Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqlarda virus hepatitləri
Uşaqlarda virus hepatitləri
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 2191
Səs ver:

 

 

Virus hepatitləri – qaraciyəri zədələyən viruslu infeksion xəstəlikləridir. Virus hepatitləri 2 qrupa bölünür:

 

- yoluxma ağız boşlugu vasitəsilə baş verir (A və E virusu);

- yoluxma qan və cinsi təmas vasitəsilə baş verir (B, C, D).

Adətən uşaqlar hepatit A virusuna yoluxurlar. A hepatiti virusu illərlə suda, torpaqda, nəciz kütlələrində yaşaya bilir. Virus xəstə insandan qida, su, oyuncaqlar, qab-qacaq vasitəsilə keçir. A hepatitinə yoluxma ehtimalı yüksəkdir. Bu virusdan uşaqlar tələf olmur.

Xəstəlik  hepatitləri hərarətin 38-390C-yə qalxması, halsızlıq, süstlük, ürəkbulanma, qusma, iştahanın azalması ilə başlayır. Əksər hallarda uşaqlar qarın ağrısından şıkayət edirlər. Hərarət 1-3 gün ərzində davam edir. Sonra qaraciyər və dalaq böyüyür, qaraciyər ağrılı olur. Sidiyin rəngi sarı köpüklü tünd çaya bənzəyir, nəcis isə əksinə olaraq ağarır. 10-12 gündən sonra sarılıq əmələ gəlir. İlk gündən sarılıq gözlərin skleralarında, dilaltı nahiyədə, başın tüklü hissəsində, sonra isə bütün bədəndə nəzərə çarpır. Uşağı mütləq təbii günəş işığında müayinə etmək lazımdır.

A hepatiti ilə yoluxmuş uşaqları xəstəxanada müalicə edirlər. Sarılıq dövründə yataq rejimi və pəhrizə riayət etmək lazımdır. Uşağa bu zaman şirin meyvələr, qarpız, şirələr, kisellər, şirin çay verilməsinə icazə verilir. Həkim tərəfindən xəstələrə xeyli miqdarda 5%-li qlükoza və ya fruktozadan ibarət içmə məhlulu təyin edilir, rasionda ət, balıq, yağlara məhdudiyyət qoyulur, yemiş və sitrus meyvələri isə qadağan edilir.

A hepatitlərinin əsas müalicə prinsipi düzgün qida rejimi və pəhrizdir. Əksər hallarda müalicə dövründə heç bir əlavə dərman preparatlarının qəbulu tələb olunmur və uşaq kifayət qədər tez sağalır.

Hal-hazırda hepatit A xəstəliyinə görə də xüsusi peyvənd işlənib hazırlanmışdır. Bu peyvənd bütün uşaqlara edilməli olan icbari peyvəndlər siyahısına hələ ki, daxil edilməmişdir. Ancaq tələbat hiss etdiyiniz halda, özəl klinikalarda uşağınıza bu peyvəndi də etdirə bilərsiniz.

E hepatit virusu da çox yayılmışdır. Uşaqlara nisbətən bu virusa böyüklər daha çöx tutulur.

Qanla yoluxan hepatitlər çox təhlükəlidir və hətta ölümlə də nəticələnə bilərlər. A və E hepatitlərindən fərqli olaraq, B və C hepatitləri tədricən başlayır. Bu zaman xəstənin hərarəti də normal olaraq qala bilər. Halsızlıq əmələ gəlir, bir qədər böyük yaşlı uşaqlar sağ qabırğaaltı nahiyədə ağrı və ağırlıq hissindən şikayət edirlər. Sonra sarılıq meydana çıxır, qaraciyər və dalaq böyüyür.

Hepatit C zamanı simptomlar əksər hallarda çox zəif nəzərə çarpır. Bu səbəbdən də onun diaqnozu həddən artıq gec qoyulur. Belə gedişatına görə (xəstəni sakitcə və simptomsuz zədələyir) bu hepatiti “zərif qatil” də adlandırırlar. Hepatit C virusu çox davamlıdır. Bu virus əksər hallarda xroniki hepatitə, qaraciyərin sirrozu və xərçənginə səbəb olur.

A və E hepatitlərindən fərqli olaraq, B və C hepatitləri mürəkkəb və uzunmüddətli müalicə tələb edir. Hepatit B virusu təkcə qaraciyəri deyil, insanın immun sistemini də zədələyir. Bu virus xarici mühit təsirinə çox davamlıdır. Hətta spirt və efirlə dezinfeksiyadan sonra da o bir neçə saat ərzində öz aktivliyini saxlayır.

Hepatit D-yə yalnız hepatit B ilə xəstələnmiş insan tutula bilər. Orqanizmdə eyni zamanda iki – B və D virusunun olması çox ağır fəsadlara, hətta ölümə də gətirib çıxara bilər.

Uşaqlar B, C və D hepatitlərinə qan və ya qan əvəzediciləri köçürülən zaman, onlara tibbi xidmət göstərilərkən yaxşı dezinfeksiya olunmamış tibbi alətlərdən istifadə olunması yolu ilə yoluxa bilərlər.

Məişətdə bu viruslara yoluxma xəstə insana məxsus qayçı, diş fırçası, dəsmallar və s. əşyaların üzərində xəstənin cüzi də olsa qanı və ya hər hansı ifrazatı (sperma, sidik, tüpürcək, vaginal ifrazat) qalmış olduğu hallarda baş verə bilər.

Uşaqların icbari peyvənd siyahısına daxil olan hepatit B peyvəndi bu qorxunc xəstəliyin ən gözəl profilaktikasıdır.

Bundan başqa, xəstəxanaya düşmüş uşağa hər hansı bir səbəb üzündən əməliyyat, qan köçürülməsi və s. tələb edilərsə, valideynlər çox diqqətli olmalıdırlar. Qanın sterilliyi haqda təsdiqləyici sənəd tələb edin, bir neçə dəfə istifadə edilə bilən tibbi alətlərin sterilizə olunması və saxlanması qaydalarına əməl edilməsinə kifayət qədər fikir verin.

Uşağa stomatoloji yardım lazım gələrsə, etibarlı, özünü dogrultmuş, tibbi alətlərin sterilizə olunması üçün bütün müasir texnologiyaya malik stomatoloji klinikalara müraciət edin. Özəl stomatoloji kabinetlərin xidmətlərindən istifadə etməməyə çalışın. Onlarda çətin ki, bahalı sterilizəedici cihazlar olsun. Uşaqlarınızın və özünüzün sağlamlığına qənaət etməyin!

Şəxsi gigiyenaya riayət etmək də çox vacibdir. İstənilən yaşda olan uşağın fərdi dəsmalı, hamam dəstləri (sabun, süngər və s. əşyaları) olmalıdır. Uşaqları ümumi vannada çimizdirməyin, onların ayrıca şəxsi vannaları olmalıdır. Paltaryuyan maşınla və ya əllə yuyulmasından asılı olmayaraq heç bir halda uşaqların alt və üst paltarlarını öz paltarlarınızla birgə yumayın.

 



Şərhlər:
Baxılıb: 2191
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz