Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Anamin Laylasi
Anamin Laylasi
Göndərən: Soledad
Şərhlər:
Baxılıb: 4271
Səs ver:

Uşağın gələcəkdə nitqi onun doğulandan sonra hansı səs və söz mühütünə düşməsindən çox asılıdır. Məlumdur ki, 5 aylıq uşaq yaxınlarını nəyin ki, üzdən, həm də səsindən tanıyır. O ananın səsini eşidən kimi başını səs gələn tərəfə çevirir. Körpə həm də, səs intonasiyaların da yaxşı ayırır. Belə ki, həzin və nəvazişli səs eşitdikdə gülümsəyir, uşaqda “canlanma kompleksi” müşahidə olunur, amma kobud səsə üz-gözünü turşutmaq, ağlamaqla reaksiya verir. Erkən yaşdan başlayaraq uşağı səs və söz mühütü ilə əhatə etmək lazımdır. Bu zaman milli folklorumuzu, laylalarımızı, yanıltmacları, tapmacaları, saymaca və bayatıları unutmaq olmaz. Əsrlərin qaynağından süzülüb gələn bu milli töhfə sağlam gələcək nəsil yetişdirməyin ən asan yoludur. Sözlərdəki ahəngdarlıq, melodiya, axıcılıq uşağı tez sakitləşdirir. Uşaqla ana arasında emosional bağlılıq yaradır.
Uşağı yatızdıranda mütləq laylalardan və əzizləmələrdən istifadə edin.

Balama qurban inəklər,
Balam nə vaxt iməklər?
Balama qurban kəlçələr,
Bu balam nə vaxt əl çalar?
Balama qurban ilanlar,
Balam nə vaxt dil anlar?
Balama qurban sərçələr,
Balam nə vaxt dirçələr?
Anamin Laylasi

Saymacalar həm əqlin, həm də kiçik motorikanın inkişafı üçün çox faydalıdır;
Baş barmaq (baş barmaq göstərilir),
Başala barmaq (şəhadət barmaq göstərilir),
Uzun hacı (orta barmaq göstərilir),
Çöl turacı (adsız barmaq göstərilir),
Xırdaca bacı (çeçələ barmaq göstərilir),
Bu vurdu (baş barmaq göstərilir),
Bu tutdu (şəhadət barmaq göstərilir),
Bu bişirdi (orta barmaq göstərilir),
Bu yedi (adsız barmaq göstərilir),
Vay buna çatmadı (çeçələ barmaq göstərilir).

Əkil- Bəkil quş idi,
Divara qonmuş idi,
Getdim onu tutmağa, o məni tutmuş idi.
Meydana salmış idi.
Meydanın ağacları,
Bar gətirib ucları.
Çəpər çəkdim yol açdım,
Qızılgülə dolaşdım,
Bir dəstə gül dərməmiş,
Nənəsi gəldi, mən qaçdım.

Bir, iki, bizimki,
Üç, dörd qapını ört,
Beş altı, daşaltı,
Yeddi, səkkiz, Firəngiz,
Doqquz, on, qırmızı don.
Anamin Laylasi

Hər dəfə əl və üzünü yumaqda şıltaqlıq edən uşaqlar bu saymaca vasitəsi ilə asanlıqla su ilə dostlaşırlar:
Ay gümüş su, gümüş su,
Gəl Surayın üzünü yu,
Yanaqları allansın,
Dodaqları ballansın,
Dişləri parıldasın.

Saçalrı daraya zaman
Uzan görüm, uzan görüm
Ay saçlarım səni hörüm.
əzizləməsindən istifadə edin.
Uşaqlar tez böyüyürlər. Artıq balaca ilk addımlarını atır, yıxılır, durur, qaçmağa çalışır. Bu zaman onun üçün astaca təkrar edin; l
Nihat qaç, qaç, qaç.
Pərdəni aç,aç, aç.

İynə- iynə ucu düymə,
Bal ballıca, ballı keçi,
Şam ağacı, şatır keçi,
Qoz ağacı qotur keçi,
Hoppan-hoppan, yarıl yırtıl,
Su iç, qurtul.

Məntiqin inkişafında, söz ehtiyyatının zənginləşdirilməsində yanıltmacların və tapmacaların rolu əvəzsizdir.
Keçilər köçürdülər,
küçədən keçirdilər.
Küçük qaçdı küçəyə.
Keçilərin kiçiyi
Keçi dedi küçüyə.
Hamı güldü küçüyə.

Qırmızı, qıpqırmızı, al qırmızı, turp qırmızı.

Ağacdələn ağacı dəldi,ağacı dəlib dincəldi.

Cüt-cüt düymə, üç cüt düymə, tək cüt düymə.
Kiçik bir məqaləyə zəngin folklorumuzu yerləşdirmək çox çətindir. Bunun üçün cox cildli kitablar lazımdır. Bu məqalə vasitəsi ilə mən yalnız ən vacib anları gənc valideynlərin yadına salmaq istədim. Böyük ailələrin birgə yaşadığı mühütdə bu nümünələr şifahi şəkildə gənc valideynlərə ötürülür. Belə bir atalar sözü var; “Nə əkərsən onu da biçərsən”. Ona görə də uşağını normal səs və söz mühütü ilə əhatə edən valideynlərin uşaqları gələcəkdə gözəl nitqə, zəngin söz ehtiyyatına, mahir natiqlik qabiliyyətinə malik olurlar. Beləliklə, hörmətli valideynlər uşaqlarınızı bu zəngin mühütdən məhrum etməyin.



Şərhlər:
Baxılıb: 4271
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz