Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqların cinsi inkişafı
Uşaqların cinsi inkişafı
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2830
Səs ver:

Uşaqlarının cinsi inkişafının nə dərəcədə normal getdiyini bilmək üçün valideynlər cinsi yetkinliyin bu və ya digər mərhələsinin başlanma dövrlərinə bələd olmalıdırlar.

Əgər uşağınızda ikincili cinsi əlamətlərin aşağıda göstərilən vaxtlardan 2 il qabaq və ya gec baş verdiyini aşkar etmiş olsanız, mütləq həkimə müraciət etmək lazımdır.

Uşaqların cinsi inkişafındakı normadan kənar olan halları iki qrupa ayırmaq olar:

- cinsi inkişafdan geri qalma,

- cinsi inkişafın vaxtından qabaq başlaması.

Əksər hallarda cinsi inkişafın gecikməsinin irsi-ailəvi formasına rast gəlinir. Bu zaman 15-16 yaşına çatmış uşağın xarici cinsiyyət üzvləri onun real yaş dövrünə uyğun gəlmir, ikincili cinsi əlamətlər isə ya zəif olur və ya heç olmur. Yalnız 15-16 yaşından sonra onlarda xarici cinsiyyət üzvləri normaya qədər inkişaf edir və eyni zamanda ikincili cinsi əlamətlər də formalaşır. Lakin ailənizin bir neçə nəslində uşaqların belə inkişaf etməsi faktına əmin olsanız da, uşağı yenə də endokrinoloqa göstərmək lazımdır.

Uşağın cinsi inkişafdan geri qalması cinsi xromosomların anadangəlmə dəyişikliyi (“artıq” və ya “çatışmayan” cinsi xromosomlar), endokrin xəstəlikləri, cinsi inkişafı gecikdirə bilən hər hansı bir digər ağır xəstəlik (məsələn, baş beyin şişləri) və s. səbəblər nəticəsində baş verə bilər. Bundan başqa, keçirilən ümumi xəstəliklər, natamam qidalanma, zəruri fiziki hərəkətliliyin olmaması, vitamin çatışmazlıqları, qulaq-burun-boğaz xəstəlikləri, məktəbdə, ailədə uşağın keçirdiyi daimi streslər və s. səbəblər də uşağın cinsi inkişafını ləngidə bilər.

Cinsi inkişafın ləngimiş olduğu hər bir halda, uşaq dərindən müayinə edilməli və bu ləngimənin səbəbi (və ya səbəbləri) müəyyən edilməlidir. Qeyd etmək lazımdır ki, müasir təbabət hal-hazırda cinsi inkişafın ləngiməsinin müalicəsi üçün bir sıra effektiv vasitələrə malikdir. Bu halda, valideynlər tərəfindən uşaqda cinsi inkişafın ləngiməsinin ilkin əlamətləri aşkar edilən kimi, mümkün qədər tez bir zamanda onu həkimə göstərmək çox vacib hesab edilir.

Əgər qızlarda 8 yaşa qədər, oğlanlarda isə 9 yaşa qədər olan dövrdə daha böyük yaşlara uyğun cinsi inkişaf əlamətləri nəzərə çarparsa (oğlanlarda cinsiyyət üzvünün böyüməsi və qasıq nahiyəsində tüklərinin əmələ gəlməsi, qızlarda isə süd vəzilərinin böyüməsi, qasıq nahiyəsinin erkən tüklənməsi), bu halda vaxtından qabaq baş verən cinsi inkişaf barədə düşünmək olar.

Erkən cinsi inkişafın səbəbi irsi xüsusiyyətlər ola bilər. Təkrar edirik ki, ailənizə xas olan bu irsi xüsusiyyət barədə məlumatınız olsa da, uşağı həkimə göstərməyiniz vacib hesab edilir. Uşaqlarda erkən cinsi inkişafın digər səbəbləri - müxtəlif travmalar, infeksiyalar, qızlarda yumurtalıqların, oğlanlarda isə xayaların şiş xəstəlikləri, mərkəzi sinir sisteminin cinsi inkişafı tənzimləyən hormonlar ifraz edən hissələrinin şişləri və s. də ola bilər.

Uşağınızın sağlam və normal inkişaf etməsi üçün onu diqqətlə müayinə etmək və tələb olunan hallarda isə həkim-endokrinoloq tərəfindən düzgün müalicə etmək lazımdır. Müasir dövrdə belə patologiyaların müalicəsi sayəsində uşaqların normal inkişafını təmin etmək mümkün olur.

Oğlanların cinsi inkişafı

Oğlanlarda aktiv cinşi inkişaf dövrü, adətən, qızlardan 2 il gec olmaqla başlayır. Bu dövr 12-13 yaşlarından başlanır və yalnız 22-25 yaşlarında (boyatma prosesinin qurtarması ilə birlikdə) bitir. Cinsi yetkinlik dövrü başlayan zaman qanda testosteronun (kişi cinsi hormonu) səviyyəsinin kəskin şəkildə artması və ikincili cinsi əlamətlərin formalaşması baş verir: xayalıqda dərialtı piy qatının itməsi, üzərində piqmentasiya və qırışların əmələ gəlməsi, xayaların və cinsiyyət üzvünün böyüməsi, qasıq, qoltuq altının və üz nahiyəsinin tüklənməsi, qırtlağın böyüməsi və səsin dəyişməsi, spermatogenez (spermanın ifraz edilməsi) prosesinin formalaşması.

1-2 il ərzində bəzi oğlanlarda süd vəzilərinin bir qədər böyüməsi də (ginekomastiya) nəzərə çarpa bilər. Bu hal daha sonra öz-özünə keçib-gedir. 15-16 yaşlarında oğlanlarda bir çox hallarda intim yuxugörmələrlə müşayiət olunan, pollyusiyalar (gecə vaxtları qeyri-iradi sperma ifrazı) baş verir. Oğlan uşaqlarında reproduktiv fəaliyyət 16-17 yaşlarında tam olaraq formalaşır.

Oğlanlarda ikincili cinsi əlamətlərin inkişaf mərhələləri:

11-12 yaş

• səs tembrinin dəyişilməsi ola bilər

• qasıq nahiyəsində tək-tük tüklərin əmələ gəlməsi

12-14 yaş

• səs tembrinin dəyişilməsi davam edir

• qasığın tüklənməsi artır

• qoltuqaltı nahiyənin tüklənməsi başlayır

• qalxanabənzər qığırdağın qabarması başlanır

• üst dodağın üstündə yumşaq tük örtüyü əmələ gəlir

14-15 yaş

• səsin kişi tembri

• qasıqda və qoltuqaltı nahiyələrdə sıx tüklər

• üzün tüklənməsi güclənir

• xirtdək formalaşır

17 yaş

• spontan toxum ifrazı - pollyusiyalar baş verir (daha tez-tez yuxuda)

• yuxarıda qeyd olunanlar + qasıq və qoltuqaltında qalın və qıvrılmış tüklər.

Qızların cinsi inkişafı

Qızlarda cinsi inkişaf orta hesabla 8-10 yaşlarda başlayaraq 16-17 yaşlarında sona çatır. Cinsi yetkinlik dövründə bütün proseslər ciddi ardıcıllıqla inkişaf edir: 8-10 yaşlarında bud-sağrı nahiyəsi “yumrulaşır” və qadın bədən quruluşunu xatırladır; 10-12 yaşlarında qasıq nahiyəsində, 12 yaşından isə qoltuq altında tüklər əmələ gəlir. 12 yaşında bədən ölçülərinin kəskin dərəcədə artması müşahidə olunur. Sonda isə qızın cinsi inkişafının ən başlıca nəzərə çarpan hadisəsi olan – aybaşı (menstruasiya) başlanır. Əksər qızlarda aybaşının başlanması 13 yaşında baş verir.

Qızlarda ikincili cinsi əlamətlərin inkişaf mərhələləri:

8-10 yaş

• süd vəziləri döş qəfəsi üzərində hələ ki, özünü büruzə vermir və ya giləətrafı dairə süd vəzi

giləsi ilə birlikdə bir qədər qabarmış olur;

10-12 yaş

• süd vəziləri döş qəfəsi səthində bir qədər, bəzən də nəzərə çarpan dərəcədə

önə qabararaq gilələrlə birlikdə konus şəkli alır,

• qasıqda tək-tük qasıq tükləri nəzərə çarpır,

• qoltuqaltı nahiyələrdə tük yoxdur;

12-13 yaş

• süd vəziləri yumru forma alır, gilələr giləətrafı dairədən önə qabarır,

• qasıq nahiyəsinin tüklənməsi davam edir,

• qoltuqaltı nahiyələrdə tüklənmə əmələ gəlir,

• ilk aybaşıların başlanması ehtimalı olur;

13-15 yaş

• süd vəziləri qadınlara xas forma alır,

• bütün qasıq üçbucağı tüklənir,

• qoltuqaltı nahiyələrdə tüklənmə güclənir - bu nahiyədə tüklər uzanır və qıvrılır,

• aybaşı mütəmadi xarakter alır.

 

 

Redakte etdi: PRETTY GİRL



Şərhlər:
Baxılıb: 2830
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz