Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Körpənizin danışmasını sürətləndirəcək nələr edə bilərsiniz
Körpənizin danışmasını sürətləndirəcək nələr edə bilərsiniz
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 6107
Səs ver:

Körpənizin danışmasını sürətləndirəcək nələr edə bilərsiniz

 Körpələrdə danışma körpədən körpəyə fərqlidir. Buna görə təlaşa girmənizə ehtiyac yoxdur. amma ümumiyyətlə körpələr 7 ilə 10 arası aylarda 2 hecalı, qısa və təkrar edən sözləri söyləməyə başlamalıdır nümunə olaraq: "mama, baba, ata, qəşəng, ana..." sözləri verilə bilər. Ayrıca ana və atalar əvvəlcə anamı atamı polemikinə girməməlidir. Çünki körpələr a, b, m, d, y hərflərini daha asan söyləməkdədir. Bu səbəblə 'ata' demək 'ana' deməkdən daha asandır. Körpələrin ən çətin söylədiyi hərflər k, t, r dir. Xüsusilə r səsini körpə dörd yaşına qədər düz çıxara bilmir. Təkrarlamasını istədiyiniz səsləri təqlid edə bilərsiniz.

Körpəniz 10 ayından sonra yetkinlərin sözlərinə bənzər sözlər istifadə edə bilər. "Bu nə? Hanı? Harada? "kimi suallar belə soruşmağa başlayir. 12. ayına girmiş körpə, bu nədir? Bu kimdir? Sualına düz və aydın olan cavablar verə bilər. Körpəniz 15 ayından sonra qarşılıqlı söhbətlər etməyə başlaya bilər. Təqlid qabiliyyəti daha çox inkişaf etmişdir. Ətrafındakı bütün səsləri təqlid edə bilər.
17. -18. Ayından körpə artıq mahnı belə söyləməyə başlamışdır. Hərəkətlərinə səslər əlavə etməyə başlamışdır. 18-24 aylıq körpələr 25 30 söz söyləyə bilər. Öz valideynləri onların söhbətlərinin ən az yüzdə səksənini anlayar. Özünü ailəsinə çox yaxşı tanıtmışdır.
24-36 aylıq; yəni 2-3 yaşındakı uşaq söz xəzinəsini inkişaf etdirmişdir. 50 ilə 100 söz arasında sözləri istifadə edər. 36. ayını bitirmiş bir uşaq heç olmasa üç yüz dörd yüz söz istifadə edər. Danışmaları insanlar tərəfindən aydın olar. Düz cümlələr qura bilər.

Körpənizin danışmasını sürətləndirəcək nələr edə bilərsiniz

Bu mərhələyə qədər ki inkişaflarını təbii olaraq tamamladısa uşağınızın bundan sonrakı inkişafları da normal davam edəcək.Dediyimiz kimi hər uşağın inkişaf səviyyəsi eyni deyil. Bəzən qardaş olan uşaqlar belə inkişaf fərqlilikləri yaşayır. 9-10 aylıqdaykən sözləri düz çıxara bilən uşağın qardaşı ilk düz sözünü 18 aylığındaykən söyləyə bilər.
Uşağınızın danışmada normal inkişafını izləməsini, kafi olmasını istəyirsinizsə onunla danışmağı söhbət etməyi axsatmamalısınız.
Körpənin Danışmasını Sürətləndirəcək Nələr Edə bilərəm?
Uşağınızın danışma mərhələlərini daha sürətli sovuşdura bilməsi üçün sizin də tətbiq edə biləcəyiniz bir çox texnikalar vardır. Bunları bu şəkildə sıralaya bilərik.

Körpənizin danışmasını sürətləndirəcək nələr edə bilərsiniz

• Uşağınıza tez-tez adı ilə səslənin.
• Onunla danışarkən mütləq üz üzə olun. Altını dəyişdirərkən, onu yedizdirərkən belə mütləq üzünə baxaraq danışın. Unutmayın ünsiyyət əvvəl bədən dili ilə başlar.
• Ona tez-tez mahnı oxuyun.
• Uşağın anlaması asan cümlələr istifadə edərək, yüksək tonda və aydın olan bir şəkildə danışmanız, romantik ifadələrə yer verməniz və eyni şeyi bir neçə dəfə təkrarlamanız işə yaraya bilər. Məsələn "Parka getməmiz səni xoşbəxt etdi, deyilmi?" ya da "Yıxılınca çox ağrıdı canın ." şəklində ifadələr onun irəlidə onun duyğularını daha rahat ifadə etməsinə yaraya bilər.
• Onunla danışarkən şişirdilmiş mimikalar və böyük açılmış gözlər diqqətini sizə verməsinə köməkçi olar.
• Uşağınız bəzi sözləri səhv istifadə etdiyində onu düzəltmək yerinə eyni sözü doğru şəkildə tələffüz edərək onun sözün doğru şəklini öyrənməsini təmin edə bilərsiniz. Onların sözləri səhv istifadə etmələri son dərəcə təbiidir.
Uşağınıza mahnı oxuyaraq da danışmasının sürətlənməsinə köməkçi olabilirsiniz.• Cavabı "Bəli" ya da "Xeyr" olan suallar yerinə açıq olanları seçin.

Körpənizin danışmasını sürətləndirəcək nələr edə bilərsiniz

Uşağınızın "Nə" və "Niyə" ilə başlayan suallarını mütləq cavablandırın. Cavablarınız onun niyə səbəb-nəticə əlaqəsini anlamasına kömək edəcək. Əgər soruşduğu problemin cavabını bilmirsinizsə, bilmədiyinizi də açıqca söyləyə bilərsiniz.
• Gündəlik fəaliyyətlərinizdə (onu yedirdərkən, onunla oynayarkən, altını dəyişdirərkən vs.) onunla danışmağı davam etdirin.
• Davamlı təkrarlayaraq eyni səsi çıxaran oyuncaqlar körpənizin daha sürətli danışmasına qatqı təmin edəcək.
• Gündəlik proqramlarınızla əlaqədar onu məlumatlandırın. Məsələn, "Bu an evə gedirik.", "İndi nahar zamanıdır!" kimi.
• Əgər uşağınızın böyüyəndə sizinlə danışmasını istəyirsinizsə onunla indidən danışmalısınız. Ailə içi ünsiyyəti təmin etmək üçün tək qayda vardır: danışmaq...
 Hazırladı və Tərcümə etdi: N E L L İ
 
 


Şərhlər:
Baxılıb: 6107
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz