Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yeni analar üçün uşaq baxımı ilə əlaqədar ipucları
Yeni analar üçün  uşaq baxımı ilə əlaqədar ipucları
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 5681
Səs ver:
Yeni doğulan körpələrin həyatdakı ilk günləri, anaların da ən xoşbəxt edər ancaq bir o qədər də ən çətin zamanlarıdır. Bu dövrdə körpədə görülən ən kiçik bir dəyişiklik belə ananı qorxudar və narahat edər. Bu müddəti ən rahat yaşamanın yolu isə; körpə baxımı mövzusunda biliklənməkdən keçər.

Başındakı forma pozuqluqlarına əhəmiyyət verməyin!
Körpələr, kəllə sümükləri hələ tam inkişaf etmədən dünyaya gəlir. Buna görə körpə doğum kanalına girdiyində sıxışmağa və ya vakuumla çəkilməyə bağlı olaraq kəlləndə şəkil pozuqluqları görülə bilər. Zamanla, beyin böyüdükcə sümüklər də beynin şəklini alar və başdakı şəkil pozuqluqları ortadan qalxar.

Körpənizi "təri iy verməsin" deyə duzlamaq ölümə dahi apara bilər.
Körpə doğulduğundan etibarən 1 həftə və ya 10 gün içində görülən töküntülərin çoxu fizyolojidir. Bəzi körpələrdə bənövşəyilik və ya səpgi bənzəri meydana gəlmələr görülə bilər. Bu problemlərin çoxu müalicə tələb etməz. Müalicə üçün istifadə edilən bir çox maddə bu cür dəri problemlərinin daha da artmasına səbəb olar. Məsələn, körpələrin dərisinə edilən ən səhv tətbiq, təri iy verməsin deyə edilən duzlamadır. Körpənin dərisi həssas olduğundan duz bədəndə əmilməz və bu vəziyyət ölümə qədər gedə bilən nəticələr yarada bilər.

Nizamlı kilo artımı körpənizin doyduğunun göstəricisidir
Körpənin doyduğunu anlaya bilmənin ən yaxşı yolu, nizamlı kilo artımının gözlənməsidir. 2-3 saat yuxu yatan, nizamlı altını batıran uşaq doymuş deməkdir. Əmizdirmə əsnasında əmmə və udma əməliyyatlarında, körpənin hal və hərəkətləri də doyduğuna dair ipucları verə bilər. Körpələr dümdüz yatırtdıqlarında südün çoxunu qaz ilə birlikdə çıxarda bilər, bəzən çox miqdarlarda da qusa bilərlər. Körpə nizamlı kilo aldığı müddətcə, bu vəziyyət bir problem yaratmaz. Qusmaması üçün körpə 30-40 dərəcə əyilməklə yatırdılmalıdır. Bu tətbiq, yer çəkilişinin təsiri ilə südün mədədə qalması üçün edilər.

Fen körpənizin qaz çıxarmasına köməkçi ola bilər
Körpələrin qaz çıxarmadakı çətinliyi, həzm sisteminin bəzi elementlərinin yetişkinləşməsində gecikmədən qaynaqlanar. Bu müddətdə səbr çox əhəmiyyətlidir. Satılan, qaz problemini aradan qaldıran dərmanlar körpələr üçün təklif edilir. Körpə əmizdirilərkən davamlı sinəni dəyişdirmək təhlükəlidir. Biri boşaldılmadan digərinə keçilməməlidir. Çünki birini boşaltdıqdan sonra digərinə keçməsi doyduğunu hiss etməsini təmin edəcək. Fen səsi körpənin qaz çıxarmasına köməkçi ola bilər.

Yeni analara uşaq baxımı ilə əlaqədar ipucları:
*Ananın əli davamlı olaraq təmiz olmalıdır.
*Qulaq təmizliyində qulaq çöpü istifadə edilməməlidir. Yalnız qulaq içini pambıq köməyi ilə silmək kafi olacaq.
*Gözlerindəki çirklərr, qaynadılmış suyun köməyi ilə təmizlənə bilər.
*Doğulduğu gündən etibarən körpənin dırnaqları düz, batıq meydana gəlməyəcək şəkildə kəsilə bilər və kənarları yüngül törpülənə bilər.
*Ağız xüsusi bir təmizlik tələb etməz; çünki tüpürcək bezlərinin təmizləyici bir təsiri vardır. Lakin ağ rəngli bir maddə görüldüyündə karbonatlı su ilə yuyuna bilər.
*Burun tıxanıqları üçün aspiratör istifadəsi zərərlidir. Aspiratör mənfi təzyiq tətbiq etdiyi üçün burun mukozası daha da şişib, tıxana bilər. Kiçik paketlərdə satılan duzlu sular bir damla damlatmaq, həm təmizlik həm nəm həm də burun tıxınaqlğını aradan qaldırmaq baxımından kafi olacaq.
*Dəri təmizliyi duş ilə həyata keçirilər. Körpə bir gün duru su, bir gün şampun ilə hər gün yuyuna bilər. Şampun seçərkən PH neytral olan və içərisində kosmetik məhsul olmayanlar seçilməlidir.
*Alt təmizliyi qızlarda suya batırılan pambıqlarla və ya yalnız su ehtiva edən yaş dəsmallarla, öndən arxaya doğru edilməlidir. İstifadə edilən dəsmal və ya pambıqlar spirt ehtiva etməməlidir. Oğlanlarda isə; sünnə dərisi geriyə çəkilməməlidir. Bu tətbiq ilə dəri çatlayıb, iltihab bağlaya bilər.
*Körpənin paltarlarının pambıqlı məhsullardan seçilməsi təklif edilib, istifadə etmədən əvvəl isti suyla yuyunub ütülənilməsi təmin edilməlidir.
*Ümumiyyətlə öbək bağı, doğumdan sonra 10 gün içində düşər. Göbək bağı düşmədən əvvəl su ilə təmas etdirilməməlidir. Bu bölgənin quru tutulmasına diqqət göstərilməli və həkimin təklif edəcəyi spirtli bir məhsulla səhər axşam sarılması  lazımlıdır.
*Körpə doğulduğu gündən etibarən çölə çıxardıla bilər. Ancaq çox insanlı mühitlərdə olmamasında fayda vardır. Davamlı çöldə olmaq körpənin baxımına laqeydlik edilməsinə səbəb ola bilər.
*Yeni doğulanda körpədə hərarət, göyərmə və nəfəs kəsilməsi təcili bir vəziyyətdir. Hərarəti yüksəkdirsə vaxt itirmədən xəstəxanaya müraciət etmək lazımdır. 

/Mənbə: Qadınlar.biz/


Şərhlər:
Baxılıb: 5681
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz