Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqlara bu idman növü qadağandır
Uşaqlara bu idman növü qadağandır
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 4825
Səs ver:

Uşaqlar hansı yaşda hansı idmanı seçməlidir?

Uşaqlar öz yaşılarına uyğun idman növünü öyrənməlidir.
Ailələr 14 yaşından əvvəl qız ya da oğlanlarını ağır işlərə icazə verməməlidir. Əzələ qüvvətindəki ən böyük artım kişilərdə "6- 8 - 13 -14", qızlarda isə "4 və 9" yaşlarında daha sürətli inkişaf edir. Bu dövrlərdə  ağırlıq məşqləri edilməməlidir. Hansı yaşda idmana başlamğından asılı olmayaraq hər kəs mütləq sağlamlıq müayinəsindən keçməlidir. Bir travmatoloji və terapiya mütəxəssisi tərəfindən müayinə edilib, əzələ və skelet sisteminə uygun, idman növü seçilməlidir.  Əgər hansısa sağlamlıq problemi varsa, həkim tərəfindən müayinə olunub, özünə uyğun olan idman növünün seçilməsi çox əhəmiyyətlidir.
Uşaqlıq dövründəki idmanlar oyuna istiqamətli olmalıdır!
Hər yaş dövrünün idmanları arasında fiziki, ictimai, ruhi və inkişafa təsir edən qədər növü var. Uşaqlara ağır idmanlar qətiyyən etdirilməməlidir. Uşaqlar, inkişaf mərhələsində olduğu üçün ağırlıq məşqlərinə gücləri çatmaz. Çünki uşaqlıq dövründə sümüklər hələ inkişafda olur, ürək tutumu fərqlidir, karbonhidrat yetkinlərə görə daha azdır. Bunun üçün uşaqlar həddindən artıq enerji sərf edən idmanlardan uzaq dayanmalıdır. Ailələr uşaqlarını, seçdikləri və sağlamlıq vəziyyətlərinə uyğun olan idman növünə istiqamətləndirilməlidir. Bir fərd 4 yaşından etibarən idman etməyə başlaya bilər. Bu yaşlarda uşaqlar fərdi işlərdən çox qrup idmanlarına istiqamətləndirilə bilər.
"4-9" yaş arası uşaqlar təməl idmanlar deyilən üzmə, gimnastika, atletizm və sürüşmə idmanlarını edə bilərlər. Bunlar daha çox oyun xarakterli idmanlardır.
Uşaqlar "9-11" yaşlarına gəldiklərində isə voleybol, basketbol, futbol, tennis, alətli gimnastika kimi idman növünə istiqamətləndirilə bilər.
Uşaq professional idmançı olmağını hədəfləyibsə, əvvəlcə bu yolun çox çətin olduğunu qəbul etməlidir. Bu kimi gözləmələr yaxşı idarə olunduğu zaman uşaq rahatca istiqamətləndirilə bilər. Pis idarə olunarsa, idmandan soyumasına və uzaqlaşmasına səbəb ola bilər. Əgər məqsəd uşağın professional idmana istiqamətlənməsini təmin etmək deyilsə, hər yaşda istədiyi idmana başlaya bilər. Ancaq burada əhəmiyyətli olan ona uyğun bir proqram tərtib edilməsi və xüsusi məşqlərə erkən dövrdə deyil, irəliləyən dövrdə başlanmasıdır. Yaşını da mütləq göz önünə almaq lazımdır.
2-3 yaş: Qaçma, tutma və tullanma kimi təməl hərəkətləri edə bilərlər. Bu səbəbdən bunları ehtiva edən bağçada qaçma, getmə, rəqs etmə, suda oynama və təcrübəli müəllimlərdən gimnastika təhsili ala bilər.
4-6 yaş: Rəqs, üzmə, gimnastika, iplə atlama və üç təkərli velosipedə minmək kimi idmanlar ideal sayılır.
7-10 yaş: Gimnastika, üzmə, futbol, basketbol, voleybol, həndbol, velosiped, tennis və üzmə kimi idman növlərinə istiqamətləndirə bilərsiniz.
10 yaşdan sonra: Əvvəlki yaşlarda başladıqları idmanları daha mütəşəkkil formada davam edərkən, atletizmə və güləşə başlaya bilərlər. Bir neçə ildən sonra güc tələb edən boks, tekvando və karateyə keçə bilərlər.
Həvəskarın 14 yaşından əvvəl boks, halter, ağır atletika, güləş və karateyə başlaması düzgün deyil. Çünki sümük inkişafı hələ tamamlanmayıb və bədənə ağırlıq verən bu idmanlar bədən üçün zərərli ola bilər. Xüsusilə bu dövrdə adamın başlayacağı idmana, fiziki quruluşunun uyğun olub olmadığı çox əhəmiyyətlidir. Gənclik dövrü istiqamətli idmanlar üçün uyğundur. Ancaq seçilən idmana bağlı olaraq tək istiqamətli məşqlərin edilməsi doğru deyil. Bu vəziyyət, uşağın skelet sistemi üçün mənfi təsir yarada bilər. Çünki skelet sistemi çox həssasdır, böyümə halları, boy uzanma və inkişaf , yüklənmələrdən və zədələrdən mənfi təsirlənə bilər. Bunun üçün ailələr 14 yaşından əvvəl qız ya da oğlanlarını ağır işlərə icazə verməməlidirlər. Əzələ qüvvətindəki ən böyük artım; kişilərdə "6- 8 -13 -14", qızlarda isə "4 və 9" yaşlarında daha sürətli gedir. Bu dövrlərdə ağırlıq və qüvvət məşqləri qətiyyən edilməməlidir.
Parklardakı idman alətləri şikəst edə bilər
İdman imkanlarını artırmaq məqsədi ilə parklara qoyulan alətlər şüursuzca istifadə edənlər üçün təhlükəli ola bilər. Bunun üçün bu sahələrdəki alətlər haqqında məlumatlandırma məzmunlarının artırılması lazımdır.
İDMAN NÖVÜNƏ BAŞLAMA YAŞI
Atletizm - 10-12
Basketbol - 7-8
Boks - 13-14
Velosiped - 14-15
Eskrim - 7-8
Artistik Gimnastika - 5-6
Gimnastika (Qadın) - 6-7
Gimnastika (Kişi) - 6-7
Kürək - 12-14
Kano - 12-14
Buzda sürüşmək - 6-7
Futbol - 10-12
Üzmə - 3-7
Cüdo - 8-10

 

Redakte etdi: PRETTY GIRL



Şərhlər:
Baxılıb: 4825
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz