Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləlikdə sağlam qalın
Hamiləlikdə sağlam qalın
Göndərən: Narın Yağış
Şərhlər: 2
Baxılıb: 202
Səs ver:
Bəzi qadınlar hamiləlik dövründə aldıqları artıq çəki səbəbindən özünəinamı itirir və özlərini çirkin hesab edirlər. Lakin bu dövrdə bir az diqqət və qulluq onları bu stressdən xilas edər. Hamiləlik dövründə keçirəcəyiniz xoşagəlməz anlar körpənizə də təsir etdiyi üçün bəzi məqamlara diqqət etməyinizdə fayda var. Həm sağlam bir hamiləlik dövrü keçirmək, həm də gözəl görünmək isə olduqca asandır. Qadınlar.Biz hamiləlik dövründə gözəl və sağlam olmağın üsulları ilə sizi tanış edir.

Hamiləlikdə çəkiyə nəzarət
Hamiləlikdə alınan artıq çəki bədəndə çatlara və kürək ağrıları başda olmaqla, bir çox narahatlığa səbəb olur. Buna görə hamiləlik dövründə çəkiyə nəzarət etməli və düzgün çəki alınmasına diqqət olunmalıdır. İlk üç ayda az çəki alınır, 4-5-ci ayda maksimum 300 qram, 6-7-ci ayda 400 qram, 8-9-cu ayda isə ən çox 500 qram çəki alınmalıdır. Alınan çəki insanlardan asılı olaraq fərqlidir. Lazım olandan çox və ya az çəki alırsınızsa, həkiminizə müraciət edin.

Nizamlı məşq, düzgün qidalanma və kifayət qədər yuxu almanıza rəğmən, geyimlərinizin içinə sığa bilmirsinizsə, çəki azaltmağınıza mane olan sağlamlıq probleminizin olub-olmaması ilə maraqlanın və həkimə müraciət edin.

Hamiləlik dövründə tez-tez rast gəlinən sağlamlıq problemləri:
Hamiləlik çatları

Ana namizədlərinin ən böyük şikayətlərindən biri də bədənin müxtəlif yerlərində yaranan çatlardır. Qarın bölgəsi böyüyür, böyüdükcə gərilir və məlum qarın çatlları meydana gəlir. Bütün yük ayaqlar üzərində olduğu üçün də istər-istəməz bədənin həmin hissəsində də çatlar meydana gəlir. Bu çatlarla mübarizədə istifadə edəcəyiniz kremlərlə yanaşı, bol su içmək, tərəvəz və meyvə yemək lazımdır.

Hamiləlikdə idman
Hamiləliyi asan keçirmək, tənəffüs sistemini gücləndirmək və qan dövranını sürətləndirmək üçün üzmə, ağır hərəkətli olmayan kiçik məşqlər, piyada yerimək və pilateslə məşğul olmaq faydalıdır. Əgər hamiləliyinizin gedişatında xüsusi bir vəziyyətiniz və ya narahatlığınız yoxdursa, 9 ay ərzində bunları asanlıqla tətbiq edə bilərsiniz.

Hamiləlikdə dəriyə qulluq
Dərinin sağlam görünməsi üçün bol kalsiuma ehtiyacı var. Xüsusilə hamiləlik dövründə zərif olan dərinizi qüvvətləndirməli və daha çox qulluq etməlisiniz. Hamiləlik dövründə bol miqdarda süd və süd məhsullarını yeməyiniz məsləhətdir. Bununla yanaşı, dərinizi yaxşı nəmləndirməyinizə əmin olun.

Hamiləlikdə cinsəllik
Hər hansı bir risk vəziyyəti ilə əlaqədar olaraq həkim cinsi münasibəti qadağan etmirsə, hamiləlik dövründə seks tamamilə normaldır. Bəzən ana-atalar cinsi əlaqənin körpəyə zərər verə biləcəyini düşünürlər, lakin tam əksinə, siz xoşbəxt və rahat olduqda körpəniz də bundan faydalanacaq. Bədəninizdə baş verən dəyişiklik səbəbindən cazibədar olmadığınızı düşünürsünüzsə, bu mövzunu tərəf müqabilinizlə danışmaqdan çəkinməyin. Həm seksual gecə geyimləri və alt paltarları elə bunun üçündür. Cinsi həyatınızı davam etdirməyiniz sizi hamiləlikdə həm gözəlləşdirər, həm də özünüzü daha gözəl hiss edərsiniz.

Hamiləlikdə seks pozası
Qadın dizləri və dirsəkləri üzərində dörd ayaq mövqeyində durur və kişi dizlərinin üstündə qadının arxasındadır. G nöqtəsi bir çox mövqeyə nisbətən bu vəziyyətdə daha çox xəbərdar edilir. Qadının klitoral olaraq xəbərdar edilməkdən xoşu gəlirsə, kişi əllərindən istifadə edərək qadının daha çox zövq almasını təmin edə bilər. Göz təması qurulması mümkün olmadığından bəzi qadınlar bu mövqeni sevmir. Lakin öz tərzinizi tapmaq üçün sınaqlar etməkdən çəkinməyin.


Şərhlər: 2
Baxılıb: 202
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Gultekin.A
Twkler maragli melumatlardi
16 sentyabr 2016 21:43
# 2
..
vipbetul
hamile xanimlarcin maraqlii melumatdir
16 sentyabr 2016 20:15
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz