Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləlik zamanı üzümdə çivzələr əmələ gəlmişdir. Niyə?
Hamiləlik zamanı üzümdə çivzələr əmələ gəlmişdir. Niyə?
Göndərən: NoName
Şərhlər: 5
Baxılıb: 462
Səs ver:
Hamiləlik zamanı orqanizmdə hormonların səviyyəsi artır. Bunların təsiri altında dəridə olan xırda vəzlər (piy vəzləri) böyüyür və sürətlə dəri piyi adlanan piy sekretləri ifraz etməyə başlayır.
Artıq dəri piyi tük follikulları  ətrafında dərinin ölmüş hüceyrələri ilə qarışaraq məsamələri doldurur. Bu, bakteriyaların artması üçün ideal qidalandırıcı mühit yaradır.  Dəridə iltihab baş verir, üzərində balaca ağrılı nöqtələr və çivzələr yaranır. Çivzə səpkiləri gələcək anaların əksəriyyətində geniş yayılmış problemdir. İlk səpkilər, adətən, hamiləliyin birinci trimestrində yaranır. Çivzələr əvvəl əmələ gəlib, sonra öz-özündən yox ola bilər. Ancaq bütün hamiləlik boyu da qala bilər. Bir qayda olaraq, səpkilər üzdə olur, ancaq boyunda, sinədə və yanda da ola bilər.
Çivzələr, adətən, özünə qiyməti aşağı salır, buna görə də dərinizin vəziyyətini yaxşılaşdırmaq istəyiniz tam aydındır. Hərçənd hal-hazırda çivzələrin qarşısını almaq və ya onlardan tam yaxa qurtarmaq üçün  effektli  üsullar mövcud deyil. Hələlik aşağıdakı məsləhətlərdən yararlanmaq olar:
Gündə iki dəfə sabun və ya üz üçün köpüklə və ilıq su ilə yuyunun. Bundan çox yuyunmağa dəyməz, çünki bu, çivzələrin artmasına təkan verə bilər.

Üzünüzü fırça və ya süngərlə sürtməyin: bu, dərini qıcıqlandıra bilər. Bunun əvəzinə üzünüzü ehtiyatla təmiz əllərinizlə yuyun.

Yatmamışdan əvvəl üzünüzdən kosmetikanı tamamilə silin ki, dəri gecə «nəfəs alsın».

Üzünüzü silməyin, üzdə qalan nəmliyi dəsmalla hopdurun.

Əgər nəmləndirici vasitələrdən istifadə edirsinizsə, tərkibində yağlar olmamasına nəzarət edin.

Çivzələri sürtməyin və sıxmayın. Bu, problemi daha da dərinləşdirər və infeksiyaya dərinin daha dərin qatlarına keçməsinə imkan yaradar. Bundan başqa, bu həm də çapıqlar yarada bilər.

Əgər kosmetikadan istifadə edirsinizsə, müəyyən həddi aşmayın.  Su əsaslı (yağlı olmasın) kosmetik vasitələrdən istifadə edin. Diqqətli olun, bunların üzərində «komedogen deyil» («noncomedogenic») və ya «akne yaratmır» («nonacnegenic») sözləri yazılsın. Bunlar məsamələri doldurmur  və çivzə yaranmasına səbəb olmur.

Əgər fiziki yükdən sonra və ya hər hansı bir başqa səbəbdən  tərləmisinizsə, dərhal duş qəbul edin ki, çivzələr dəridə qalan tərdən iltihab etməsin.

Saçlar təmiz olmalı və üzə toxunmamalıdır.

İstənilən dərman gelləri və ya losyondan istifadə etməmişdən əvvəl həkimlə məsləhətləşin. Onların bəzi komponentləri hamiləlik zamanı təhlükəli ola bilər.  Tərkibində izotretinoin, tretinoin (məsələn, «Retin-A») və ya adapalen olan krem və gellərdən istifadə etməsəniz daha yaxşı olar.

Çivzə xəstəliklərinin müalicəsində daxilə qəbul etmək üçün təyin olunan preparatlar hamiləlik zamanı tövsiyə olunmur. Onların tərkibində olan izotretinoin, tetrasiklin, doksitsiklin və minotsiklin uşaqda anadangəlmə patologiyalar yarada bilər.


Şərhlər: 5
Baxılıb: 462
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
YalniZ-ArZu
Olmayib mende bele bir hal.
Bir az yawli nesil deyir ki,guya qiza hamile qalanda qiz ananin gozelliyinnen goturur deye qadin eybecerlewir,uzu sepir.Oglana hamile qalanda eksine ana gozellewir.Bele inanclara inanmasamda,nedense yadima duwdu:)
25 iyun 2016 16:29
# 5
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Barbaris
mende olmayib uzumde hecne
25 iyun 2016 14:26
# 4
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Wirin Meleyim
Bizim gelinimzdede bele oldu
25 iyun 2016 01:58
# 3
Imza aysu agazade
vipbetul
hamile xanimlarcin lazimli ola biler
24 iyun 2016 23:59
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Ekizlerin mamasi
Menimde uzumde olmusdu ve butun hamilelik boyunca qaldi.sonradan cekildi hamisi,muveqqeti cetinlikdi
24 iyun 2016 21:13
# 1
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz