Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Körpə baxımında doğru bilinən səhvlər
Körpə baxımında doğru bilinən səhvlər
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 1994
Səs ver:
1- İlk gün süd gəlmədi, körpəm ac qalır
Doğumdan dərhal sonra ananın yanına verilən körpə,olaraq əmmə refleksinə malikdir. İlk gələn süd miqdarı körpənin ehtiyacı qədərdir. İlk günlərdə hər əmizdirmədə ortalama bir çay qaşığı qədər süd gələ bilər. Zamanla hər əmizdirmədə ana südü artar. Südün çox gəlməsini istəyərək narahatlıq yaşamaq, ana və körpə arasındakı stressə səbəb ola bilər.

2- Davamlı əmizdirməliyəm
Yeni doğan körpələr, ilk bir - iki gün sonra ortalama 2 saatda bir əmizdirilməlidir. İlk həftə bu sıxlıq həm ola biləcək fizioloji sarılığın tez keçməsi, həm də südün körpənin ehtiyacı qədər artması üçün əhəmiyyətlidir. Daha sonrakı günlərdə körpənin davamlı məmədə qalması süd yığılmasına mane olacağı üçün körpənin doymamasına, sinə uclarının yara olmasına səbəb ola bilər və körpə bəslənmə problemi yaşaya bilər.

3- Evdəki pişik və itləri uzaqlaşdırmalıyam
İnsanlar, xüsusilə də körpələr həyat sahələrinə görə anticisim inkişaf etdirərək immunitet qazanarlar. Həyat şərtlərinizi dəyişdirmək körpənii steril böyütmək mənasını verər. Buna görə ailələr körpəyə görə deyil, körpələr ailəyə görə yaşamalıdır. Bu səbəblə heyvanları uzaqlaşdırmağa ehtiyac yoxdur.

4- Körpəni yatarkən yelləməyək
Körpələr ana qarınında yellənərlər. Yelləmə əməliyyatı, orta qulaqdakı vestibüler sistemin xəbərdar edilməsinə səbəb olduğu üçün tarazlıq qabiliyyətinin inkişafına köməkçi olar. Yüngül və kiçik ritimler halında körpəni yelləyə bilərsiniz.

5- Qaranlıqda və səssizlikdə yatsın
Körpə əgər kafi və nizamlı fasilələrlə əmmişsə, qarını toxsa və qazı çıxmışsa hər hansı bir yuxu problemi yaşamaz. Yeni təbiətin gündəlik yuxu müddəti ortalama 20 saatdır. Gecə böyümə hormonu ifraz olunduğu üçün gecə lampası qaranlığında yatması lazımdır. Gün doğumundan etibarən pərdələr açılmalı hətta havalandırılmalıdır. Gündüz işıqlıqda və gün içində də səs-küydə yata bilər.

6- Körpəm üşüyür, əlcək taxaq
Körpələr olduqları mühitə görə immunitet qazanarlar və uyğunlaşma təmin edərlər. Ortalama 20-22 dərəcə istilik körpələr üçün uyğundur. Bədənlərinin ən uc nöqtələri olan əl və ayaqlarındakı periferik qan sistemləri doğulduqdan sonra inkişaf edər. Buna görə əlləri və ayaqları normaldan daha soyuq ola bilər. 2500 qr. altındakı körpələr bədən istiliklərini qorumada çətinlik çəkəcəkləri üçün daha isti tutulmaları lazımdır.

7- Yeni doğan körpədə qaz yoxdur
Südün enməsi və tez çoxalması üçün çox əmizdirilən körpələr, süd əmərkən hava da uda bilərlər. Buna görə ilk günlərdə belə körpə əmmə əməliyyatından sonra tik tutularaq qazı çıxarılmalıdır.

8- Çox qaxa edir, nəcisi yaşıl rəngdə, körpə soyuqladı
Yenidoğan bir körpənin hər altı açıldığında nəcisi varsa körpə yaxşı qidalanır deməkdir. Yeni doğan bir körpə gündə ortalama 4-9 dəfə qaxa edə bilər. Qaxa çıxışı yoxsa, qidalanma problemi yaşayır ola bilər.. Doğru və nizamlı məmə əmən bir körpənin qaxası sarı və partiküllüdür. Yaşıl nəcis, körpənin çox əmdiyini göstərər. Bağırsaqlarda işlənmiş nəcis sarıdır. Yaşıl nəcis, çox əmdiyi üçün bağırsaqlarda işlənmədən atıldığını göstərər. Soyuqlamaqla hər hansı əlaqəsi yoxdur.

9- Hər altını açdığımda səpgi üçün krem çəkməliyəm
Səpgi kremləri çox  və qalındır. O bölgəni tamamilə steril və hava almadan qoruyarlar. Bu səbəblə o bölgənin müqaviməti də düşəcək. Kremlər əgər səpgi varsa çəkilməli və az olaraq istifadə edilməlidir.Səpgi olmaması üçün diqqət ediləcək ən əhəmiyyətli nöqtələrdən biridə körpənin altı bağlandığında yanı yaxşıca quru olmalıdır. Körpənin nəmli qalan yanı hava keçirməyən hazır bezlər səbəbiylə səpgili ola bilər.

10- Körpəni bələmək zərərlidir
Körpənin ana qarınındakı hərəkətləri məhduddur. Məsələn qollarını uzatdığında ana qarınının icazə verdiyi qədər uzada bilər və özünü etibarda hiss edər. Doğulduğunda istəksiz etdiyi əl qol hərəkətləriylə özünü qorxudar. Buna görə ilk həftədən bir yarım bələmək körpənin özünü qorxutmamasını, daha asan yatmasını təmin edər.
 
/Mənbə.Qadınlar.biz/ 


Şərhlər:
Baxılıb: 1994
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz