Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləlik dövründə və ondan sonra kosmetikadan istifadə
Hamiləlik dövründə və ondan sonra kosmetikadan istifadə
Göndərən: NoName
Şərhlər: 7
Baxılıb: 317
Səs ver:
Hamiləlik sizə qeyri-adi parlaqlıq verə bilər və eyni zamanda, xoşagəlməz sürprizlər də gətirə bilər. Əgər üzünüzdə ləkələr əmələ gəlmiş, çivzələr yaranmışdırsa, dəriniz daha quru və ya yağlı olursa, bununla barışmaq lazım deyil. Hər səhər yüngül makiyaj üçün vaxt ayırın.  Hətta özünüzü yaxşı hiss etməsəniz də, qarnınız «aşağı dartırsa» və ya işə gecikirsinizsə də, fərasətlə etdiyiniz makiyaja sərf olunmuş vaxt bütün gün ərzində əhvalınızı yaxşı saxlayacaq.

Baxışlarınızı canlandırın.
Gözlərinizin altında yuxusuzluşdan yaranmış  şişkinlik və qara dairələri azaltmağa gözətrafı hopdurucu kremlər yaxşı təsir göstərə bilər: bunu sizin adi nəmləndirici kreminizdən əvvəl çəkmək lazımdır. Sonra barmaqlarınızın ucu və ya fırça ilə konsiler və ya korrektor çəkin. Onda gözləriniz yuxusuz görünməyəcək və onlarda parıltı yaranacaq.

«Hamilələrin parıltısı»  krem tübikində
Hamilə olarkən makiyajın altından qalın əsaslı krem çəkməyə dəyməz.  Bu dövrdə ifraz olunan hormonlar çox zaman dərini daha həssas və səpkilərə meyilli edir, buna görə də  ona nəfəs almağa imkan verir.
Əgər sizi hiperpiqmentasiya narahat edirsə,  üzünüzdə qara ləkələr artmışdırsa, buna tonlaşdırılmış nəmləndirici krem kömək edəcək. Belə krem dəridəki istənilən keçici  dəyişiklikləri,  üzün rəngini  çox gözəl hamarlayır, heç bir əlavə vasitələrə ehtiyac qalmır.
Perfektorlar (VV  kremlər) və rəngi korreksiya edən kremlər (SS kremlər) çoxfunksiyalı kosmetik vasitələrdir, bunlar dərinin rəngini dərhal yaxşılaşdıraraq  ona arzu olunan «sağlam görkəm» verir. Bunlar dəridəki qüsurları hamarlayır və dəridə görünən qalın qat yaratmır. Bunların əksəriyyətinin tərkibində  həmçinin ən azı  günəşdən qoruyucu15 faktor (SPF)  var.

Dərhal indi sağlam yanaqlar
Bu dövrdə ən yaxşı kosmetika  ənlikdir. Makiyajın bu elementi sizin üzünüzü daha təravətli, gözlərinizi daha parlaq göstərəcək, ətrafdakılar elə biləcək ki, doyunca yatmısınız.
Özünüz üçün krem-ənlik və ya yanaqlarınız üçün duru piqment seçin, bunlardan «tez makiyaj» edərkən dodaq parıltısı kimi də istifadə etmək olar. Bu, üzü dərhal təravətləndirir, dəri sağlam görkəm alır. Belə ənliklər bilavasitə dəriyə,  ya da irəlicədən çəkilmiş VV-kremi və ya tonlaşdırılmış nəmləndirici krem üzərindən çəkilir.

Günəşdən qaralma gözəlləşdirir
Yorğun gözlərdən diqqəti yayındırmaq üçün avtozaqar vasitələri yararlıdır. Nazik qatla çəkilmiş yüngül avtozaqar  kremi, sprey və ya gel ən solğun üzü də canlandıracaq.
Böyük yumşaq fırça ilə avtozaqar vasitəsini almacıq sümüklərinə çəkin, bundan bir qədər az qatla alnınıza və çənənizə, daha az isə burnunuza çəkin.

Baxışları «açırıq»
Göz karandaşı ilə göz qapaqlarının yuxarı kənarı ilə gözlərin ətrafına çəkilmiş yüngül kontur gözləri vurğulamağa kömək edəcək. Suyadavamlı  qara tuş kirpikləri uzadacaq, onları yüngül və dolu göstərəcək və gözlərə ifadəlilik verəcək.

Dodaqları vurğulayırıq
Heç bir şey qadını yeni parlaq pomada kimi dəyişmir. Uğurla seçilmiş pomada tonu üzü dərhal canlandırır. Elə bir çalar seçin ki, o sizin cizgilərinizi və üzünüzün təbii rəngini uğurla vurğulasın. Adətən,  dodaqların təbii rəngindən bir-iki ton tünd rəng seçməyi məsləhət görürlər.
Əgər siz «təbii» makiyajı xoşlayırsınızsa, onda sizin təbii gözəlliyinizi  çox da parlaq olmayan dodaq parıltısı vurğulayacaq; onu  güzgüsüz də çəkmək olar.

Üz  üçün toniklər
Üzü tez təravətləndirmək üçün  ətirləndirilməmiş sprey-tonikdən istifadə etmək olar. Bu, şişkinliyi çıxarır,   həssas dərini sakitləşdirir və makiyajı təzələyir. Gözlərinizi yumun və üzünüzdən 25 sm aralıdan tutaraq bir neçə dəfə basmaqla onu üzünüzə səpələyin.


Şərhlər: 7
Baxılıb: 317
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
beasloove
Hamilelik vaxti makyajdan istifade etmeyi uygun gormurem 124

Boyuk danismayim 13 124
Hamile deyilem. Belkede mende makyaj vuracam ama vurmamqa calisacam
18 iyul 2016 22:34
# 7
vipbetul
hamile xanimlar ehtiyatli olsunlar
18 iyul 2016 14:01
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Onun_Mələyi
Hamile vaxti makyajdan istifade ederken fesilede baxmaq lazmdi mence.birde hekimle meslehetlewseler lap yaxwi olar.makyaj malzenelerinininin firmasi ,keyfiyeti .zereri faydasi ile de melumatlanmaq lazimdir duwunurem.tewekkurler xeber ucun
17 iyul 2016 21:26
# 5
Bir duam var,səndən amin gözləyirdua09123
Gülüş.
Hamile vaxti istifade etmisem
17 iyul 2016 18:53
# 4
BARBI
Hamilelikde kosmetikadan duzgun istifade edilmelidir. Eks teqdirde cox zererli neticeler gostere biler
17 iyul 2016 18:25
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Barbaris
hamile xanimlarimiz oxusun)
17 iyul 2016 18:24
# 2
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Totu
Hamilə qadınlarüçün lazımlı xəbərdir.təşəkkürlər
17 iyul 2016 18:14
# 1
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz