Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yuxusuz analar klubunun bir üzvü olmayın
Yuxusuz analar klubunun bir üzvü olmayın
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 2266
Səs ver:
Gözündən yuxu axdığı halda yatmayan, yuxu sözünə belə dözə bilməyən bir uşağınız varsa, bir an əvvəl hərəkətə keçməlisiniz.

Uşağım gündə neçə saat yatmalı
Körpələr böyüdükcə daha az yatmağa başlarlar. Yeni doğulmuş bir körpə 3-4 saatda bir yalnız bəslənmək üçün oyanar. Bir aylıq körpələr 16-17 saat, 3-4 aylıq körpələr təxminən 15 saat, 6 aylıq körpələr 14 saat, 10 aylıq körpələr 10-12 saat  yatarlar. 10-12 aylıq uşaqlar gündə 2 dəfə gündüz yuxusu yatarlar. 18 aylıqdan etibarən gündüz yuxuları 1 dəfəyə düşə bilər. Ana südüylə qidalanan körpələr gecələri daha çox oyanarlar, hər 2-3 saatda bir qidalanma ehtiyacı hiss edərlər çünki ana südünü həzm etmək hazır mamaya görə daha asandır. Bir müddət sonra yuxuyla əmizdirilmə arasında əlaqə yaradarlar. Yatmaları üçün mamayla qidalanan və ya əmizdirilən uşaqların  gecə qidalanmağa ehtiyacları yoxdur. 3 aylıqdan böyük uşaqlar gün içində bütün qida ehtiyaclarını qarşılayarlar. Yuxu ilə qidalanma arasındakı çağırışıma maneə törətmək üçün uşağınızı yatırtmadan 30-60 dəqiqə əvvəl yataq otağının xaricindəki bir hissədə qidalandırın. Yatmadan əvvəl əmziklə mama verməyi və ya əmizdirməyi mərhələli olaraq azaldın. Əmziklə qidalandırısınızsa, südün gramını hər gecə bir az daha azaldın. Əmizdirirsinizsə körpənizi bəslədiyiniz müddəti hər gecə 1 dəqiqə azaldın. 

Oyandığında və ya yata bilmədiyində nə etməliyəm
Körpəniz oyanar və ya dərhal yuxuya getməzsə ağlamasına icazə verin. Onu qucağınıza al/götürmədən hər 15 dəqiqədə bir tərəfinə gedib idarə edə bilərsiniz. Bir müddət sonra ağlaması kəsilə bilər. Körpənizin gecə oyanması normaldır. Müəyyən bir səbəbin olması lazım deyil. Problem körpənizin özünü sakitləşdirərək yenidən yatmasıdır. Körpənizin təkrar yuxuya getməsini təmin edəcək şərtləri yaratmağa çalışın. 

Nələr uşağımın yuxuya getməsini önləyər
Ümumiyyətlə çox həyəcan, ağır bir yemək və ya yatmadan əvvəl valideynləri və ya qardaşlarıyla çox ölçüdə oynaşmaq uşağınızın yuxuya getməsinə mane olar.

Uşağım yatarkən niyə/ yatağından çıxmağa çalışır
Bu kimi uşaqlar yataqlarında özlərini sıxılmış hiss etdikləri üçün gecə yarısı yataqlarından qalxarlar. Bu kimi uşaqların uşaq çarpayılarından alınaraq normal bitərəf çarpayılarda yatırdılmaları faydalı olacaq. Bu şəkildə özlərini daha azad hiss edəcəklər və yataqdan qalxma adətləri azalacaq.
 
Bu təklifləri diqqətə alın:

• Kimi körpələrin qaz problemləri yuxu problemləri yarada bilər, bunun keçici olduğunu uzun davamlı olanlarda başda ana südü və digər süd törəmələrinə, kimi vəziyyətlərdə də başqa yeməklərlə əlaqədar allergik reaksiya olduğunu bilin. Bunun üçün uşaq həkimindən kömək istəyin. 
• Körpənizi ya da uşağınızı davamlı bədən təmasıyla yatırtmayın, yuxudan əvvəl sevin, öpün, iyləyin,lakin qoyun - qoyuna eyni yataqda yatmayın. 
• Ana və ata olaraq aranızda müxtəlif səbəblərə dayanann (cinsi, iletişimsel, ailəvi ) problemlər var isə qüvvətlə ola biləcək bu uşaqda da problemlər yaradacaq. Əvvəlcə cüt olaraq aranızdakı problemləri quruluşçu bir şəkildə həll etməyə çalışın.
• Yuxuya getmənin ümumiyyətlə uşaqlar üçün çox da asan bir şey olmadığını bilin. Çünki yuxuya getmə müddəti uşağınızın tək başınalığını sıx bir şəkildə hiss etdiyi zamandır. Ancaq yuxunun da inkişaf üçün olmazsa olmaz olduğunu unutmayın. 
• Uşağın qayğı və qorxularından təsirlənməyin; anlayış və qəbul edin, amma siz də narahat olmağa başlamayın. Bu zəncirləmə reaksiya doğurar.
• Körpənizi o xoşlansa belə üzüstə yatırtmayın. Arxa üstə və yan yatırdın. Çünki edilən araşdırmalarda üzüstə yatan körpələrdə ani körpə ölümləri görülmüş və arxa üstə və ya yan yatan körpələrdə bu vəziyyət söz mövzusu olmamışdır. Körpənizi yastıqlarla dəstəkləyərək yan yatarkən də rahat yatmasını təmin edə bilərsiniz. 
 
/Mənbə.Qadınlar.Biz/


Şərhlər:
Baxılıb: 2266
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz