Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqlar üçün əlavə qidalar
Uşaqlar üçün əlavə qidalar
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 5001
Səs ver:
Meyvələr

Alma:
Alma yuyulur, qaynar sudan keçirilir, soyulur. Rəndədə və ya maşında püre halına gətirilir.İki qat tənzifdən suyu sıxılır. Su və ya püre olaraq yedirdilir.

Şaftalı:

Şaftalı yuyulur, qaynar sudan keçirilir, qabığı soyulur, dilimlərə bölünür, çəngəllə və ya maşında püre şəklinə gətirilir. Tənzifdən suyu sıxılar. Su və ya püre olaraq yedirilir.

Portağal:

Suyu sıxılaraq verilir.

Banan:
Çəngəllə və ya maşında püre şəklinə gətirilir. Portağal və ya alma suyu ilə bir az sulandırıla bil’r.

Tərəvəzlər
Qarışıq tərəvəz yeməyi: Başlanğıcda sulu halda verilməlidir bir müddət sonra isə püre halında varilə bilər.

1.Həftə:
3 stəkan su, 2 orta böyüklükdə  kök, 1 orta böyüklükdə kartof, 45-50 dəqiqə ağzı bağlı qabda bişirilir.
Tel süzgəcdən keçirilərək heç əzmədən tərəvəzlərin suyu bir qaba alınır.

2.Həftə:
Yuxarıdakı kimi bişirilir. Tel süzgəcdən və ya maşından kök və kartoflar əzilərək püre halına gətirilərək keçirilir.

3.Həftə:
3 stəkan  su, 2 orta boy kök, 1 orta boy kartofa əlavə olaraq 1 çay qaşığı düyü hər gün bir yenisi əlavə edilmək üzrə mövsümlük tərəvəzlər (məsələn; ilk gün 3-4 yarpaq cəfəri, ertəsi gün cəfəri + bir neçə yarpaq ispanaq, ertəsi gün bunlara əlavə olaraq 1/4 kərəviz, ertəsi gün təzə balqabaq və s) əlavə olunar. Tel süzgəcdən və ya maşından keçirilərək  püre hazırlanır.

Yumurta və Ətlər
 
Yumurta
Yumurta qatı olana qədər qaynadılır. Sarısından ilk gün 1/2 kiçik qəhvə qaşığı olaraq başlanır.
Hər dəfə az miqdar artırılaraq 8-10 gün sonunda sarısının hamısı verilir. Başlanğıcda tərəvəz yeməyindən əvvəl, daha sonra səhər yeməyində verilir.

Qaraciyər püresi
Dana qaraciyəri yuyulur. Üzərindəki pərdəsi çıxarıldıqdan sonra qaynadılaraq bişirilir.
Rəndələnərək və ya maşında püre halına gətirilir.
Tərəvəz püresine qarışdırılaraq verilir. İlk 5 gündə 1 çay qaşığı (5gr) başlanaraq 5 çay qaşığına çıxarılır.

Küftə
Yağsız, sinirsiz dana və ya mal qiyməsindən, çox az çörək  əlavəsiylə hazırlanır.
Yağsız tavada və ya qızartma bişirilir. İçinin də yaxşıca bişməsinə diqqət edilir və tərəvəz püresi ilə birlikdə verilir.

Balıq, toyuq

7 aylıqdan sonra qaynadılmış və ya qızartma bişirilmiş ağ ətli balıqlar verilə bilər.
Toyuq əti maşından keçirilərək hazırlanır. Qılcıqlı balıqların yaxşı ayırd edilməsi lazımdır.
Allergiya cəhətdən diqqətli olmaq lazımdır.


Şərhlər:
Baxılıb: 5001
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz