Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşagın ana - ata ilə yatması dogrudurmu?
Uşagın ana - ata ilə yatması dogrudurmu?
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 4728
Səs ver:
Körpələrin ana-atası ilə eyni otaqda yatmaları ehtiyaclarının qarşılanması baxımından təbiidir. Amma 6 aylıqdan sonra və ya körpəlikdən uşaqlığa keçiş dövrlərində uşağın ana-ata ilə yatması mütəxəssislər tərəfindən doğru qarşılanmır. 
Zaman zaman hər uşaq gecənin bir yarısı müxtəlif səbəblərdən ötəri ana-atasının yanına getmək istəyə bilər. Bu səbəblərin ən başında qorxu gəlirkən, bunu tualet ehtiyacı, güvən və sevgi ehtiyacı izləyər. Yaxşı, uşağınız yanına gəldiyində nə etməlisiniz? 
Edilməsi lazım olanlar:
Uşağınızın özünə inamının inkişafını, öz-özünə çatan fərdlər olaraq yetişməsini istəyirsinizsə onları otaqlarına geri göndərib tək yatmalarını təmin etməlisiniz. Bunu etmək analıq instinktlərinə tərs kimi görünsə də, mütəxəssislər bunun doğru olduğunu və ana-ata ilə yatmanın dərhal bir vərdişə çevrilə bildiyindən, irəlidə daha böyük problemlərə yol aça biləcəyini ifadə edirlər. 
Xüsusilə məktəb əvvəli dövrdə yəni 3-4 yaş ətrafında qorxulu yuxular, kabuslar, gecə ağlamaları görüldüyündən bu dövrdə ana-ataların daha diqqətli olmaları lazımdır. Bu çağda ana-atanın yatağına gəlib yatmaq çox sıxlıqla görülən bir vəziyyətdir. Buna görə bu çağlarda ana-ataların bu mövzuya çox diqqət yetirmələri "aman 1 gecə yatmadan nə çıxar?" kimi sözlərlə özlərini aldatmamaları lazımdır. Əksinə bu vəziyyət uşağın problemini həll etməz, problem yaradar. Hər nə səbəblə olursa olsun ana-ata ilə yatmaq, uşağın ümumi şəxsiyyət inkişafı, cinsi inkişafı və şəxsiyyəti və müstəqilləşməsi baxımından heç doğru deyil. 
Gecə yanına gələn uşağa necə davranmalı? 
Gecə yanına gələn uşağınızı dərhal yanına alıb yatmağa davam etməməlisiniz. uşağın otağına birlikdə gedib, o sakitləşənə qədər yanında gözləməli və tək olaraq otağınıza geri dönməlisiniz. Mütəxəssislər, uşağın ilk başda bunu redd edəceyini, ağlaya biləcəyini bunların normal olduğunu amma anaların işin asanına qaçıb imtina etməməsi lazım olduğunu ifadə edirlər. 
Bu vəziyyəti önləmək üçün edilə biləcəklər 
1. Uşağın otağında dəyişikliklər edə bilərsiniz. Onun sevdiyi film xarakterlərindən bir gecə lampası, peluş oyuncağı otağına aqoya bilərsiniz. 
2. Yatağında yatmasını tələb edən və ona böyüdüyünü hiss etdirən bir vəziyyət təyin edin. "artıq 4 yaşındasan sənə uyğun bir yataq aldıq" kimi danışmalar xoşuna gələcək və vəziyyəti fərq etməsini təmin edəcək. 
3. Qətiliklə ağlamalarına qapılmayın və geri addım atmayın. Bir dəfə ağlayıb yanınıza aldıgınızda uşaq ağlayaraq dediyini etdirməyə alışacaq. Qərarlı və dəqiq olun. 
4. Qorxduğunu söyləyən uşağı dinləyin otağı birlikdə nəzarət edin və onu razı salın. 
5. Gün içində uşağın otağında bol bol vaxt keçirməsini, oyuncaqlarıyla oynamasını təmin edin. 
6. Yuxuya yatmadan əvvəl onu sakitləşdirəcək musiqi dinlədin ya da həyəcanlı olmayan bir kitab və əhvalat oxuyun. 
7. Yatmadan əvvəl ilıq süd hər vaxt yaxşı və sakit bir yuxu üçün idealdır. 

Tərcümə etdi və hazırladı:PURE LOVE
Redakte etdi: PRETTY GİRL


Şərhlər:
Baxılıb: 4728
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz