Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaq Əmizdirmənin Anaya verdiyi 5 fayda
Uşaq Əmizdirmənin Anaya verdiyi 5 fayda
Göndərən: PRETTY_GIRL
Şərhlər:
Baxılıb: 4813
Səs ver:
Əmizdirmənin ana sağlamlığı üzərindəki müsbət təsirləri;

1- Əmizdirmək, Ananın Psixoloji Olaraq Rahatlamasını Təmin edər

Yeni doğan körpələrin sağlam inkişafları üçün ilk 6 ay yalnız ana südü təklif edilər. Əmizdirmənin doğumdan dərhal sonra başlaması və sıx əmizdirmək süd istehsalını asanlaşdırar. Ananın körpəni əmizdirməsi ilə ana körpə arasındakı əlaqə güclənər. Ayrıca ananın körpəsi mənimsəməsi, körpənin sağlam bir şəxsiyyət qazanması asanlaşar.

2- Əmizdirmək, Məmə, Yumurtalıq Xərçəngi və Osteoporoz riskini salar

Əmizdirmək, qadının döş xərçənginə tutulma riskini böyük ölçüdə salar. Əmizdirmə müddətindəki aşağı östrojen səviyyəsi və məmə hüceyrələrində süd istehsalı əsnasında meydana gələn bir sıra molekulyar dəyişikliklər, bu hüceyrələri xərçəng inkişafına qarşı daha müqavimətli hala gətirər. Ayrıca əmizdirmək, yumurtalıq xərçəngi meydana gəlməsini də böyük ölçüdə mane olar. Edilən araşdırmalar 30 yaşından əvvəl əvvəl doğum edən və bir il ya da daha çox müddətlə körpəsini əmizdirən qadınların yumurtalıq xərçənginə tutulma riskində diqqətə çarpan bir azalma olduğunu ortaya qoymuşdur. Xərçəng meydana gəlməsini önləməsinin yanında əmizdirən analarda osteoporoz (sümük əriməsi) görülmə sıxlığı çox daha azdır.

3- Əmizdirmək, Doğum Sonrasındakı Yaxşılaşma Müddətini Sürətləndirər

Əmizdirmənin ən diqqətə çarpan faydalarından bir başqası da rəhm sıxılmalarını tənzimləməsidir. Əmizdirməklə birlikdə bədən oksitosin hormonu ifraz edər. Oksitosin ifrazatı qan dövranı ilə birlikdə rəhmə çataraq sıxılmağa səbəb olar. Bu sayədə də doğum edən ananın qanaması azalar. Sıxılma əsnasında adət sancısına bənzər ağrılar hiss edilər. Əmizdirən analarda qanama daha az olduğundan uzun dövrdə qansızlığa bağlı halsızlıq, vurman idi və tez yorulma kimi şikayətlənmələr daha az görülər.

4- Ana, Əmizdirərək Hamiləlikdə Aldığı Kiloları Yandırar
Əmizdirən anaların ifraz etdiyi süddəki enerjinin böyük bir qisimi yediklərindən qarşılanar. Sağlam bir ana, gündə ortalama 700-800 ml süd ifraz edər. Bunun üçün gündəlik kalori ehtiyacına əlavə olaraq ortalama 750 kalori almaları lazımdır. Bu miqdarın 500 kalorisi ananın yediklərindən qarşılanarkən, 250 kalorisi hamiləlikdə yığılan yağlardan qarşılanar. Bu da əmizdirən anaların hamiləlik əsnasında aldıqları çox kiloların itkisinə gətirib çıxarar.

5- Nizamlı Əmizdirən Bir Qadın Hamiləlikdən 10 Həftə Qorunar
Doğumdan sonra ilk cinsi əlaqə ananın fiziki və psixoloji vəziyyətinə bağlıdır. Ümumiyyətlə doğumdan 6 həftə sonra cinsi əlaqədə ola bilər. Cinsi əlaqə ilə birlikdə cütlərdə hamilə qalma qorxusu da başlar. Xüsusilə inkişaf etməkdə olan ölkələrdə əmizdirmənin hamiləlikdən qorunmada əhəmiyyəti böyükdür. Ancaq bu təsir, ananın bəslənmə vəziyyətinə, əmizdirmə sıxlığına və körpəyə əlavə qida verilməsi kimi faktorlara bağlıdır. Doğumdan 6 aydan sonra və ya ananın adət görməsi kimi vəziyyətlərdə hamiləlik şansı artar. Tam qorunma davamlı əmizdirən qadınlarda 10 həftə üçün etibarlıdır. Heç əmizdirməyən və ya aralıqlı əmizdirən qadınlar isə doğum sonrası 3. həftədə qorunma üsullarını tətbiqə başlamalıdırlar
 
Tərcümə etdi:
PRETTY_GİRL


Şərhlər:
Baxılıb: 4813
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz