Bakıda hava
USD 1.0501 AZN
EUR 1.1906 AZN
RUB 0.0165 AZN
TRY 0.4244 AZN
Söhbət otağı
Əziz uşaqlar, bilik aləminə aparan bütün yollar üzünüzə açıq olsun.
Əziz uşaqlar,  bilik aləminə aparan bütün yollar üzünüzə açıq olsun.
Müəllif: Ayten Melek
Şərhlər:
Baxılıb: 2469
Səs ver: 0

 

 

 

 

Əziz xanimlar saytimizda ovladi olan xanimlari nəzərə alib bu gündən olara az da olsa komək etmək istədim. Sizlərə təqdim etdiyim növbəti layihem ancaq uşaqlarımızın bilik əldə etməsi üçün nəzərdə tutulub.Şairlərimiz,caylar,texnika,heyvanlar aləmi və sair məlumatlarla uşaqlarinizi maarifləndirməyə komək edəcəm.

 

 

 Abdulla Saiq

 (1881-1959)

 Görkəmli şair, ədib, müəllim və dramaturq Abdulla Şaiq (Abdulla Mustafa oğlu Talıbzadə) Azərbaycan gənclərinin səmimi dostu və sevimli müəllimi olmuşdur. Abdulla Şaiq eyni zamanda müdrik bir qoca idi. Dostları ona "Mirzə", "Şaiq müəllim", məktəblilər isə "Şaiq baba" deyə müraciət edərdilər. Azərbaycan balalarını savadlı, bilikli, sağlam görmək Abdulla Şaiqin ən böyük arzusu idi.  

A. Şaiq yaradıcılığına tərcümə və qəzəllə başlasa da, ilk mətbu əsəri "Laylay" adlı uşaq şeri olur. O, 1906-cı ildən başlayaraq silsilə şeirləri ilə milli uşaq poeziyamızın incilərini yaradır. Şaiqin bir sıra şeirləri "Dəbistan" və "Məktəb" uşaq-gənclər toplularında işıər və milliləşdirmə məsələsi haqqında ilk çıxış edən, onu təbliğ edən və həyata keçirənlərdən biri də A.Şaiq olur. O, 1919-cu ildə Bakı Dövlət Universitetinin yaranması ilə bağlı "Tələbə həyatı" pyesini yazır, yarımçıq "Əsrimizin qəhrəmanları" romanını tamamlayır. Bu əsərlərdə müəllif vətən, millət, müstəqillik arzularını dilə gətirir, milli dövlətçiliyimiz üçün yeni milli kadrlar hazırlanması məsələsini önə çəkir.

Azərbaycan Demokratik Respublikası dövründə A.Şaiq poeziya yönümündə daha həvəslə çalışır, Ə.Cavad, Əmin Abid, Ümgülsüm, Əli Yusif, Əli Şövqi kimi gənc istiqlal şairlərini də ruhlandırır. Onun bu illərdə qələmə aldığı "Yeni ay doğarkən", "Türk ədəmi mərkəziyyət Müsavata ithaf", "Arazdan Turana" kimi şeirləri ədəbi mühitdə dəyərləndirilən poeziya örnəklərindəndir. Onun "Vətənin yanıq səsi" şerində ulu oğuzların hünəri, Altay türkləri, Elxan və Altun ordusu örnək göstərilir.

 Şair "İki mücahid" və yaxud "Atı yaralı əsgər" şerində cahan savaşının yaraları, erməni daşnaklarının Azərbaycan torpaqlarındakı vəhşiliyi, Qarabağdakı fitnə-fəsadları ön plana çəkir. "Ülkərin nuru ilə ziyalanan", "Uçan nəğməsi ilə havalanan", "Xoş kölgəsində səfalanan" istiqlal şairinin cümhuriyyət sevinci ürəklərə sərinlik gətirir.

 

 

 Abbas Səhhət

 (1874-1918)

20-ci əsr Azərbaycan şerinin görkəmli simalarından olan Abbas Səhhət (Abbasqulu Əlabbas oğlu Mehdizadə) xalqın maariflənməsi uğrunda böyük işlər görmüşdür. Abbas Səhhət bir şair, həkim ( o, Tehran Universitetinin Tibb fakültəsini bitirmişdi) və müəllim kimi məktəblər, kitabxanalar açılmasına çalışmış, şeir və səhnə əsərləri yazmış, rus, eləcə də Avropa şairlərinin əsərlərindən tərcümələr etmişdir. Onun ən böyük xidmətlərindən biri böyük şairimiz M.Ə.Sabirin şeirlərini ilk dəfə "Hophopnamə" adı ilə çap etdirməsidir. Abbas Səhhətin uşaqlar üçün yazdığı "Cücələrim", "Ana və oğul", "Qaranquş balaları", "Yaz", "Quşlar", "İki uşaq", "Tənbəl" kimi şeirlərini məktəblilər sevə-sevə oxuyur və əzbərləyirlər. Abbas Səhhətin Gəncə şəhərində büstü qoyulmuşdur.

 

Əziz uşaqlar,  bilik aləminə aparan bütün yollar üzünüzə açıq olsun.

 Abşeron yarımadası 

Azərbaycan Respublikasının şərqində yerləşən Abşeron yarımadası Baş Qafqaz silsiləsinin bir növ Xəzərə doğru uzanan davamıdır. Dünya xəritəsində bu yarımada çox kiçik görünsə də, onun ərazisində Avropanın, demək olar ki, bütün cırtdan dövlətlərini (Andorra, Monako, Lixtenşteyn, San-Marino, Malta) yerləşdirmək mümkün olardı. 

   Abşeron qədim torpaqdır. Binəqədi yaxınlığında aparılmış qazıntılar nəticəsində tapılan bitki və heyvan qalıqları göstərir ki, Abşeronun hazırkı ərazisi milyon illər bundan əvvəl müxtəlif bitki və heyvanlarla zəngin olmuşdur. 

   Abşeron yarımadası lap qədimlərdən öz nefti və qazı ilə məşhurlaşmışdır. Azərbaycanın ən iri sənaye müəssisələri, ən böyük elmi idarələri, mədəni-maarif ocaqları, ən sıx dəmiryol şəbəkəsi, ən böyük aeroportu Abşeron yarımadasındadır. Abşeronda ilk elektrik dəmir yolu 1926-cı ildə çəkilmişdir.

 

P.S.İnşallah beyenersiz bu layihəni...

 




Şərhlər:
Baxılıb: 2469
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
Səsvermə
 

Azərbaycan qadınının zövq aldığı məşğuliyyəti? (SORĞU)

Modanı izləmək / Dəblə geyinmək
Serialları izləmək
Telefondan asılmaq
Açıq-saçıq geyinmək
Kitab oxumaq

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
    Boyunuz: sm
    Çəkiniz: kq
    Yaşınız:
    Cinsiniz:
    İdeal Çəkiniz: kq
    Fərq: kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz