Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Analar üçün məsləhətlər
Analar üçün məsləhətlər
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 6408
Səs ver:
Doğulduqdan etibarən uşaq sahibi olan ana-atalara ipucları

0-2 yaş arası qidalanma, həyatın geri qalanını sağlam keçirmək üçün çox əhəmiyyətli. 0-6 ay arası yalnız ana südü ilə qidalanma bunda açar rol oynamaqdadır. 6. aydan sonra əlavə olunan balanslı əlavə qidalar ilə sağlam böyümə və inkişaf təmin edilir. 0-6 yaş arası uşaqların nizamlı fasilələrlə həkim müayinəsinin edilməsi də çox vacibdir.

İlk 1 yaş içində aylıq, 1-2 yaş arası 3 ayda bir, 2-6 yaş arasında 6 ayda bir yoxlanış və peyvəndlərinin edilməsi lazımdır. Uşaqlar immunitetləri gərəyi yetkinlərə görə daha sıx xəstələnər, odlanırlar. Ən sıx görülən xəstəliklər qışda üst və alt tənəffüs yolu xəstəlikləri, yazın da ishallardır. Töküntülü xəstəliklər də bahar aylarında və qışda daha çox görülər.

İştahsızlıq, kefsizlik, yuxuda pozulmalar, burun axıntısı  xəstələnəcəyinin əlaməti ola bilər. Qidalana bilməmək, maye ala bilməmək, sıx öskürək, göyərmə, sıx nəfəs alıb vermə, istiliyin salına bilməməsi vəziyyətlərində xəstəxanaya müraciət edilməlidir.

İstilik qalxdığında nə edilməli?

İstilik, bədənin mikroblara qarşı və ya xarici hər hansı bir cisimə verdiyi cavabdır. Sağlam bir uşaqda ətraf istiliyindəki dəyişmələrə qarşı bədən istiliyi 36.5-37 dərəcə arasında sabit tutular. Qol altından ölçülən istiliyin 37.4 dərəcə üzərində olması istilik olaraq adlandırılar. Üst tənəffüs yollarının sadə viral xəstəliklərinə bağlı qızdırmalı vəziyyətlər öz-özünə yaxşılaşar. 

Ancaq 3 aylıqdan kiçik körpələr, başqa xəstəliyi olan  uşaqlar yüksək risk qruplarıdır. İstiliyin qol altından ölcüldüğünde 38.5 dərəcənin üzərinə çıxması uşaqda narahatlıq, yuxusuzluq, qidalana bilməmə vəziyyətini yaradar. Xüsusilə 6 ay-5 yaş arası uşaqlarda qızdırmalı həvalə keçirmə riski olduğundan qızdırmanın salınması lazımdır.

Qızdırmanı salmaq üçün paltarlarını çıxarmaq, ilıq su ilə duş aldırmaq və ya bədənə ilıq su sarğısı etmək ilk ediləcəklər olmalıdır. Xüsusilə yeni doğan və ya 3 aylıqdan kiçik körpələr qızdırmalı vəziyyətlərdə dərhal həkimə aparılmalıdır.

Bəzi təcili vəziyyətlərdə evdə ediləcək ilk tətbiq

İstilənmə, xəstələnmə xaricində evdə sıxlıqla başa gələ biləcək təcili vəziyyətlər qəzalardır. Düşmələr çox sıx görülər. Evdə edilə biləcək olan isə vurulan bölgəyə buz, soyuq tətbiqidir. Düşmə və qusma vəziyyətlərində tənəffüs yolu açıq saxlanılmağa çalışılaraq həkimə aparılmalıdır.

Körpə olan evdə olması lazım olan sağlamlıq vəsaitləri

Körpə olan evdə qəzalara istiqamətli tədbirlər alınmalı, qaz ətrafında, pəncərə, qapı, siyirtmələrdə kilid və baryerlər olmalı, dərman və təmizlik vəsaitləri ortalıqlarda buraxılmamalıdır. Qızdırma ölçən bir dərəcə, qızdırma  salan dərman, isti və soyuq su torbaları, yanıq yara kremləri, yara bantı uşaqlı evlərdə mütləq saxlanılmalıdır.

/Mənbə: Qadınlar.biz/


Şərhlər:
Baxılıb: 6408
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz