Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Körpənin əmməsinə maneə törədən səbəblər
Körpənin əmməsinə maneə törədən səbəblər
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3594
Səs ver:
Bəzən körpələr ac olmalarına baxmayaraq əmməni rədd edər, əmməz, gələn südü udmaz ya da zəif əmər, davaml olarq narahat olar. Körpələrin əmməməsinin səbəbləri nələrdir? Ananın qidalanma şəkli körpəyə təsir edər? Əmizdirmə mövqeyi necə olmalıdır? Körpə yeni gələcək qardaşı hiss edər?
Central Hospitaldan Pediatri Mütəxəssisi Uzm. Dr. Öznur Yılmaz Gondal, körpələrin əmməni rədd etmə səbəblərini belə sıralayır:

Ananın stressli olması
Hamiləlik və doğum müddətlərində anaların bədənləri, hisləri və həyat tərzlərində ciddi dəyişikliklər olar. Hətta hamiləlik müddətindəki stress erkən doğuma belə səbəb ola bilər. Stress həm anaya həm də körpəyə təsir edər. Analar xüsusilə körpəsini əmizdirmədən əvvəl sakitləşməli, rahat və dinc bir mühitdə körpəsini əmizdirməlidir. Əmizdirmək anaya da yaxşı gələcəkdir, çünki əmizdirmə əsnasında ana ilə körpə arasında güvənə söykənən romantik bir bağ meydana gələr. Bu anlardan körpənizin də kef ala bilməsi üçün səssizlik əhəmiyyətlidir. Körpəniz əmərkən birdən ortaya çıxan yüksək səslərə reaksiya verə bilər.

Körpənin ağızında pambıqlıq olması
Pambıqlıq bir göbələk infeksiyasıdır. Ümumiyyətlə yeni doğulan körpələrdə görülən bir xəstəlik olmasına baxmayaraq, bir yaşına qədər olan uşaqlarda da cox qarşılaşılan bir vəziyyətdir. Yanaq içində, dil və damaqda süd parçalarını xatırladan ağ lezyonlar şəklində özünü göstərər. Ağızında pambıqcıqlar görülən körpələr əmərkən ağrıdığı üçün əmməyi rədd edə bilər. Bu vəziyyətdə mütəxəssis bir həkimdən kömək alınmalıdır.

Körpənin burnunun tıxanması
Əmərkən burnundan nəfəs ala bilməyən körpə döşü buraxaraq ağızından nəfəs almağa çalışar və ananı əmmək istəməz. Əgər körpənin burnu tıxanıqdırsa, həkimin təklif edəcəyi burun damlası istifadə edilməli və bir aspirator köməyiylə körpənin burnu təmizlənməli, nəfəs alması təmin edilməlidir.

Ananın qəbul etdiyi qidaların südün dadını dəyişdirməsi
Ananın qəbul etdiyi qidalar və ya içkilər südün dadına təsir edə bilər və ya körpədə mənfi təsirlərə yol aça bilər. Ədviyyatlı, acı, sarımsaqlı qidalar ana südünün dadını dəyişdirə bilər; çay, qəhvə şokolad qəbulu körpədə narahatlıq, yuxusuzluq kimi vəziyyətlərə yol aça bilər. Kələm, quru paxla kimi bəzi qidalar isə körpədə qaz problemini artıra bilər. Bu tip vəziyyətlərdə ananın südü sağılaraq boşaldılmalıdır. Körpə bir neçə saat sonra yeni südlə təkrar əmizdirilməlidir. Ancaq körpə hələ əmməyi rədd edirsə, başqa bir problem ola biləcəyi unudulmamalıdır. Bəzən də ananın istifadə etdiyi ətir ya da siqaret çəkmiş olması körpədə narahatlıq və iştahsızlıq səbəbi ola bilər.

Səhv əmizdirmə mövqeyi

Ananın körpəni əmizdirərkən aldığı mövqeyi səhvdirsə körpə ananı əmə bilməz. Körpə, əmizdirmə anında məməni tutması üçün başından itələnilsə, müqavimət göstərər və reaksiya olaraq da məməni rədd edər.

Körpənin diş çıxarma dövründə olması
Sağlam bir körpənin dişləri ortalama 6-7 aylıqkən çıxmağa başlayar. Körpənizin damaqlarıyla diş ətləri şiş və qızarıqdırsa diş çıxarır. Bu müddəti rahat sovuşdura bilmək üçün ona oturar mövqedəykən dişlərini qaşıya biləcəyi soyuq və steril vəsaitlər verə bilərsiniz. Körpələr bu müddətdə də diş ətləri ağrıyacağı üçün əmməyi rədd edə bilər.

Əmizdirmə saatlarının dəyişməsi
Körpələr vərdişləri dəyişdiyində reaksiya verər. Buna görə əmizdirmə saatlarının dəyişməsi körpələri təsir edə bilər.

Ananın ikinci körpəyə hamilə olması
Ananın yenidən hamilə qalması vəziyyətində ifraz olunan hormonlar səbəbiylə südün dadı dəyişə bilər və körpə əmməni rədd edə bilər.

Südün qeyri-kafi olması

Körpələr mədə həcmləri kiçik olduğundan az və tez-tez əmərlər. Ancaq ana südünün miqdarı körpələri təsir edə bilər. Südün kafi olub olmadığını təyin etmədəki ən əhəmiyyətli faktor, körpənin kilosunu izləməkdir. Körpələr əmdikcə ananın südü çoxalar və onun ehtiyacını qarşılayar. Amma yorğunluq, stress, xəstəlik kimi bəzi vəziyyətlərdə südünüzün gəlməsi yavaşlaya bilər. Bu vəziyyətlərdə ananın şəfqətli və diqqətli olması lazımdır. Körpə hərdənbir əmziklə qidalanırsa əmməyi rədd edə bilər.

Körpənin infeksiya keçirməsi
Körpənin əmməməsinin səbəbi, keçirməkdə olduğu infeksiya ola bilər. Körpənin iştahsızlığı ilə yanaşı temperatur, öskürək, qusma, ishal kimi əəlamətlər varsa mütləq həkim tərəfindən qiymətləndirilməlidir. Xüsusilə qulaq ağrıları əmmə əsnasında arta bilər, bu da körpəni narahat edər və iştahsızlıq yaradar.


Şərhlər:
Baxılıb: 3594
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz