Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Körpənizə nizamlı yuxunu öyrədin
Körpənizə nizamlı yuxunu öyrədin
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 1630
Səs ver:
1. Gün - Yeni bir nizam qurun 
Son araşdırmalar körpənin gecəylə gündüzü ayırt edə bildiyini ortaya qoyur. Bunun üçün bir az ipucuna ehtiyacı var yalnız. Sabahdan başlayaraq körpənizi səhər erkəndən qaldırın və bundan sonra hər gün eyni saatda oyandırmağa diqqət edin. Yatağını pəncərənin yaxınına yerləşdirin və pərdələri aralı buraxın. Gün işığı oyanmasına köməkçi olacaq. Günorta yuxusuna yatırtdığınız zaman da hava qaralmadan əvvəl oyandırın. Beləcə gün işığında oyanması, gecə yatması lazım olduğunu anlayacaq. Axşamları həmişə eyni saatda yatağına yatırdın. 

2. Gün - Tətbiqə davam 
Dünən başlatdığınız proqrama davam edin. Gecələri qarını acdıqca ağlamaya davam edə biləcəyini unutmayın. Qidalanma işini yüngül qaranlıq bir mühitdə edin. Gecə yatdığında musiqi dinlətmək,laylay söyləmək, kitab oxumaq kimi bir vərdiş qazanmasını təmin edin. Bir müddət sonra, bu təkrarlananı tətbiq etdiyinizdə uyğunlaşmaya vaxtının gəldiyini anlayacaq. 

3. Gün - Ağlamalar 
Ağlamaq uşağın ən böyük silahı, çünki anayla atanın dözə bilmədiyi şeydir. Səbirli olun və bezmədən özünüzə müvəffəqiyyət fikirini təlqin edin: Yatırtmağa çalışdığınızda ağlayarsa, narahatlıqlanıb nizamınızı və ya yuxu mühitini pozmayın. Buraxın qoyduğunuz yuxu qaydalarına öyrəşsin. Proqrama sadiq qalınmaması, qaydaların dəyişdirilməsi altı aylıqdan kiçik uşaqları çox daha çox üzür. Ən çox 15-20 dəqiqə ağlayacaq, halbuki pis yuxu vərdişləri illərcə çəkə bilər. Maraqlanmırmış kimi edib ona fərq etdirmədən arada bir qapı aralığından nəzarət edin. Sussun deyə işıqları yandırmaqdan, qucağınıza almaqdan, əmzik verməkdən qaçın, əks halda ertəsi gecə daha uzun ağlayacağından əmin ola bilərsiniz. 

4. Gün - Gözyaşı davam edir 
Keçən gecə nə qədər də uzun ağladı deyilmi? Bu gecəni bir az daha rahat keçirəcəksiniz, daha qısa ağlayacaq, amma yenə də ağlayacaq. Qaydalarınızın qəti olduğunu, gözyaşıyla dəyişmədiyini görməsi lazımdır. Ona qarşı zəif olduğunuz hissini oyandırmayın. Yoxsa keçən gecəyə görə iki qat daha çox ağlar!

5. Gün - Sular durulur
Körpələrin çoxu üç elə beş gün içərisində proqrama öyrəşir. Bu gecə ən xoşbəxt gecəniz ola bilər! Beş dəqiqədən bir otağına girib nəzarət etməyin, ən az 15 dəqiqə fasilə ilə baş çəkin. Bəzi körpələr tez-tez otaqlarına girilməsindən narahat olarlar, bu səbəbdən qapı aralığından müşahidə edin. Ən çox rast gəlinən yuxu problemi səbəblərinin başında gecə əmizdirməsi və alt dəyişdirmə gəlir. Əlbəttə ki, bunları edəcəksiniz, amma mümkün olduğunca sürətli və səssiz olmağa diqqət edin. Altını dəyişdirərkən belə işıqları açmayın. Gərəyindən çox əmizdirməyin, beləcə həm onu narahat etməmiş olarsınız, həm də yenidən altını dəyişdirmək məcburiyyətində qalmazsınız. 

6. Gün - Yatır
Sanki bir yuxudasınız, deyilmi? Aman bu xoşbəxtliyi günlərdir tətbiq etdiyiniz qaydaları rəfə qaldıraraq pozmayın! Yatmasını qəribsədiyiniz üçün tez-tez otağına girməyin. İsti tutan bir pijama geydirin və üstünü açmasını özünüzə dərd etməyin. Körpə monitorunun səsini, yalnız çox ehtiyacı olduğunda eşitdiyiniz şəkildə qısın. Müvəffəqiyyətinizi kölgələndirəcək davranışlarda olmamağa diqqət edin. 

7. Gün - Yuxu sırası sizdə 
Özünüzə bir yaxşılıq edin və bu gecə dərin bir yuxu çəkin. Altı gündür bəlkə çox yuxusuz qaldınız amma əminik dəydi. Uşağınıza möhtəşəm bir hədiyyə verdiniz: Nizamlı yuxu vərdişi. Yuxu proqramınız əlbəttə xəstəlik, tətildə yer dəyişikliyi kimi faktorlarla zaman - zaman axsayacaq. Təlaş etməyin, heç yuxu problemi yaşamamış körpələr belə bu kimi vəziyyətlərdə qəzaya keçə bilirlər! Yuxu problemi təkrar edəcək olsa proqramınızı yenidən ən başdan tətbiq edin. İkinci tətbiq ilkindən çox daha asan olacaq. 
 
Mənbə.Qadınlar.biz/


Şərhlər:
Baxılıb: 1630
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz