Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləlik proqramı
Hamiləlik proqramı
Göndərən: vusales
Şərhlər:
Baxılıb: 2380
Səs ver:

 

 

BİSMİLLAHİR RƏHMANİR RƏHİM!

RƏSULİ ƏKRƏM BUYURUB: Saleh övlad cənnət güllərindən biridir! Birinci ay: Cümə axşamı YASİN və SƏFFAT surələri oxunsun. İkinci ay: Cümə axşamı və cümə günləri MÜLK surəsi tilavət oxunsun. Habelə Cümə axşamı günləri 140 dəfə, Cümə günləri 100 dəfə Peyğəmbər və onun Əhli beytinə salavat göndərib, axırında isə və əccil fərəcəhum deyilsin. Üçüncü ay: Cümə axşamı və cümə günləri ALİ İMRAN sürəsi tilavət olunsun və axırında 130 dəfə və əccil fərəcəhum deyilməklə salavat göndərilsin. Dördüncü ay: Cümə axşamı və cümə günləri İNSAN surəsi oxunsun və hər gün 40 dəfə salavat göndərilsin. Beşinci ay: Cümə axşamı və cümə günləri FETH surəsi oxunsun. Altıncı ay: Cümə və cümə günləri VAQİƏ surəsi tilavət olunsun. Yeddinci ay: Azan, iqamə və gecə namazlarına diqqət yetirməklə bazar ertəsi günləri NƏHL sürəsi, cümə axşamı və cümə günləri YASİN və MÜLK sürələri tilavət olunsun. Həmçinin 140 dəfə salavat deyilsin. Səkkizinci ay: Şənbə günləri sübh namazından sonra QƏDR sürəsi 10 dəfə, bazar günləri sübh namazından sonra TİN surəsi 2 dəfə, bazar ertəsi günləri 1 dəfə YASİN sürəsi, çərşənbə günləri İNSAN, cümə axşamı günləri MUHƏMMƏD sürəsi, cümə günləri isə SƏFFAT sürəsi tilavət olunsun. Doqquzuncu ay: Cümə axşamı günləri HƏCC surəsi, cümə günlərində isə FATİR surəsi tilavət olunsun. Hamiləlik dövründə əməl olunan qaydalar. 1. 40 gün AŞURA ziyarətini, habelə ƏLQƏMƏ ziyarətini oxumaq. 2. 40 gün YASİN surəsini oxuyub nara üfürdükdən sonra yemək. 3. 40 dəfə YUSİF surəsini oxuyub almaya üfürdükdən sonra yemək. 4. 40 dəfə TƏVƏSSÜL duasını oxumaq. 5. 40 gün CAMİEYİ KƏBİRƏ ziyarətnaməsını oxumaq. 6. 40 gün ALİ YASİN ziyarətnaməsini oxumaq. 7. 40 cümə axşamı gəcəsi KUMEYL duasını oxumaq. 8. 40 gün NÜDBƏ duasını oxumaq. 9. 40 gün cümə günü axşamçağı SİMAT dusını oxumaq. 10. 40 gecə yatmazdan qabaq HƏDİD, TƏĞABUN, CÜMƏ və SƏFF sürələrini oxumaq. 11. Hər namazdan sonra, həmçinin hər gecə yatarkən Həzrəti Fatiməyi Zəhra (e.s ) in təsbihatini dəmək. (34 dəfə Allahu Əkbər, 33 dəfə SübhənAllah, 33 dəfə Əlhəmdulillah) 12. Azı 40 gecə Gecə namazı qılmaq. 13. 40 Cümə, cümə qüslü almaq. 14. 40 dəfə HƏDİSİ KƏSA - nı və İMAM ZAMAN (ə.f.) ın ziyarətnaməsini oxumaq. 15. 40 gün sübh namazından sonra ƏHD duasını oxumaq. 16. 40 gün səhər çaği acqarina 12 dəfə BİSMİLLAH dəməklə 12 ədəd kişmiş yemək. 17. Hamiləliyin ilk üç ayında 40 gün acqarına 7 ədəd kündür yemək. (bir növ ağac şirəsidir) 18. Yeddinci aydan sonra TƏSBİH ilə başlayan 5 surəni tilavət etmək. HƏDİD, TƏĞABUN, CÜMƏ, HƏŞR, SƏFF. 19. Həmişə dəstəmazlı olmaq. 20. Gecələr yaxşı olar ki, güzgüyə baxmamaq. 21. İstər kiçik, istərsə də böyük günahlardan çəkinmək. 22. Təmkinli olub heç vaxt əsəbləşməmək. 23. Körpə dünyaya gələn zaman sağ qulağına Azan, sol qulağına İqamə deyin. 24. Uşağın adını ruh olmamışdan 4 ay 10 günlükdən əvvəl qoyun İNŞALLAH, qeyd olunanlara riayət etməklə biz cəmiyyətə əla övladlar verə bilərik ki, Qurani hafiz edib onun göstərişlərinə əməl etsinlər! Bacilar bu proqramı mən hələ subaykən tapmışdım. Sonra onu öz komputerimə yığdımki lazım olar. Hamiləykən bütün deyilənlərə əməl edecem INSALLAH Ana bətnində uşağın xəmiri yuxarıda sadalananlarla yoğrulsa inanıramki gələcəkdədə o uşağa islamı tərbiyə etmək heç də çətin olmaz. Ana hamiləykən bir növ pəhrizkar olmalıdır. Yalan, qiybət, boş mənasız işlərdən uzaq olmalıdır. Həmçinin Qurani Kərimi xətm etməsi (bacardığını oxusada olar) uşağın ruhuna çox böyük təsiri var. Hamilə üçün namaz qılmaq ən gözəl bir şeydir. Bəzi xanımlar var ki, hamiləykən namazı tərk edirlər amma əksinə olmaz. Bir bilsələr hamilə xanımın namaz qılarkən uşaq üçün nə qədər fayda var əminəmki bunu heç zaman təkrarlamazlar. Allah hamıya saleh övlad nəsib etsin. Amin!



Şərhlər:
Baxılıb: 2380
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz