Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Körpə gece tez - tez oyanırsa nə etməli?
Körpə gece tez - tez oyanırsa nə etməli?
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 22355
Səs ver:

Körpə gece tez - tez oyanırsa nə etməli?

Körpənin gecələri çox çox oyanması fərqli səbəblərdən ola bilər. Körpə gecələri bəslənmək üçün oyanmanın xaricində mühit istiliyindən narahat olduğu üçün və ya gündüz çox yatmış olduğundan oyana bilər. Bəzən də oyanmanın səbəbi təyin oluna bilməz.

Gecə sıx oyanan körpəyə aşağıdakı yanaşma tərzi faydalı olacaq?

1. Körpənin gecə anaya yaxın hətta eyni otaqda yatması yaxşı olar. Bu özünü etibarda hiss etməsi baxımından əhəmiyyətlidir. Özünü etibarda hiss edən körpə daha yaxşı yatacaq.

2. Vərdiş etdiyi yorğana qucaqlayaraq yatırtma. Körpələr nizamdan xoşlanarlar.

3. Yatırdarkən oxşayaraq danışma

4. İşığı söndürmədən əvvəl körpənin yanında bir az qalıb layla söyləmək kimi üsullar körpənin yuxuya getməsini asanlaşdıra bilər və daha rahat yatmasına köməkçi ola bilər.

Gecə boyunca körpələr tez-tez gözlərini açarlar, əl və qollarını hərəkət etdirərlər. Ağlamırsa körpəyə yatarkən tez-tez toxunmaqdan qaçınılmalıdır. Körpənin gecə öz-özünə yatmasını öyrənməsi olduqca əhəmiyyətlidir. Onun üçün körpə oyansa dərhal müdaxilədə olmadan öz-özünə yatmasını gözləmək lazımdır.

Körpə narahatlanırsa və ağlayırsa bir müddət gözlənilməlidir. Bu müddət 15 dəq. keçməməlidir. Çünki bu vəziyyətdə körpədə bir güvən problemi meydana gələ bilər. 15 dəq. sonra körpənin yanına gedib, sakitləşdirilməli və təkrar tək buraxaraq yatmasını gözləməlidir.

Əgər körpə rahatlanmır və ağlamırsa bir problem yoxdur. Hər hansı bir müdaxilədə olmadan yatmasını təmin etmək lazımdır. Bu üsul körpənin öz-özünə yuxuya keçməsini öyrənməsinə də köməkçi olacaq.

Körpə gece tez - tez oyanırsa nə etməli?

Ayrıca rahatlansa və ağlasa belə yataqdan qalmadan körpəyə səslənmək və səsini eşitdirmək körpənin sakitləşməsinə köməkçi ola bilər. Körpə hər oyandığı zaman, hər narahatlandığı zaman və ağladığı zaman yanına getmək valideynlər üçün olduqca bezdirici ola bilər. Bundan ötəri körpənin öz-özünə yuxuya keçməyi öyrənməsi olduqca əhəmiyyətlidir.

Körpə gecələri gec saatda yatır və bunu bir saat önə almaq istəyirsinizsə, hər gecə 5 dəqiqə əvvəl yatırdaraq istənən zamana çata bilərsiniz.

Körpələrin gecə tez-tez oyanmalarını azaltmaq üçün onlarda sağlam bir yuxu nizamı inkişaf etdirmənin də əhəmiyyəti vardır.

Yaxşı sağlam bir yuxu nizamı meydana gətirmək üçün nə edilə bilər.

1. Körpənin yatma zamanlarını və əzizləmə zamanlarını yaxşı meydana gətirmək lazımdır. Bu körpənin nizamlı bir şəkildə yatmasına və gecə daha az oyanmasına köməkçi olar. Yuxusunu nizamsız alan körpələr gecə daha sıx oyana bilərlər.

2. Yuxu təkrarlamaları təyin etmək körpənin daha sağlam bir yuxu nizamı meydana gətirməsinə olduqca köməkçi olacaq.

3. Körpənin səhər müəyyən bir saatda oyanması mövzusunda bir vərdiş inkişaf etdirilməlidir.

4. Körpə öz-özünə yuxuya keçməsi mövzusunda cəsarətləndirilməli və alışdırılmalıdır. Bu gecə sıx oyanan körpələrin valideynlərini məşğul etmələrinin önünə keçə bilər. Beləliklə xüsusilə analar, körpələr hər oyandıqlarında müdaxilədə olmadan rahat bir yuxu yata bilərlər.

Tərcümə və Redaktə etdi: PURE LOVE



Şərhlər:
Baxılıb: 22355
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz