Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləlikdə qidalanma
Hamiləlikdə qidalanma
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2491
Səs ver:

olaraq, lazım, bilər, yaxşı, Gündə, kaloriyə, yemək, edilir, arasında, vardır, dəmir, pendir, körpənizin, əsnasında, edirlər, təklif, qaynaqlarıdır, boşqab, qadının, Qəhvə

Hamiləlik pəhrizə başlamanın zamanı deyil. Hər şeydən əvvəl sağlam və balanslı yeməklər yeməyə çalışın. Özünüzü yeməkdən məhrum etməyin, amma yeməyə həddindən artıq aludə olmayın. Yemək arasında, ya da yatacağınız zaman bir şey yemək istəsəniz, özünüzü əngəlləməyin, amma yüksək kalorili yemək yeməyin. Yediklərinizin körpənizə təsirini unutmayın.

Doğum mütəxəssislərinin çoxu, gələcək anaların çəkisinin 9-13 kq arasında artmasını tövsiyə edirlər və ortalama olaraq 11 kq təyin edirlər. Bunun 9 kq-ı körpənizin ağırlığının və bədəninizdəki dəyişikliklərin nəticəsi olur. Bir körpə orta hesabla 3,5 kq ağırlığında olur. 

Bir qayda olaraq, hamiləlik əsnasında yediyiniz hər şey dölün sağlamlığına təsir edir. Bəslənməniz yetərli deyilsə, yeni doğan körpənizin böyüməsi ləngiyər, bu da uzun müddətli problemlərə yol açan vəziyyətdir. Ortalama bir hamilə qadının gündə 2200 ilə 2400 kaloriyə ehtiyacı vardır. Xüsusilə aktiv olanlar daha çox kaloriyə ehtiyac duyurlar.

Əhəmiyyətli qidalar

 Zülal  - əhəmiyyətlidir və onu ətdən, ev heyvanlarından, balıqdan, süddən əldə etmək olar. Zülal körpənin inkişafı üçün lazımlıdır. 

Karbohidratlar -  yaxşı enerji qaynağıdırlar. Çörək,  düyü, kartof və makarondan istifadə edə bilərsiniz. Gündə dörd, ya da daha çox porsiya təklif edilir.
Minerallar -  yediyimiz qidaların çoxunda olur. Hamilə qadının bəslənməsində ümumiyyətlə əlavə olaraq ehtiyac duyulan tək mineral dəmirdir, çünki qadınların çoxu hamiləliyin tələbləri üçün lazım olan miqdarı təmin edəcək dəmir ehtiyatına sahib deyil. Ancaq həddən çox dəmir sağlamlığınıza zərər verə bilər.

Kalsium -  sümüklərin və dişlərin meydana gəlməsinə köməkçi olar. Süd və qatıq, süzmə pendir, sərt pendir və dondurma kimi süd məhsulları çox yaxşı kalsium qaynaqlarıdır. Gündə üç, ya da dörd boşqab təklif edilir.

Vitaminlər -  qidalarda olan təbii komponentlərdir. Bədəninizin inkişafı və qorunması üçün təməldir. Meyvə və tərəvəzlər yaxşı vitamin qaynaqlarıdır. Gündə dörd, ya da beş boşqab qəbul oluna bilər.
Yeməyiniz lazım olan qidalarla yanaşı, uzaq durmanız lazım olan qidalar da vardır. Qəhvə, çay, kola və şokolad da buna daxildir. Qəhvə mədə yanmasını şiddətləndirə bilər. Hamiləlik əsnasında spirtdən və siqaretdən uzaq durun.

 

 


Şərhlər:
Baxılıb: 2491
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz