Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamilələrə bunları yemək qadağandır...
Hamilələrə bunları yemək qadağandır...
Göndərən: Narın Yağış
Şərhlər: 7
Baxılıb: 814
Səs ver:
Ana nə qədər düzgün qidalanarsa, körpə də düzgün qidalanar, hər ikisi də sağlam olar. Ananın yanlış şəkildə qidalanması körpənin dünyaya xəstə gəlməsi riskini çoxaldır. Bir sözlə, hamiləlik zamanı düzgün və sağlam qidalanmaq şərtdir.

Hamiləlik zamanı hansı qidalar zərərlidir?

Sağlam qidalanma hamiləlikdə yaşana biləcək problemləri azaltmaq üçün çox önəmlidir. Buna görə bəzi qidalardan uzaq durmaq lazımdır.

Hamiləlikdə çiy və ya az bişmiş ət, yumurta, balıq və pasterizə edilməmiş qidalar körpənin inkişafına mənfi təsir edir. Siqaret və spirtli içkidən uzaq durmaq çox vacibdir.

Yumurta- az bişmiş yumurta "salmonella” adı verilən zəhərlənməyə səbəb ola bilər. Buna görə hamilə qadınlar yumurtanın tam yaxşı bişdiyindən əmin olmalıdır. Salmonella, ishal və bulantı kimi əlamətlərlə özünü göstərir. Salat sousları, mayonez, evdə hazırlanan dondurmalar çiy yumurtadan hazırlandığından bunlara da diqqət edin.

Çiy və ya az bişmiş ət- kolform, toksoplazma və "salmonella” yoluxdurma riskinə sahibdir. Hamiləlik zamanı bu bakteriyalara yoluxan körpələrdə karlıq, sarılıq, yüksək qızdırma və sinir sistemi xəstəliklərinə yoluxma riski olduqca yüksəkdir. Toksoplazma düşməyə səbəb ola bilər. Kolbasa, sosiska kimi qidalarda "listeria” adlanan düşüklərə səbəb olan bakteriya ola bilər. Bu qidaları yemədən əvvəl bişirmək məsləhətdir.

Qaraciyər- çox miqdarda A vitaminin olan qidadır. Hamiləlikdə çox A vitamini qəbulu düşməyə səbəb ola bilər.

Balıq- yüksək miqdarda civə tərkibli balıqdan uzaq durmaq lazımdır. Civə qəbulu inkişaf geriliyi və beyin fəsadlarına səbəb ola bilər. Konserva və duzlu balıqdan uzaq durun.

Kofein- ölçülü miqdarda qəbul edilən kofein bir problem yaratmaz. İrəli dövrlərdə gündəlik kofein qəbulu 300 mg olmalıdır. Maye atılmasını asanlaşdırdığı üçün su və kalsium itkisinə səbəb olur. Yüksək miqdarda kofeinin isə erkən doğum, düşük və körpələrdə çəkilmə simptomlarına səbəb ola biləcəyi deyilir. Çay, dəmir ifrazını azaltdığı üçün çaydan da uzaq durmaq lazımdır.

Spirtli içki- körpənin spirtli içkiyə məruz qalması inkişafına mənfi təsir edər. Anomaliyaya yol açır. Zehni inkişafına mənfi təsir edir.

Tərəvəzlər- toksoplazma riski olduğundan mütləq çox yaxşı yuyulması lazımdır.

Bitki mənşəli dərmanlar və çaylar- hamilələr adaçayından uzaq durmalıdır. Cökə və razyanadan başqa digər bitki çayları zərərli ola bilər.


Şərhlər: 7
Baxılıb: 814
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Gülüş.
Baliq eti hetta yagini qaraciyeri trrevezi hekimler ozu deyir qebul edin qaldiki yumurta zulala gore yemek olmaz zulalin yoxdusa niye yemeyeyki
13 avqust 2016 07:19
# 7
melek_ayka
hamisi duzdu men ozum pediatr olacam diqqet etmeliyijk xanimlar
12 avqust 2016 23:14
# 6
İnci
Hamsi yalandir butun hekimler deyir baliq ye usagin inkisafina xeyirdi hetda baliq yagi da yaxirlar gemaqlabin asagi olanda qara ciyer ye deirler yumurta 9 ay gunde 3 -4 dene qlazok yemisem turp kimi oglum var
12 avqust 2016 22:01
# 5
Her gulusun arxasında bır keder vardır
Totu
Təşəkkür məlumata görə
12 avqust 2016 21:55
# 4
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
vipbetul
hamile xanimlar oxusun
12 avqust 2016 21:17
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Kölge
Zererli yemeklerden hemişe qaciram
12 avqust 2016 18:10
# 2
Her şeye gore şukur
Barbaris
hamisinan az miqdarda yemmiwem hamile vaxtii
12 avqust 2016 18:04
# 1
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz