Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Körpələrdə qulaq ağrısı
Körpələrdə qulaq ağrısı
Göndərən: Rufush Aliyeva
Şərhlər:
Baxılıb: 4559
Səs ver:
Körpələr tez-tez ağlayır. Bunun səbəbləri müxtəlif ola bilər.  - uşaq acdır, onu köp və sancılar narahat edir, ona isti və ya soyuqdur, "pampers" yaşdır və s. Körpə uşaq öz "dərdini" yalnız ağlamaqla bizə çatdıra bilər. Ana hər zaman uşağın ağlamağının səbəbini başa düşməyə və ona kömək etməyə çalışmalıdır.

Qulaq ağrısı uşaqlarda ağlamaq və narahatçılıq üçün növbəti səbəbdir. Orta qulağın infeksiyası olan otit uşaqlar arasında çox yayılmış xəstəlikdir və ilk dəfə otit 1 yaşına qədər olan uşaqda inkişaf edə bilər.

Körpədə qulaq ağrısının simptomları:

- uşaq döşdən və ya süni südlə olan butulkadan imtina edir. Əmməyə başladıqdan dərhal sonra körpə narahat olmağa başlayır, döşü (və ya əmziyi) buraxır, ağlayır, başını fırladır. Məsələ burasındadır ki, əmmə hərəkətləri qulaq ağrısını artırır.
- gecəyə yaxın uşaqda hərarət yüksələ bilər.
- körpənin qulaq girəcəyinin qabağında olan üçbucaq şəklində çıxıntıya yüngül basdıqda, o, şiddətli ağrı hiss edir və güclü ağlamağa başlayır, başını fırladır.
Uşaqda bu simptomaları gördükdə, mütləq LOR həkiminə müraciət edin. Otit adətən antibakterial preparatların ("antibiotik"lər) köməyi ilə müalicə olunur. Bu preparatları, təbii ki, yalnız həkim təyin etməlidir.
Lakin bəzən dərhal həkimə müraciət etmək mümkün olmur. Bu halda ana özü körpəyə kömək etməyə çalışmalıdır. Bunun üçün quru kompress istifadə etmək olar. Uşağın xəstə qulağını pambıqla bağlayın və onun başına papaq taxın. İsti ağrını azaldır. Uşaq narahatdırsa, ağlayırsa, ona yaşına uyğun dozada sirop və ya şam şəklində olan hərarətin salınması üçün istifadə olunan dərmanlardan birini verin (panadol, nurofen). Bu preparatların tərkibində ağrısızlaşdıran maddə var.
Qulaq damcıları körpəyə yalnız həkim (valideynlər yox!) müayinədən sonra təyin edə bilər. Qulaq damcıları uşağın qulağına mütləq isti şəkildə tökmək lazımdır. Bunun üçün dərmanı qabaqcadan isti su olan qabda bir qədər qızdırmaq lazımdır.

Körpələrdə otitin səbəbləri:

- qulaq travması (ana uşağın qulağını təmizlədikdə),
- soyuqdəymə. Uşaqlarda orta qulağı burun-udlaq boşluğu ilə birləşdirən boru (yevstaxi borusu) böyüklərlə müqayisədə daha qısadır və bunun nəticəsində burun-uqlaqda olan infeksiya uşağın qulağına çox tez düşür.
- burun-udlaq hissəsindən orta qulağa ana südün və ya süni südün düşməsi. Bu da körpələrdə yevstaxi borusunun qısa olması və körpələrin günün bir çox hissəsini uzanaq vəziyyətdə olması ilə izah olunur.
Körpələrdə otit zamanı qulaqdan irin ifraz oluna bilər. Bu irinli otitdir.
Körpə uşaqlarda otitin profilaktikası üçün qulaqları düzgün təmizləmək lazımdır. Bunun üçün uşağın qulağına pambıq, qulaq çöpü və s. salmayın, yalnız qulaq seyvanı ilıq qaynanmış suda isladılmış steril pambıqla təmizləyin!
Çimizdirmə zamanı uşağın qulağına pambıq qoyun və çımızdirdikdən sonra qulaqları yaxşı qurulayın.
Uşağı yedizdirdikdən sonra mütləq şaquli vəziyyətdə saxlayın.
Uşaqda burun-udlaq infeksiyaları mütləq və vaxtında müalicə olunmalıdır ki, infeksiya qulaqlara yayılmasın.
Müalicə olunmadıqda otit çox təhlükəli fəsadlara səbəb ola bilər - baş beyini, ürək, böyrəklər və digər vacib orqanlar zədələnə bilər, eşidmə qabiliyyəti pozula bilər, hətta karlıq inkişaf edə bilər.


Şərhlər:
Baxılıb: 4559
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz