Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Analarımıza körpələrini anlamaqda köməkçi olan sorğu
Analarımıza körpələrini anlamaqda köməkçi olan sorğu
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 2884
Səs ver:

 

 

Analarımıza körpələrini anlamaqda köməkçi olan sorğu


Analar, körpələri doğulduğunda nə qədər kitab oxuyurlar oxusunlar, hətta anaları, qayınanaları, rəfiqə və bacılarından körpəyə qulluq mövzusunda dəstək alsalar belə, körpələrini böyüdərkən 10-larla sualla qarşılaşırlar. Bu sualların cavabsız qalması narahatlıq yaradır. 

 

Anaların körpəyə qulluğunda artıq mifə dönmüş məlumatlar haqda gerçəkləri bir mini-kitabça şəklində burada topladıq.

1. Əmizdirən ana üşüdükdə öz qarnı ağrıyar, körpəyə bir şey olmaz! 

Ana üşüdükdə ən çox öz qarını ağrıyar, çünki soyuqda bağırsaq spazmları və hərəkətləri sürətlənir, bu da qarın ağrısı olaraq hiss edilir. Ancaq bu fiziki vəziyyətin süd yolu ilə körpəyə keçməsi narahatçılıq üçün mövzu ola bilməz. 

2. Ana Qazlı İçki içərsə körpədə qaz olmaz 

Qazlı içkilər, tərkibində  sıxışdırılmış karbondioksid olan mayelərdir. Bunlar içildiyində ortaya çıxan sərbəst karbondioksid mədədə qaz baloncuqları şəklində qabarıqlığa gətirib çıxarır. Ancaq bu qaz baloncuqlarının süd yolu ilə körpəyə keçməsi fiziki olaraq qeyri-mümkündür. Eyni şəkildə qazlı qidaları yediyində ananın bağırsaqlarında olan bakteriyalar, bu qidaları (güclü probiotik və prebiotik tərkibli qidalar) fermentləşdirmə zamanı ortaya çıxan qazlar anada qaz olaraq hiss edilə bilər. Ancaq bu qaz baloncuqlarının da süd yolu ilə fiziki olaraq körpəyə keçməsi haqda söhbət ola bilməz. Ananın yediyi yeməklərin içində olan bəzi allergik protein və kimyəvi maddələrin süd yolu ilə körpəyə keçib, körpədə allergik reaksiya və qarın ağrısı meydana gətirmə potensialı daha çoxdur. Amma bu yalnız həssas körpələrdə və nadir olaraq meydana gələr. 

3. Körpənin nəcisi yaşıl rəngdədirsə onu araşdırmaq lazımdır 

Körpənin nəcisinin yaşıl rəngdə olmasının bir çox səbəbləri ola bilər. Ən əsas səbəb bağırsaq keçilməsinin sürətlənməsidir. Bağırsaq hərəkətini artıran hər cür fiziki və kimyəvi faktor körpənin nəcisinin yaşıl olmasına səbəb ola bilər. Bu, xüsusilə də nəzərə çarpmayan bir səbəbdən də baş verir. 

4. Ana stress keçirdiyində südü azalır

Ənənəyə əsaslanaraq, saysız qida, içki və bitki çayları süd ifrazını artıranlar kimi təyin olunmuşdur. Ancaq elmi olaraq sübut edilmiş və hər anaya eyni təsir göstərən xüsusi bir qida və ya içki, çox təəssüf ki, tapılmamışdır. Ana südünə təsir edən əsas faktorlar ananın struktur və genetik xüsusiyyətləri, əmizdirməyə mənəvi motivasiya, arzu və inancı, normal doğuş,  qısa müddətdə körpəni əmizdirməyə alışdırması, anada ağrı, sancı, yorğunluq və stressin olmaması, doğru texnika ilə və tez-tez körpəsini əmizdirməsi, bol maye içməsi  və balanslı qidalanmasıdır. 

5.  Dırnaqlarını kəsmək üçün uşağın “qırxı”nın  çıxmasını gözləməyin 

Körpənin dırnaqları, dırnaq yatağını keçdiyi vaxt kəsilməlidir, bunun üçün qırxını gözləməyə ehtiyac yoxdur. Bəzən körpə doğulduğunda dırnaqları kəsilə biləcək qədər uzun ola bilər. 

6. Boğanaq havada hıçqırıq başlayır 

Körpənin hıçqırmasının əsas səbəbi mədəyə düşən havanın diafraqmı tərpədməsidir. Sıxışmış bu hava kütləsi gəyirilib çıxana qədər hıçqırıq davam edər. 

7. Göz  yaşarması göz pərdəsinin qıcıqlanması  deməkdir 

Körpənin göz yaşarması əksəriyyətlə mikrobik, allergik və ya fiziki bir faktorun göz pərdəsini qıcıqlandırması kimi ortaya çıxar. Bəzən də göz yaşı kanallarının doğuşdan sonra bağlı olmasından göz yaşının buruna axmasında çətinlik çəkməsi göz yaşarmasına səbəb ola bilər. 

8. Ağlayan körpəni tez-tez qucaqlayın 

Yeni doğulan körpənin dünyada yapayalnız, müdafiəsiz və çarəsiz olaraq, özünü əminlikdə və hüzur içində hiss edəcəyi tək mühit olan ana qucağından ərköyünləşəcəyi səbəbi ilə məhrum qalması necə də ağrılıdı! Körpələrinizi hər ağladıqlarında qucaqlayın. 

9. Yeyən kimi kaka etməsindən qorxmayın 

Bütün canlılarda  olan refleksin yeni doğunlan cağadakı növü gastrokolik refleks - mədəyə bir qidanın düşməsində eyni zamanda qalın bağırsaqlar da hərəkətə keçərək bağırsaq içində olan nəcisin çölə atılması hadisəsidir. Son dərəcə sağlam və funksional bir müddətdir; qətiliklə həzm, ya da əmilmə pozğunuğunun işarəsi deyil. 

 

10. Şirin suya öyrəşincə döşü rədd edir 

 

Yeni doğulan körpənin süd ilə qidalanmasının çox böyük bir rolu olması qətidir. Ana südü qeyri-kafi olan körpələrdə sarılıq daha tez başlayır və daha uzun sürür. Suni qidalanma çağında əvvəlki illərdən qalma vərdiş olaraq, ac qalan körpənin heç olmasa şirin su ilə bəslənməsi qulağa məntiqli gələ bilər, ancaq indiki zamanda ana südünə yaxın suni qidalar olduğu üçün  şirin su ilə körpənin bəslənməsi gərəksiz, hətta zərərli bir davranış ola bilər. Çünki şirin suyun dadına alışan körpə ana döşünü  rədd edə bilər. 

11.  Körpənın ilk 3 ayında  yalançı məmə verməyin 

Ana-ataların ən böyük istəyi körpələrinin əmziyə alışdıraraq körpələrinin ağlama krizislərindən xilas olmasıdır. Həqiqətən də körpənin əmzik ilə sakitləşdirilməsi qısa müddət də olsa ailəyə nəfəs alma fürsəti verir. Ancaq körpənin əmziyi tutmaq üçün etdiyi dil, damaq, dodaq hərəkətləri ana döşünü əmərkən etdiyindən çox fərqlidir. Bu səbəblə ilk günlərdə körpələr əmziyi tutmaqda çox nailiyyətlər əldə edə bilməzlər. Ancaq bir dəfə bunu bacardıqlarında bu səfər də ana döşünü qavramaqda çətinlik çəkərlər. Bu isə ana döşünü istəməməsinə və əmziyə öyrəşməyə  keçid ola bilər. Bu səbəblə mümkünsə körpələrə ilk 3 ayında əmzik verilməməlidir. 

12. Körpə anasının döşünü tapanda rahatlayar 

Körpələri həyata bağlayan, güclü axtarma refleksləridir. Bu refleks sayəsində körpə ana döşünü axtarar, tapan kimi də əmər. Beləcə həm qarını doyar, həm də özünü müdafiədə hiss edər. Çünki hələ görmə qabiliyyəti tam inkişaf etməmiş körpənin ətrafında baş verənləri qavrama bacarığı məhduddur. Tək bildiyi isti ana qucağı və ana döşüdür. Ona qovuşanda körpə doğru yerdə olduğunu hiss edər, rahatlayar. Bu səbəbdən qarını tox belə olsa yeni doğulan körpə, davamlı doğru yeri tapana qədər axtarış vəziyyətində olur. 

13. Körpənin tez-tez asqırması refleksdir 

Yeni doğulan körpələr ümumiyyətlə doğum zamanı burunlarında olan ifrazata görə tez-tez asqırırlar. Bu tamamilə reflekslə bağlıdır, soyuqdəymə  ilə əlaqədar deyil. 

14. Körpənin döşündə süd toplansa keçməsini gözləyin 

Anadan keçən hormonların təsiri ilə  yeni doğulan körpənin döşlərində bəzən süd toplana bilər, buna ən yaxşısı heç əl vurmayın. Bu, bir neçə həftə ərzində özbaşına keçəcək. Masaj, döşdə infeksiya və abses əmələ gətirə bilər, bunu qəti  etməyin!

15. Göbəyində yırtıq (qrija) varsa öz-özünə keçəcək 

Göbək yırtıqları, qoz  böyüklüyündə olsa belə  ümumiyyətlə öz-özünə  keçir. Üzərinə bağlanacaq cisimlərin bu prosesə müsbət ya da mənfi təsiri olmur. 

16. Göbəyi düşsün deyə tozdan  istifadə etməyin 

Göbək tozu əvvəlki illərdə istifadə edilən bir neçə çeşiddə antibiotik olaraq bugünki günümüzdə istifadə olunmur. Göbəyin düşməsi üçün ən yaxşı vasitə 70%-lik spirtli məhlullardır. 

17. Gözündəki sızaqlara ana südü damlatmayın 

Bəli, ana südü tərkibindəki antimikrobial maddələr səthi göz infeksiyalarında işə yaraya bilər. Ancaq ən doğrusu həkimin görüb qərar verməsidir. 

18. Bitki mənşəli  çayları “qazı” azaltmır 

Bu tərzdə bitki çaylarının bir faydasının olmadığı sübut edilib. Bu içkilərin əsas zərəri onların tərkibində şəkər olduğu üçün körpənin ana südündən soyumasıdır. Bundan başqa, bitki mənşəli  olsalar da hər körpədə nə cür əks-təsir göstərəcəyini əvvəlcədən təyin etmək çətindir. 

19. Körpəni hər gün çimizdirmək böyüməsini asanlaşdırır 

Bəzi körpələr çimdikdən  sonra çox rahat olur  və gözəl yatırlar. Böyümə hormonu yuxuda əmələ gəldiyindən  bu yolla körpənizin böyüməsinə köməkçi olacaqsınız. 

Redaktə etdi: PURE LOVE

 



Şərhlər:
Baxılıb: 2884
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz