkləyən ünsürlərə diqqət yetirilməlidir. Oyuncağın şəkli, rəngi,  səsi, emal edildiyi maddəsi, keyfiyyəti diqqət yetirilməsi lazım olan digər xüsusiyyətlərdir. Oyuncaqlar yaxşı mühafizə edilməlidir. Tez-tez təmizlənməli, batareyalı oyuncaqlarda batareyanın xarab olub-olmadığına nəzarət edilməlidir.  Yaşa görə təklif etdiyimiz oyuncaqlar:

0-3 yaş

  • Səs çıxaran oyuncaqlar və zınqırovlar
  • Rəngli halqalar
  • Yumşaq oyuncaqlar (ayı, it kimi..)
  • Dişlik
  • İç-içə keçməli plastik qutular
  • Tullanan oyuncaqlar

3-6 yaş

  • Kəşf etməyə istiqamətli oyuncaqlar
  • Mətbəx oyuncaqları
  • Həkim-müayinə oyuncaqları
  • Domino
  • Naxış düzəltmək üçün plastik mismarlar 
  • Tarazlıq oyuncaqları
  • Çox istiqamətli oyuncaq mebellər
  • Taxta nəqliyyat vasitələri
  • Şəkil ştativi
  • Kukla teatrı
  • Təkərli oyuncaqlar
  • Atlama ipi
  • Musiqi ritm alətləri
  • Nizamlı oyunlar
  • Oyun xəmiri
  • Ayna
  • Qayçılar
  • Yazı taxtası
  • Bağça oyuncaqları

6-8 yaş

  • Tarazlıq konkiləri
  • Toplar
  • Maketlər  
  • Boya növləri 
  • Nizamlı oyunlar
  • Dama
  • Yumşaq oyuncaqlar

9-12 yaş

  • Kompüter oyunları
  • Nizamlı oyunlar
  • Maketlər
  • Mühakiməyə söykənən oyunlar
  • İdman fəaliyyətləri (voleybol, tennis, üzgüçülük kimi)


Şərhlər:
Baxılıb: 4004
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz