Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gəzməyə başlayan körpələr haqqında hər şey
Gəzməyə başlayan körpələr haqqında hər şey
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 2681
Səs ver:
Körpələrin kimi tez, kimilərisə gec yeriməyə  başlar. Təxminən 50%  nisbətində körpələr ümumiyyətlə bir yaşında yeriməyə başlarkən ümumi bir əksəriyyəti yeriməyə başlama aralığı 9 ilə 16 ay arasıdır. Yerimək üç təməl təsirin koordinasiya olmasıyla başlar: əzələ gücü, tarazlıq və yaradılış.
 
Gec yeriməyə başlayan körpələr, bir şeylər izləmək və toxunmaqdan zövq aldıqları üçün  qabiliyyətlərini daha gec etməyə başlar. İməkləmə, gəzişmə, ayağa qalxma və yerimə mərhələləri yavaş irəliləyər. Bir sonrakı addımlarını hesablayaraq, diqqət edərək və özlərini rahat hiss etdikləri ölçüdə irəliləmə yazarlar. Nəhayət getməyə başladığı zaman isə yaxşı bir formada gedərlər.
Digər yandan tez yeriməyə başlayan körpələrin yeriməyinin xaricində digər fəaliyyətləri də sanki yarışdaymış kimi sürətli olar. Valideynlər daha kameralarını hazırlaya bilmədən bir baxarlar ki, körpələri yeriyir. Tez yeriyən körpələrin qəti bir xüsusiyyəti olmamaqla birlikdə dizləri daha yuxarıda olan körpələrin tez getməyə daha meylli olduğu müşahidə edilmişdir.
Körpələrini davamlı daşıyan analar tez-tez "Mənim onu daşımam, geriyə gec  başlamasına bir səbəbmi?" sualını soruşar. Bunun cavabı; "Xeyr." Körpələrin yerimə yaşının isə onların zəkalarıyla doğrudan heç bir əlaqəsi yoxdur. Körpənizin nə vaxt və necə getdiyi, xarakterləri kimi onlara sərbəstdir.

İlk addımlar
Yeni yeriməyə başlayan uşaqların yerimə formaları xarakterləri kimi müxtəliflik göstərər. Çoxu ayaqlarını xaricə doğru açaraq yeriyər. Bu onların tarazlıqlarını təmin etməyə faydalıdır. Daha sonraları, siz bunu dərd edərkən, onlar ayaqlarını içə doğru basaraq, göyərçin ayaq mövqesini alar. Bu vəziyyətlərdə ananızın onu bir ortopediysen mütəxəssisə aparmanız lazım olduğu mövzusundakı təyziqlərinə  qulaq ardına vurun Çoxu yeni yeriməyə başlayan uşaqların ayaqları və qıçları üç yaşına gəldiklərində öz-özünə güclənər.

Barmaq ucunda gedənlər
Çoxu yeni yeriməyə başlayan uşaq qısa bir dövr də olsa barmaqları ucunda getməyə çalışar. Əgər bu vəziyyət keçici deyilsə, həkiminizin baldır əzələlərinə  nəzarət etməsi lazımdır.

İçə basanlar və göyərçin ayaqlar
Körpələrin demək olar hamısı ilk iki ilində içə basaraq gedər. Bunun iki səbəbi vardır:
- Körpələrin ana rəhmindəki döl mövqesində duruşları
- Ağırlıqlarını bərabər bir şəkildə dağıtmaq üçün qıçlarını içə basmaları

Axsamaq
Körpənizin yerimə vərdişlərində bir anormallıq təsbit edib həkiminizlə məsləhətləşmək çox əhəmiyyətlidir. Axsamaq hər vaxt ciddiyə alınması lazım olan bir problemdir və tibbi bir tədqiq edilməlidir.

Getməyi rədd edirsə
Əgər körpəniz normal bir şəkildə yeriyərkən birdən getməyi rədd edirsə, bunu da həkiminizə söyləyin və aşağıda ifadə etdiyimiz nöqtələrə diqqət edin:
- Getməyi rədd etməsi üçün ən son düşdüyü zamandan bəri yaralanma və ya qorxu kimi hər hansı bir tətikləyici hadisə xatırlayırsınızmı?
- Bir ailə tədqiqi edin. Körpənizin üzərindəki bütün paltarları çıxardın. Ayaq və bilək sümüklərindən hər hansı bir qızarma və ya göyərmə olub - olmadığına nəzarət edin. Ombasını,dizlərini və biləklərini oynadın. Uşağınız ağrı çəkirmi? Ayaq dabanlarına bir şey batması ehtimalına qarşılıq əlinizlə nəzarət edin.
- Körpəniz xəstələndimi və ya naməlum səbəblərdən istiliyi qalxarmı?
- Duyğusal olaraq zədədik bir hadisə yaşadımı?
 
Bütün bunları qeyd edib, körpənizi bir həkimə aparın. Bəzən körpələr səbəbsiz yerə bir -iki gün getməyi rədd edib daha sonra getməyə davam edər. Yüksəkdən tullandıqları zaman isə qıçlarının alt qisimində kiçik qırıqlar meydana gələ bilər. Lakin bunların hamısı hər hansı bir müalicəyə ehtiyac olmadan keçər və illər sonra rentgen çəkildiyində ortaya çıxar.


Şərhlər:
Baxılıb: 2681
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz