Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamilələr üçün bandajı necə geyməli?
Hamilələr üçün bandajı necə geyməli?
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 15637
Səs ver:
Hamilələr üçün bandajı necə geyməli?

 

   Hər kəs bandajın hamilə qadınları özünü rahat hiss etməyə və doğuşdan sonra bədəni bərpa etməyə kömək edən vasitə olduğunu bilir. Lakin hamilə qadınların əksəriyyəti ilk dəfə bandajla tanış olarkən onu düzgün geymə qaydasını bilmir.

Təbii ki, bandajı geyməzdən öncə ilk növbədə onu almaq lazımdır. Bandaj almaqa gedərkən həyat yoldaşınız,ananız və ya rəfiqənizdən sizinlə getməyi xahiş edin. Niyə? Çünki ilk dəfə bandajı geyməyə sizə kömək lazım ola bilər. Yaxşı olar ki ,bandajı hamilələr üçün olan mağazadan alasız.Burada satıcı-məsləhətçilər sizə bandajın uyğun ölçüsünü seçməyə və düzgün geyinməyə kömək edəcəklər. Maddi cəhətdən ən məsləhətli bandaj universal bandajdır. Bu bandajla siz həm də uşaq dünyaya gəldikdən sonra tez bir zamanda əvvəlki formanıza qaylda bilərsiz.


Hamilə qadınlar üçün bandajı necə  geyməli?

 

Adətən bandaj 22-30-cu həftələrdə geyinilir. Amma hər qadın individual olduğuna görə, konkret vaxt demək düzgün deyil. Bu, hamilə xanımın özünü neçə hiss etməsindən və ağrılarından asılıdır.Əgər belinizdə və qarın nahiyənizdə ağrılar olarsa, bu haqda həkiminizə müraciət edə bilərsiz.

 

 

Hamilələr üçün bandajı necə geyməli?

 

Bandaj qarın nahiyəsini sıxmamalıdır!


Əksər bandajların qutusunda onu geyinmə sxemi göstərilir. Amma bilmək lazımdır ki, bir çox mütəxəssislər bu sxemdəki geyinmə qaydası ilə razılaşmırlar, çünki adətən şəkildə bandaj həddən artıq yuxarıdan bağlanmış göstərilir. Bandajı ilk dəfə uzanmış vəziyyətdə geyinin. Bu vəziyyətdə qasıq sümüyünü rahat hiss etmək mümkündür. Beləliklə, əgər siz bandajı düzgün geyinmişsizsə, o, arxanızın üstündən keçərək qarnınızın altını əhatə etməli və öndən qasıq sümüyünüzü tutmalıdır.Bandajı geyərkən onu həddən çox sıxmayın. Tamam boş bağlanmış bandaj da əhəmiyyətsizdir. Aşağıdakı şəkillərdə bandajın düzgün geyinmə qaydalarını təqdim edirəm. Amma yenə də hər ehtimala qarşı həkiminizlə məsləhətləşmək və onu düzgün geyinmə qaydasını sizə göstərməsini xahiş etmək pis olmazdı.

 

Hamilələr üçün bandajı necə geyməli?
 

 


Sonda bütün ana olmağa hazırlaşan xanımlara rahat hamiləlik və yüngül doğuş arzulayıram. Allah-Təala hər bir qadına bu cür möhtəşəm və sevimli anları yaşamağı nəsib etsin! AMİN!


Redakte etdi: Pretty girl



Şərhlər:
Baxılıb: 15637
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz