Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşağı qucağa alışdıraqmı
Uşağı qucağa alışdıraqmı
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2604
Səs ver:
Ailənin kiçik üzvü dünyaya gələr-gəlməz müxtəlif məsləhətlər obyektinə çevrilir. Bu məsləhətlərdən bəziləri qiymətli olduğu qədər digərləri də reallıqla heç bir əlaqəsi olmayan inaclardır.
Belə inanclardan biri də körpəni qucağa alışdırmaqla bağlıdır. Bəziləri hesab edirdilər ki, uşağı qucağa alışdırmaq lazım deyil , bu zaman körpə həmişə valideyinlərin qucağına can atacaq. Bu günsə problemə yanaşma təmami ilə dəyişib. Mütəxəssislər bu dövür ərzində körpəyə qarşı daha həssas olmağa və onu qucağa alışdırmaqdan qorxmamağa səsləyirlər. Əgər fikir vermisinizsə körpənizin altı quru, qarnı tox olduqda belə o ağlayır, onu qucağınıza götürməyinizi istəyir. Bu zaman körpə ana əllərinin nəvazişinə , ana sevgisinə can atır. Artıq məlum faktdır ki, ana qucağında körpə özünü daha müdafiə olunmuş hiss edir. O hətta ən adi şeylərdən belə zövq almağa başlayır, üzü gülür. Əksinə valideyüinlər uşağın göz yaşlarına məhəl qoymadıqda o küsür, yaşamaq eşqi sönür. Körpə sonrakı aylarda da özünə qapanmağa başlayır.
3-4 aylıq körpə artıq ətraf mühütə alışır.O, əhatə olunduğu əşyaları gözdən keçirtmək , onları tanımaq istəir.Artıq qarın ağrıları da göz yaşlarının səbəbi kimi çıxış etmir. Lakin körpə ananın qucağından düşmək istəmir. Alimlərin apardıqları tədqiqatlar nəticəsində bəlli olub ki,bu dövürdə uşaq valideyüinlərin qucağına başqa səbəbdən can atır. Sən demə 30-40 sm məsafədə o daha yaxşı görür. Ananın üzü və körpə arasındakı məsafədə də o qucaqda olarkən məhz bu qədər olur. İnsanın üzü körpə üçün maraq obyekti olduğundan o öz marağını beləcə ödəmiş olur. Ana qucağında uşaq ətrafda baş verənləri də yaxından izləyə bilir.
7-8 aylıq körpənin qucağa meyilli olması təmami ilə başqa maraq ifadə edir.Siz onu əzizlədikcə, göyə atıb tutduqca, onunla müxtəlif oyunlara qatıldıqca o özünü xoşbəxt hiss edir. Alimlərin tədqiqatları nəticəsində sübut olunub ki, qucaqda böyüyən uşaqlar gələcəkdə daha mehriban, ünsiyyətcil və münasibətlərə açıq olurlar. Əksinə valideüinləri sərt prinsiplərin daşıyıcısı olub, qucağa götürülməyənlərsə sərt, özünə qapalı, və özünə inamsız insanlar kimi böyüyürlər.Hətta ürəkdən istədikləri təqdirdə belə xasiyyətlərinin bu cəhətləri ilə mübarizə aparmaqda acizlik hiss edirlər. Bütün bunları nəzərə alaraq alimlər belə bir fikir söyləyirlər ki, qucaq dövrü körpədə bir sıra əsas keyfiyyətlərin formalaşdığı bir vaxtdır.
Lakin ana əvvəlcədən hansı münasibəti sərgiləyəcəyini özü üçün müəyyənləşdirməlidir. Körpə özünə münasibətdə sabitlik hissi yaşamalıdır. Necə deyərlər ananın özünə məxsus tərbiyyə dəsti –xətti olmalıdır. Belə olarsa körpəni tərbiyyə etmək də asandlaşar.Əgər siz həmişə körpə ağladığı zaman dərhal onu qucağınıza alacaqsınızsa bu vərdişinizi tərgitməyin. Eyni hal siz onu çarpayıda qoymağa qərarlı olduqda da təkrarlanmalıdır.
 
Redakte etdi: PRETTY GIRL


Şərhlər:
Baxılıb: 2604
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz