Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Süd dişlərinə qulluq
Süd dişlərinə qulluq
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 1724
Səs ver:

 

Körpələr 6-cı aydan diş çıxarmağa başlayırlar. Bəzən bu proses 2-ci aydan etibarən, bəzən isə hətta 1 yaşından sonra baş verir. Körpənin diş çıxarması böyüdüyünün, inkişaf etdiyinin əlamətidir. Süd dişləri alt, ön tərəfdən başlayaraq çıxır və təxmini olaraq 3 yaşda tamamlanır. Bu dövrdə uşağın ağzında cəmi 20 ədəd süd dişi alt və üst çənədə simmetrik olaraq yerləşir. Daimi dişlər isə 6 yaşdan çıxmağa başlayır. Körpənin dişləri çıxarkən ağrılarını yüngülləşdirmək üçün  körpəyə diş ətlərini qaşıya biləcəyi, xüsusilə soyuq (soyuq bir banan, rezin bir diş halqası və s.) şeylər verilə bilər. Lakin həmin əşyaların boğazında qalmaması üçün nəzarət edilməlidir. Diş halqası seçərkən məhsulun plastik və ya boyalı olmaması lazımdır. Körpənin diş çıxardığı dövrdə maye içməsini təmin etmək lazımdır. Çünkü bu zaman körpənin tüpürcəyi çox axdığı üçün mayeyə ehtiyacı daha da artır. Diş çıxaran zaman körpənin temperaturu 38 dərəcə və yuxarıdırsa, ishal halı baş verərsə həkimə müraciət edin. Ishal, temperatur diş çıxarma ilə eyni anda başlarsa fərqli bir xəstəliyin əlamətləri ola bilər. 

Süd dişlərindəki çürüklər

Süd dişləri daha tez və asan çürüyürlər. Çünki süd dişlərinin daimi dişlərə  nisbətən daha çox üzvi maddəyə ehtiyacı vardır. Eyni zamanda qeyri-düzgün qulluq səbəbindən də dişlər çürüməyə meyilli olur.  Çürük dişləri isə müalicə etmək mütləqdir. Əks təqdirdə gələcəkdə diş əyriliyi, çənə inkişafında pozğunluq və ümumi sağlamlıq problemlərinə səbəb ola bilər. 

Körpələrdə ağıza qulluq 

Körpələrin ana südü ilə bəslənmələri ağız ətrafındakı yumşaq toxuma və əzələ funksiyalarının normal inkişafını təmin edir. Körpədə ilk dişlər ağızda göründüyündə artıq təmizləmə əməliyyatı başlamalıdır. Səhər naharı sonrası və gecə yatmadan əvvəl dişləri (heç olmasa dişlək səthlərini)tənzifi isladaraq silmək, təmizləmək məsləhətdir. Süd dişlərinə düzgün qulluq daimi dişlərə birbaşa təsir edir. Körpələri şəkər və ya bala batırılmış əmziklə yatızdırmaq olmaz. Körpə yatdıqdan sonra mütləq əmzik çıxarılmalıdır. Diş fırçası istifadəsinə isə uşağın arxa dişlərinin çıxmasından sonra (ortalama 2,5 - 3 yaşında ) başlanması uyğundur. 

Ümumiyyətlə, ağız sağlamlığı ümumi sağlamlığımıza təsir edir. Sağlam diş və diş ətinin ilk addımı körpəlik dövründən başlayır. Odur ki, əziz analar körpənizin ağız qulluğuna xüsusi diqqət yetirin.

 

 

Redakte etdi: PRETTY GİRL



Şərhlər:
Baxılıb: 1724
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz