Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İşləyən analara əmizdirmə təklifləri
İşləyən analara əmizdirmə təklifləri
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 900
Səs ver:
• Ana südünü artırıcı çayları mütləq sınayın.

• İşə getmədən əvvəl körpənizi mütləq əmizdirin və yaxşı bir nahar edin. Pendir, yumurta naharınızda mütləq olsun. Artan dəmir ehtiyacınızı qarşılamaq üçün yumurta əhəmiyyətli bir qaynaqdır. Kafeinin üd ifrazatına mənfi təsiri üzündən naharınızda cökə, nanə, kəklik, və ya rəzyana çaylarını da seçim edə bilərsiniz.

• Artan maye ehtiyacını qarşılamaq üçün, hər əmizdirmə-sağma əvvəli və sonrasında maye qəbul edin. Gündəlik maye qəbulunuz 3 litrin altında qalmasın. Su, bəzi bitki çayları, süd, kefir, ayran,şorbalarla maye ehtiyacınızı qarşılaya bilərsiniz.

• Günortan yeməklərində, dəmir və zülal qaynağı olduğundan heyvansal qidalara yer verin. Ətli tərəvəz yeməkləri, toyuq, balıq qəbul edin. Dəmir əmilməsini  artırmaq içində heyvansal qidaların yanında C vitamini baxımından yüksək olan salat və meyvə qəbul edə bilərsiniz.

• Ara naharlar üçün iş yerində rahatlıqla tuta biləcəyiniz, saxlanması və ya daşıması asan qidalanmanızı  dəstəkləyəcək qidalar seçin. Quru ərik və qozu qarışdırıb, saxlama paketləri içində iş yerinizdə saxlaya bilərsiniz. UHT südlər otaq istiliyində saxlaya bilməsi baxımından seçim edilə bilər. Uzun sürəcək iş günlərində simit-ayran və ya təmin edilə bilirsə, yağsız kəpəkli çörəklə edilmiş kiçik buterbrodlar və ya tost yeyilə bilər.

• Artmış kalsium ehtiyacınızı göz ardı etməyin. Ana və ara naharlarınızda süd məhsullarına yer verin. Gündə 3-4 su stəkanı süd və ya qatıq qəbulu sizin və körpənizin kalsium qəbulunu təmin edəcək.

• Yaxşı yağlarla qidalanmaq, körpənizin sinir sistemin inkişafına, allergik reaksiyaların önlənməsində əhəmiyyətlidir. Doymuş yağlar yerinə zeytunyağı, fındıq yağı, günəbaxan yağı kimi doymamış yağları seçin. Qaymaq, krem, tort, mayonez kimi yüksək yağ ehtiva edən qidalardan uzaq dayanmağa çalışın.

• Axşam yeməkləri üçün mütəşəkkil olun. İşləyən bir ananın zamanını yaxşı idarə etməsi lazımdır. Axşam yeməkləri üçün həftəlik menyular meydana gətirin, alış-veriş edərkən menyunuza uyğun edin. Yeməyinizi qısa zamanda bişirmək üçün fitli qazan seçim edə bilərsiniz, həm zamanı qısaldar həm də bişən qidanın daha az vitamin və mineral itkisinə uğramasına səbəb olar. Gec saatlarda işdən dönürsünüzsə, yeməyinizi bir gün əvvəldən hazırlama yoluna da gedə bilərsiniz.

• Yod, südlə körpənizə keçər və əmizdirmə dövründə yod alınımına ehtiyac artar. Yodlu duz istifadə edin. Yaxşı yağ, keyfiyyətli zülal, yod tarazlığı baxımından balığa həftədə 2 gün süfrənizdə yer verin.

• Vitamin və mineral ehtiyacınız üçün tərəvəz meyvə qəbuluna diqqət edin. Gündə 5-8 boşqab tərəvəz meyvə, gündəlik diyetinizdə iştirak etsin. Günortan yeməyində meyvə ilk variantınız olsun.

• Şirin südünüzü keyfiyyətli hala gətirməz. Tam tərsinə şəkər, əmizdirmə dövründə gərəksiz kalori yükü deməkdir. Şirin istədiyiniz zaman sütlü şirin qəbul edin,  həftə iki dəfədən çox olmasın.

• D vitamininin ən əhəmiyyətli qaynağı günəşdir. Günortan tətillərinizdə gözəl havalardan faydalanın, açıq sahədə yemək yeyin və ya yeməkdən sonra açıq sahədə olun.
 
/Mənbə.Qadınlar.Biz/


Şərhlər:
Baxılıb: 900
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz