Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Körpəm niyə qusur?
Körpəm niyə qusur?
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 1765
Səs ver:

Bir körpə övladınız varsa, hər an pis bir sürprizlə qarşılaşa bilərsiniz. Məsələn yediklərini hər an çıxara bilər. Qusmanın hansı vəziyyətlərdə normal, hansında narahatlıqverici olduğunu bilmək lazımdır.

Qusmanın qarşısını almaq üçün  bəzi tədbirlər görə bilərsiniz. Bunun üçün edə biləcəkləriniz isə bunlardır:

 • Körpənizi yedirərkən, ya da yedirdikdən  sonra dərhal yatırtmayın, mümkün olduğu qədər dik oturdun.

 • Körpənizi həddən artıq çox yedirməyin.

 • Körpənizi yedirdikdən sonra atıb-tutmayın.

 • Körpəniz ağlayanda  onu yedirməyə çalışmayın. Bu daha çox hava udmasına səbəb olar.

 • Körpənizin qazını, yedirərkən, hətta bundan əvvəl də də çıxara bilərsiniz. Bunun üçün yeməkdən sonrasını gözləmənizə ehtiyac yoxdur.

Anaların ən sıx şahidi olduğu vəziyyətlərdən biri körpələrinin qusmasıdir.  Bu gözlənilməz vəziyyət, əsasən körpənin yedirilməsindən  sonra  olur. Körpələr, əmizdirildikdən, ya da körpə qidaları ilə yedirildikdən  sonra yediklərini çıxara bilər. Ana üçün çox da xoş olmayan bu vəziyyət, narahatlıq yarada bilər. "Körpələrdəki qusma, normaldırmı yoxsa bir narahatlığa işarədir?" Ana namizədi ilk dəfə bu duyğunu dadırsa və təcrübəsizdirsə bu mövzudakı narahatlığı daha çoxdur.

  Əslində hər körpədə görülən qusma, normal bir vəziyyətdir.. Bu mövzudakı araşdırmalara baxılsa, körpələrin 80/100 ilk üç ayda ən az bir dəfə qusur. Ancaq qusma, bəzi vəziyyətlərdə xəstəliklərin göstəricisi  olaraq qiymətləndirilə bilər. Bunu təyin edən faktorsa qusmanın şiddəti,  zamanı və miqdarıdır.

Normal qusma

  Bəzi körpələr az miqdarda qusarkən, bəzən də bir neçə dəfə ağız dolusu qusarlar. Bu qusmalar ümumiyyətlə ilk aylarda, körpə yedizdirildikdən  qısa bir müddət sonra baş verir. Çünki yeni doğulan uşaqlarda  qida borusuyla mədə arasında sfinkter (sıxılma, büzülmə) formalaşır və atıla bilməyən ifrazat bu yolla çıxa bilər. Daha böyük körpələrdə isə, yemləmə zamanı havayla qarışan süd ya da körpə qidası yemək borusundan yuxarı doğru çıxa bilər.

  Körpənizdə buna bənzər bir vəziyyətlə qarşılaşırsınızsa, yedirmə formanızı nəzərdən keçirmənizdə fayda var. Çünki səhv yedirmə forması, körpənizin qusmasına səbəb ola bilər. Məsələn körpənizi əmizdirərkən hava udması, həddindən artıq yavaş, ya da sürətli əmməsi, qazının çıxardılmaması qusmasına səbəb ola bilər.

  Körpələr bəzən də həddindən artıq yedirildikdə qusa bilər. Analar körpəsinin kökəlməsi üçün,ona bəzən lazım olandan çox yemək verə bilər. Bu da körpənin qidanın çoxunu qusma yoluyla çıxarmasıyla nəticələnəcək.

  Bu tip qusmalarda narahat olmağa ehtiyac yoxdur, körpəniz böyüdükcə qusma yüngülləşərək tamamilə ortadan qalxacaq.

Sızıntı və fərqli qusma

  Körpələr bəzən yedirildikdən sonra ağızlarından az miqdarda qidanı çıxara bilərlər. Bunlar ümumiyyətlə sızıntı şəklində olur və qusma olaraq qiymətləndirilmir. Bu tip çıxarmalar, körpə 6-12 aylıqkən özbaşına itir. Düzəlmədiyi və gedərək artdığı vəziyyətlərdə isə, həkimə müraciət etməniz məsləhətdir.

Digər səbəbləri

  Qusmanın digər bir səbəbi, mədədəki qidanın qida borusuna qayıtması ola bilər. Qida borusunun mədəyə bağlandığı yerdə meydana gələn sıxılmanın qeyri-kafiliyi, bu narahatlığa yol aça bilir. Beləcə mədədəkilər özbaşına yemək borusuna qaçır. Körpənin doğumundan sonrakı 3-10 gün arasında başlayan qidanın geri qayıtması, növbəti günlərdə azalır. Əgər analar, körpələrini yedirdikdən sonra, 30 dəqiqəyə  qədər dik  oturtsalar, bu problemin qabağına almaq mümkündür. Ancaq buna baxmayaraq körpənin kökəlməsi zəifdirsə, xəstəlik diaqnozu qoyulan körpələr üçün cərrahi müdaxilə lazımdır.

  Yemək borusunun mədəyə bağlanan ucunun bağlı olması da şiddətli qusmalarla müşayət olunur. Bu problemi olan körpələrdə ən çox nəzərə çarpan xüsusiyyət isə; doğulduqdan sonrakı müddətdə  bir neçə dəfə yedirildikdən  sonra qusmağa başlamasıdır. Çünki qidalar yemək borusunda yığılır. Bu halda, qusmağa nəfəs darlığı və göyərmə də kömək edir.

Gücənərək qusursa...

  Bu halda körpənin bir sağlamlıq problemi ola biləcəyini düşünməyə dəyər. Çətinlik çəkərək qusan körpədə, ürək bulanmaları və böyürtü görülə bilər və çox gur qusar. Bəzən qusmağın burundan gəldiyi belə görülə bilər. Körpələrdə ürək bulanmasını anlamaq çətin olduğundan, çətinliyini, narahatlıq, dəri rənginin solması, narahatlıq kimi əlamətlərdən tuta bilərsiniz. Xüsusilə yeni doğulan körpələrdə, ilk 24- 36 saat arasında görülən şiddətli qusmalar, həzm sisteminin hər hansı bir yerində müşahidə olunan keçməməzlik əlamətlərindən biri olaraq qəbul edilir.

  Bu dövrdəki şiddətli qusmaların ən sıx görülən digər səbəbləri də bunlardır: Bağırsaq keçməməzliyi və ya darlığı, bağırsağın müəyyən hissələrinin olmaması, qarın orqanlarının sinə içində yırtıqlaşması, bir tip mədə darlığı. Bu mövzuda bilməniz lazım olan şey bu tip problemlərə  təcili müdaxilə etməkdir. 

  Doğumdan sonrakı ilk günlərdə görülən qusma hadisələrində isə səbəb olaraq infeksiyalar, anadangəlmə maddələr mübadiləsi xəstəlikləri, körpənin ananın qarınında onu əhatə edib, qoruyan mayeni çox udması və bəzi allergiyalar (məsələn süd allergiyası) sayıla bilər.

  Qusmanın bir başqa səbəbi də psixoloji ola bilər. Xüsusilə 0-1 yaş arası körpələrdə görülən uyğunlaşma problemi, bu şəkildə özünü göstərə bilər. Ana- körpə arasındakı əlaqənin pozğunluğu, ananın gərginliyi və narahatlığı, körpəyə göstərdiyi qayğının azlığı, körpədə qusmağa səbəb ola bilər. Gərginliyi hiss edən körpə, qusaraq reaksiyasını büruzə  verir.

Bir xəstəliyin göstəricisi  də ola bilər.

  Körpənizin qusması bəzi xəstəliklərə də işarə edə bilər. Bu vəziyyətdə xəstəlik  müalicə edilməlidir. Əgər yalnız ürək bulanmasının kəsilməsi məqsədiylə bir müalicə tətbiq olunsa, yalnız qusmanın qarşısı alınar. Halbuki əhəmiyyətli olan qusmağa səbəb olan xəstəliyi müalicə etməkdir. Burada diqqət edilməli məsələ; bir həkimə məsləhətləşmədən körpənizə qusmaya qarşı dərmanlardan əsla verməyin.

 Qusarkən nə etməlisiniz?

• Körpəniz bəzi şeylərə diqqət yetirdiyiniz halda qusursa, qusma anında onu yanı üstə, ya da üzüstə mövqedə tutun.

 • Körpənizin qusması bitənə qədər ona bərk, qatı qidalardan verməyin.

 • Körpəniz qusduqdan sonra ağzının içini xarici cisimlərdən təmizləyin. Bu əməliyyatı işarə barmağınız köməyiylə edə bilərsiniz.

 • Əgər körpəniz şiddətli və gündə 3 dəfədən çox qusursa, qusmaqda  qan və ya yaşıl rəngli öd görülürsə, qusmaqla birlikdə temperatur, öskürək və digər infeksiya əlamətləri də varsa təcili olaraq həkiminizə müraciət edin.



Şərhlər:
Baxılıb: 1765
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz