Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşağı nə vaxt sünnət etdirmək lazımdır?
Uşağı nə vaxt sünnət etdirmək lazımdır?
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 8462
Səs ver:

 

 

Uşağı bir çox xəstəliklərdən qoruyan sünnətin doğru zamanda və savadlı həkimlər tərəfindən edilməsi vacibdir.  Sünnətin ya ilk 20 gündə (2 yaş əvvəli) ya da 7 yaşından sonra edilməsi məsləhət görülür. Uşağın 2-6 ya da 4-5 yaş arası sünnət edilməsi bəzi psixoloji problemlərə səbəb ola bilər.

 

Minilliklərdir edilir:

Dünyada bu gün müzakirəsiz ən çox edilən cərrahi əməliyyat olan sünnətin tarixi e.ə. 2000-ci illərə qədər uzanır. Tarix boyunca Misirlilərin, Yəhudilərin və Babillilərin sünnətli olduqları görülmüşdür. Köhnə Misir piramidalarında tapılan bəzi mumiyaların sünnətli olduqları da aşkarlanmışdır.

Yalnız  dini əsaslı deyil:

Sünnət (circumcision) təməldən dini bir tətbiq olaraq bilinsə də mövzunun sağlamlıqla da yaxın əlaqəsi var. Hətta bu səbəblə bir çox adam, dini inanclarında sünnətin yeri olmamasına baxmayaraq uşaqlarını sünnət etdirirlər.

Qərb cəmiyyəti də kəşf etdi:

Sünnət bu gün, həm dini inanc həm də artıq qərb ölkələrində də olduğu kimi tibbi vacibliyinə  görə də edilməkdədir. Hal-hazırda bütün dünyada ən çox edilən cərrahi əməliyyatdır və dünyadakı kişilərin təxminən 20 faizi sünnətlidir. Cəmiyyətimizdə isə bu nisbət yüzdə 100-dür.

 

Tibbə görə: 

 

Bu qədər məşhur bir dini inancın altında sağlam bir məqsədin olmasının lazım olduğunu düşünən insanlar, son əsrin başından etibarən etnik səbəbləri bir tərəfə buraxaraq, müxtəlif sağlamlıq problemlərinin həllində də sünnətin yeri ola biləcəyi düşüncəsilə çox sayda araşdırma və nəşr ediblər. Keçmiş illərdə çox sayda xəstəliyin (sonsuzluq, epilepsiya, astma, enüresis, HERNE, alkoqolizm, həddindən artıq mastürbasyon kimi) sünnətlə sağaldıla biləcəyi fikri  irəli sürülmüşdür.

Sünnətin  faydaları: 

Sünnət dəri iltihabı xəstəlikləri, sünnət dərisi darlığına və parafimozisə (penis başının sünnə dərisi ilə boğulması) sünnətdən sonra rast gəlinməz. Sünnət dərisi altında sidik toplanması və nəticədə iltihaba çevrilib böyrəklərə zərər verməsi vəziyyəti də sünnədən sonra rast gəlinməyən haldır. Sünnətsiz olanlarda penis xərçəngi yarana bilər, sünnətdən sonra  isə bu kimi hallara da rast gəlinmir. Sünnətsiz kişilərin yoldaşlarında rəhm ağızı xərçənginə daha çox rast gəlinir. Sünnətsiz kişilərdə cinsi yolla keçən xəstəliklərə daha sıx rast gəlinir.

Sünnət  ya iki yaşından əvvəl, ya da  7 yaşından sonra etdirin:

 

2-6 yaş arası, xüsusilə də 4-5 yaş arası uşağın psixososial inkişaf dövrələridir. Bu yaşlarda uşaqda pipişini itirmə qorxusu vardır, anaya də bağlılıq son dərəcə qüvvətlidir. Bu yaşda edilən sünnət, psixoloji olaraq mənfi təsirlərə səbəb ola bilər. Bu səbəblə uşaqların bu yaşlarda sünnət edilməmələri təklif edilməkdədir. Çünki bu yaşlarda sünnət olunan uşaqlar, sosioloji baxımdan tədbirlərdən ayrı qaldığı üçün, sonrakı yaşlarda özlərinə qarşı güvənsizlik hiss edə bilərlər. 7 yaşından sonra bu psikoz-sosial dövr durğunlaşar və bu hal yetkinlik çağına qədər davam edər. Bu yaşlarda edilən sünnət, uşağın psikoz-sosial baxımdan inkişafını təmin edəcək. Cəmiyyətin bir üzvü olduğunu fərq edəcək, niyə sünnət olduğunu anlayacaq. Bu səbəblərlə sünnətin ya ilk 20 gündə (2 yaş əvvəli) və ya 7 yaşından sonra edilməsi ən uyğunudur.

 

  Yenidoğan sünnətinin faydaları: Klassik fikir isə sünnətin erkən yaşlarda edilməsidir. Yəhudilər sünnəti, kişi uşağın doğumundan etibarən 20 gün içərisində dini mərasimlə edirlər. Sünnənin 20 gün ərzində edilməsinin faydaları bunlardır: Pipidə damarlanma çox olmadığı üçün sünnət əsnasında qanama çox olmaz.Uşaqlarda yara sağalması tez olduğu üçün sünnət yarası tez sağalar. Yeni doğan körpədə şəxsiyyət inkişaf etmədiyi üçün sünnət sonrası psixoloji mənfi təsirin də qarşısı alınmış olar.

Redaktə etdi: PURE LOVE

 



Şərhlər:
Baxılıb: 8462
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz