Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşağınızın danışması gecikirsə bunları edin
Uşağınızın danışması gecikirsə bunları edin
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2492
Səs ver:
Bir uşağın gec danışmağa başlamasının səbəbi dil bacarığından kifayət qədər faydalana bilməməsindəndir. Bu səbəblə bu uşaqların eyni zamanda ola bildiyincə erkən müəyyən olunması böyük əhəmiyyət daşımaqdadır.

Danışma pozğunluğu qulaq burun boğazdan qaynaqlana bilər.

Bir uşaqda danışmanın ola bilməsi üçün dil bacarığı inkişaf etmiş olmalı və danışma funksiyasını yerinə yetirəcək orqanlarda pozuğunuq olmamalıdır. Bu vəziyyətdə zəka, eşitmə, görmə, ağız boşluğu, üst hava yolları, ağciyərlər və bunları bəsləyən sinir sistemi və əzələ sisteminin təbii olması lazımdır. Bu səbəbdən gecikmiş danışması olan bir uşaqda danışma pozuqluğu varlığının təyin olunması üçün göz, qulaq burun boğaz, beyin, sinir sistemi və əzələ- skelet sistemi problemləri araşdırılmalıdır.

Danışmaqda gecikmənin ən əhəmiyyətli səbəblərindən biri eşitmə azlığı olmasıdır. Eşitmə azlığı anadan gəlmə ola biləcəyi kimi sonradan qazanılmış da ola bilər. Uşağın yüksək səsləri eşitməsi, bəzi səsləri eşitməsi o uşaqda eşitmə itkisinin olmadığını göstərməz ancaq danışmanın başlamamasına səbəb ola bilər.

Edinsəl (sonradan olma) eşitmə itkisinin ən sıx səbəbi sıx üst tənəffüs yolu keçirən uşaqlarda orta qulaq havalanmasının pozulmasıyla ortaya çıxan vəziyyətlərdir. Bunun yanında fərq edilməyən bir (submukozal) damaq yarığı, dil bağı varlığı kimi ağız içi problemləri də gec danışma və ya danışma pozuqluğu yarada bilər.
Uşaq "gözlə-gör” üsulu ilə təqib edilə bilər

Uşaqda dil inkişafının tamamlana bilməsi üçün əvvəlcə dili anlamalı, sonra dili istifadə edə bilməlidir. Biz bunlara "alıcı dil” və ” ifadə edici dil” deyirik. Hələ danışa bilməyən bir uşaqda dili anlamanın inkişaf etmiş olmasını gözləyərik. Əgər alıcı dil bacarığı inkişaf etmişsə kobudca beyin və sinir sistemi baxımından bir problemin olmadığı düşünülə bilər.
 
 
Gecikmiş danışmadan şübhələniləcək vəziyyətlər:

    6-12 aylıq körpə "a- ta”, "ma ma ma” kimi mənalı səslər çıxarmağa başlamalıdır.
    12 aylıq körpə "bəli”, "xeyr” kimi əmrləri anlamalı, adıyla çağırıldığında baxmalıdır.
    12-16 ay arasında "baba”, "ata” kimi mənalı 1-2 sözü olmalıdır.
    24-cü ay tamamlandığında 5-10 sözlü bir söz dağarcığı inkişaf etmiş olmalıdır.
    24-36 ay arasında "bu nədir?”, "top haradadır?”, "mən kiməm?” kimi sualları anlayır və cavab verməlidir.
    24-36 ay arasında 2 və ya 3 sözlü cümlələr qura bilir olmalıdır.
    36-cı aydan sonra istifadə etdiyi sözlər ətrafdakılar tərəfindən aydın olmalıdır.
    4-5 yaşında sadə bir hadisəsini izah edə bilməlidir.
    7 yaşında kompleks bir hadisəni izah edə bilməlidir.

Gecikmiş daışmanın səbəbi araşdırılmalıdır

Uşağın eşitməsinə və danışmasına maneə meydana gətirən patologiyalar araşdırılmalıdır. Psixoloji bir maneə varlığı sorğulanmalıdır. Daha sonra yaşıyla uyğun inkişaf testi, zəka testi qiymətləndirmələri edilməlidir. Ayrıca əzələ və sinir sistemini təsir edə biləcək narahatlıqlar araşdırılmalıdır.


Şərhlər:
Baxılıb: 2492
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz